Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Quran Allahın kitabı, insanın mənəviyyatı və maddiyatı, bəşəriyyətin xilası, günahkarın ümidi və imanlının sevincidir. Quranın təlimi, onun müqəddəs əhkamları pozulmazdır, qərarları dəyişilməzdir. Quranda deyilən hər şey həqiqətdir.

Müdriklik axtarırsınızsa Quranı oxuyun, xilas yolu tapmaq istəyirsinizsə Quranla yaşayın və heç vaxt ondan ayırılmayın, budur əsl həyat!

Allahın kəlamı səfərə çıxanın azuqəsi, ziyarətçinin pənahı, döyüşçünün silahı, müsəlmanın şüarıdır.

Quran hərflər şəklinə salınaraq yer üzünə endirilmişdir – insanlara səadət və xoşbəxtlik yolunu göstərmək üçün.

Quranın ayələri yaddaşımıza həkk olunmalıdır. Allahın müqəddəs kəlamı qəlbimizi idarə etməlidir. Daima Quran oxuyaraq düşünün, bu sizin həyatınızı

dəyişdirəcək, çiçəkləndirəcək.

Quran başqa şeylərlə müqayisə edilməz zirvədə qərar tutur. O, tükənməz bir xəzinədir. O, kəlamlarının aydınlığı, dolğunluğu ilə bütün səmavi və məkani kitablardan öndə gedir. Bu Qur`andır. Onu oxuyun. Onun haqqında fikirləşin. Onu

gündəlik yaşayışınızda örnək qərar verin. Onu uca tutun – o sizi ucaldacaq.

Mənəvi böhranlarınızı ona söyləyin-cavabını deyəcək.

Əgər əsarət zəncirlərini qırmaq, insaniyyət dünyasının nurlu səmasına pərvaz etmək istəyirsənsə səmadan gələnlə dost olmalısan – o, Qur`andır.

Bəşəriyyətin nicatı Qurandır! Müsəlmanın kitabı Qurandır! Qurandır möminin dayağı! Qur`andır ariflərin münacatı! Quranın sözləri həqiqətdir və Quran həmişə yaşardır!

Bəli, bu Qurani- Kərimdir, Qurani- Məciddir, Qurani- Şərifdir, fərq etməz. Əsas

budur ki, biz müsəlmanların həqiqi rəhbəridir; gözümüzün nuru, evimizin çırağı, baş ucalığımızdır.

Şükür Allahın saysız-hesabsız nemətlərinə!

İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz