BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
Quran Allahın kitabı, insanın mənəviyyatı
və maddiyatı, bəşəriyyətin xilası, günahkarın ümidi və imanlının sevincidir. Quranın
təlimi, onun müqəddəs əhkamları pozulmazdır, qərarları dəyişilməzdir. Quranda
deyilən hər şey həqiqətdir.
Müdriklik axtarırsınızsa Quranı oxuyun,
xilas yolu tapmaq istəyirsinizsə Quranla yaşayın və heç vaxt ondan ayırılmayın,
budur əsl həyat!
Allahın kəlamı səfərə çıxanın azuqəsi,
ziyarətçinin pənahı, döyüşçünün silahı, müsəlmanın şüarıdır.
Quran hərflər şəklinə salınaraq yer
üzünə endirilmişdir – insanlara səadət və xoşbəxtlik yolunu göstərmək üçün.
Quranın ayələri yaddaşımıza həkk
olunmalıdır. Allahın müqəddəs kəlamı qəlbimizi idarə etməlidir. Daima Quran
oxuyaraq düşünün, bu sizin həyatınızı
dəyişdirəcək, çiçəkləndirəcək.
Quran başqa şeylərlə müqayisə edilməz
zirvədə qərar tutur. O, tükənməz bir xəzinədir. O, kəlamlarının aydınlığı,
dolğunluğu ilə bütün səmavi və məkani kitablardan öndə gedir. Bu Qur`andır. Onu
oxuyun. Onun haqqında fikirləşin. Onu
gündəlik yaşayışınızda örnək qərar
verin. Onu uca tutun – o sizi ucaldacaq.
Mənəvi böhranlarınızı ona söyləyin-cavabını
deyəcək.
Əgər əsarət zəncirlərini qırmaq, insaniyyət
dünyasının nurlu səmasına pərvaz etmək istəyirsənsə səmadan gələnlə dost
olmalısan – o, Qur`andır.
Bəşəriyyətin nicatı Qurandır! Müsəlmanın
kitabı Qurandır! Qurandır möminin dayağı! Qur`andır ariflərin münacatı! Quranın
sözləri həqiqətdir və Quran həmişə yaşardır!
Bəli, bu Qurani- Kərimdir, Qurani- Məciddir,
Qurani- Şərifdir, fərq etməz. Əsas
budur ki, biz müsəlmanların həqiqi rəhbəridir;
gözümüzün nuru, evimizin çırağı, baş ucalığımızdır.
Şükür Allahın saysız-hesabsız nemətlərinə!