Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Allaha səcdə etmək İslamın özəyidir. Hər bir namazda səcdə rükndür. Qarşıya çıxan suallardan biri də hansı əşyalara səcdə edilməsidir. Yəni səcdə zamanı alını hansı əşyaların üstünə qoymaq olar. Onu da bildirək, səcdə yerinin ilk və ən vacib şərti pak olmasıdır.

Alimlərin rəyinə əsasən namazda torpağa, torpaqdan yetişən (yeyinti və geyim kimi istifadə olunmayan) bitkilərə və bir sıra daşlara (mərmər və s.) səcdə etmək olar. Parça, xalça kimi şeylərin üzərində səcdə etmək olmaz. İmam Sadiqdən (ə) yer üzərində səcdənin mahiyyəti haqqında soruşduqda, o buyurmuşdur: “Səcdə- Allah qarşısında mütilikdir. Ona görə də, səcdə yeyinti və geyim əşyaları üçün yararlı olan əşyalara və geyim əşyaları üzərinə edilməməldir. Çünki yalnız dünya tələb edən edənlər (dünya malına uyanlar) yediklərinin və geydiklərinin quludurlar. Səcdə edən şəxs səcdə halında, Allah ibadəti qarşısındadır. Bu səbəbdən də, dünya tələb edən şəxslərin məbudu üzərinə alnını qoymamalıdır” (“Vəsailüş-şiə”, cild 3, səhifə 591).

Həzrət Peyğəmbərin (s) həyatından bəhs edən sənədlərin heç birində göstərilməmişdir ki, o həzrət xalçaya, əmmaməyə səcdə etsin, hətta ən çətin anlarda belə o, torpağa səcdəni əmr etmişdir. Bir dəfə
Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmanəsini alnının üstünə çəkrək) əmmanəsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmanəsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun” (“Biharul-ənvar”, cild 85, səhifə 157; “Sünəni Beyhəqi”, cild 2, səhifə
105).

Təlim və göstərişlərində Həzrət Peyğəmbəri (s) əks etdirən Əhli-beyt imamları (ə) da  belə əmr etmişlərdir. Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, “Alın yerə dəymədən alnın üstünə çəkilmiş əmmanə üzərinə səcdə etmək olarmı?”. İmam (ə) cavabında belə buyurur: “Alın yerə dəyməzsə etdiyin səcdə kifayət deyil”  (“Vəsailüş-şiə, cild 3).

Burada daha bir sual ortaya çıxa bilər ki, Həzrət Peyğəmbərin (s) dövründə xalça yoxuydu və həmçinin əgər o torpaq üzərində namaz qılıb səcdə edirdisə nə üçün biz 7 üzvdən yalnız birini torpaq üzərinə qoymaqla kifayətlənirik? Bəli, biz bu sualların cavabını Peyğəmbərin (s) hədislərini açıqlayan Əhli-beyt imamlarından alırıq. İmam Sadiq (ə) bu haqqda buyurur: “Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın eybi yoxdur, əgər səcdə edən şəxsin alnı yer (torpaq) üzərinə dəyirsə” (“Vəsailüş-şiə”, cild 3).

Son zamanlar bəzi üzdəniraq kəslər möhür üzərinə səcdə edənlərə irad tuturaq bunu şirk adlandırırlar. Bizim saytın məqsədi nə kiməsə şiə məzhəbini zorla qəbul etdirmək, nə də əhli sünnə məzhəbini tənqid etməkdir. Kimsə torpaq yox, xalça və s. əşyalar üzərinə səcdə edirsə bu onun fiqhi məsələsidir və o, kəs qarşı tərəfi şirkdə günahlandıra bilməz. Çünki ən azı Peyğəmbər (s) və səhabələr həyatları boyu torpaq üzərinə səcdə ediblər.

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz