Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Cümə namazı.

İbadətlər içərisində mühüm əhəmiyyətə və böyük fəzilətə malik olanlardan biri də “Cümə” namazıdır. Cümə namazı həftənin cümə günü zöhr namazının yerinə qılınır. İmamın (ə) qaib olduğu dövrümüzdə hər hansı bir şəxs cümə və ya zöhr namazını qılmaqda ixtiyar sahibidir.  Ümumilikdə cümə günü ibadət günüdür və cümə namazı bu günün məxsusi ibadətidir. Quranda buyurulur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (“əl-Cumuə”, 9).

Cümə namazını qılan şəxsə zöhr namazını qılmaq vacib deyildir. Lakin zöhrü də ehtiyata əsasən qıla bilər.

Cümə namazının qaydası.

Cümə namazı iki rəkətlidir. Müstəhəbdir ki, həmd və surə ucadan oxunsun, birinci rəkətdə həmddən sonra “əl-Cumuə”, ikinci rəkətdə isə “əl-Munafiqun” surəsi oxunsun. Cümə namazında  hər rəkətdə bir qunut vardır, 1-cisi rukudan əvvəl, 2-cisi isə rukudan sonra oxunur.

Cümə namazında iki xütbə vardır ki, bunlar namazdan əvvəl deyilməlidir, əgər bu xütbələr deyilməsə namaz mümkün deyil.

Ümumilikdə cümə namazının hökmləri çox dərindir, həmçinin onu təşkil etmək də məsuliyyətli bir işdir. Təəssüf ki, cümə namazının hökmlərini kamil şəkildə bu yazıda əhatə etmək mümkün deyil. Ətraflı məlumat üçün müctəhdilərin risalələrinə müraciət etmək lazımdır.

Fitr və Qurban bayramı namazları.

Fitr və Qurban bayramı namazları müstəhəbbi namazlardır, bu namazları həm camaatla, həm də təklikdə qılmaq olar. Bayram namazlarının vaxtı gün çıxandan zöhrə qədərdir. Qurban bayramı namazını gün qalxandan sonra qılınması yaxşıdır. Ramazan (Fitr) bayramı namazının müstəhəbbi vaxtı isə gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonradır.

Bayram namazlarının qaydası. Bayram namazları iki rəkətdir, birinci rəkətdə həmd-surədən sonra 5 təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. 5-ci qunutdan sonra isə bir təkbir deyilib ruku və səcdə yerinə yetirilməlidir. Sonra ayağa qalxmalı 4 təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. 4-cü qunutdan sonra təkbir deyilməli və ruku, səcdə yerinə yetirilməli, təşəhhüd və salamla namaz bitirilməlidir. Bayram namazlarının qunutunda hər dua oxuna bilər, amma yaxşı olar ki, bu dua oxunsun:

 

اَللَّهُمَّ اَهلَ الكِبرِياءِ وَالعَظَمَةِ وَاَهلَ الجُودِ وَانجَبَرُوتِ وَاَهلَ العَفوِ وَالرَحمَةِ وَاَهلَ التَّقوى وَالمَغفِرَةِ اَساَلُكَ بَحَقِّ هذَا اليَومِ الَذىِ جَعَلتَهُ لِلمُسلِمِينَ عِيداً وَلِمُحَمَّدٍ صَلىَّ اللهُ عَلَيهِ وَآلِهِ ذُخراً وَشَرَفًا وَكَرَامَةً وَمَزِيداً اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تُدخِلَنىِ فِى كُلِّ خَيرٍ اَدخَلتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَاَن تُخرِجَنِى مِن كُلِّ سُوءٍ اَخرَجتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَواَتُكَ عَلَيهِ وَ عَلَيهِم اللَّهُمَّ  اِنَّى اَساَلُكَ خَيرَ مَا سَاَلَكَ بِهِ عِباَدُكَ الصَّالِحُونَ وَاَعُوذُبِكَ مِمَّا استَعَاذَ مِنهً عِبَادُكَ المُخلَصُونَ

Yaxşı olar ki, 1-ci rəkətdə “əş-Şəms”, 2-ci təkətdə isə “əl-Ğaşiyə” surəsi oxunsun. Yaxud 1-ci rəkətdə “əş-Şəms”, ikinci rəkətdə isə “Səbihismə” surəsi oxunsun. Yaxşı olar ki, həmd-surə ucadan oxunsun Bayram namazlarının da kamil qaydaları risalələrdə göstərilmişdir. 

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz