Qüsullar
Namazdan
qabaq boynunda vacibi qüsullardan biri və ya bir neçəsi olan şəxslərə
qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün dəstəmaz almalıdırlar.
“Cənabət” qüslü isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.
Vacibi
qüsullar yeddidir: 1- Cənabət qüslu, 2-Heyz qüslu, 3-Nifas qüslu,
4-İstihazə qüslu, 5-Meyit qüslu, 6-Məss-meyit qüslu, 7- Nəzir və s.
səbəblə vacib olan qüsullar.
Qüsulları iki cür almaq olar: Tərtibi və irtimasi.
Tərtibi qüsulda əvvəlcə baş, boyun, bədənin sağ tərəfi, sonra isə sol tərəfi yuyulmalıdır. Bu tərtibə uymaq vacibdir.
İrtimasi qüsulda isə gərək su bir anda bütün bədəni əhatə etsin.
Təyəmmüm
Təyəmmün lazım olduğu hallar
Bir neçə halda dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.
1. Dəstəmaz və qusul almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;
2.
Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s.
kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi
avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, təyəmmüm etməlidir.
3.Əgər
bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu
istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda
gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və
ya çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma
əgər isti suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul
etməlidir.
4.
Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf edəsəyi halda özü, əyalı,
övladları, dostu və ona aid olan şəxslərin (nökər və ya külfət)
susuzluqdan öləsəklərindən, yaxud xəstələnəsəklərindən, yaxud da
dözülməsi məşəqqətli olan qədər susayasaqlarından qorxsa, dəstəmaz və
qusul əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının
malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara
verib təyəmmüm almalıdır. Həmçinin əgər, sanının hifzi vacib olan bir
kəs çox susuz olsa və suyu ona verməyəsəyi halda tələf olacaqsa, suyu
ona verib təyəmmüm etməlidir.
5.
Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul və dəstəmaza çatan
qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini və yaxud
paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını
suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün
bir şeyi olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis
bədən və ya paltarla namaz qılmalıdır.
6.
Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı
olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da başqa suyu və
yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.
7.
Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul alacağı təqdirdə namazın
hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa (qəza
olacaqsa), təyəmmüm etməlidir.
Təyəmmümün səhih olduğu şeylər
Təyəmmüm
torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin,
bişmiş palçığa (kərpis, kuzə və s.) səhih deyil. Gəc daşına, əhəng
daşına, qara mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək
səhih deyil. Məgər ki, gəc daşı və s. bişməsə səhihdir.
Təyəmmümün qaydası
1.Əlləri qoşalayıb təyəmmümün səhih olduğu şeyin üzərinə vururuq.
2. Sonra əlləri qoşa şəkildə alının tük bitən yerindən qaşların üstünə və burunun ucuna kimi çəkirik.
3. Sol əli (əl tərpənməməlidir) sağ əlin üstünə (biləkdən barmaqların ucuna qədər) çəkirik.
4. Sağ əli də eyni qaydada sol əlin üzərinə çəkirik.
|