Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
 
İslamiyyət
Bölmələr
İstifadəçi girişi

Üsuliddinin beşinci və sonuncu əsası "Məad”-dır. "Məad”, ərəb sözü olub qayıdış mənasını daşıyır. Amma dini termin baxımından məadın mənasında belə deyirlir:

"Məad” axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına etiqad bəsləməkdən ibarətdir.

Bu əqidəyə əsasən dünyadan getmiş hər bir insan Həzrət İsrafil əleyhissalamın şeypurunun səslənməsi ilə oyanıb Allah qarşısında hazır olacaq və öz əməllərinin əvəzini görəcəkdir.

Axirət aləminə inanmaq təkcə müsəlmanlar arasında deyil, bütün ilahi dinlərdə əsas mövzulardan biri sayılır. Həqiqətdə Axirət aləminə inanmağın əsası hər bir insan varlığının ruh və cisimdən yaranmasından qaynaqlanır. İnsanın cismi öləndən sonra torpaqlar altında çürüyüb, aradan getsə də ruhu dəyişməz qalır. İnsanı sair varlıqlardan ayıran əsas amil isə onun ağıl və şüura malik olmasıdır.

İnsan bu dünyaya təkcə yemək-içmək və bir sıra ləzzətlərin ardınca düşmək üçün gəlməmiş və heç də belə bir hədəf üçün yaranmamışdır. Elə buna görə də hər bir insanın zehnində aşağıdakı suallar yarana bilər:

1-Haradan gəlmişik?

2-Hansı hədəf üçün yaranmışıq?

3-Bu həyatın sonu haradır?

Bu suallara düzgün cavab tapmaq üçün "Məad” barəsində və başqa sözlə Axirət aləmi haqda danışmaq zəruri və lazım məsələlərdən biri sayılır.

Ümumiyyətlə Axirət İslamın həm də yaranış səbəbidir. Çünki İslamda insanın ömür boyu öz yaradınına ibadətdə olması vacib məsələdir. Quranda Allah buyurur: "n cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” ("əz-Zariyat”, 56). İslam əqidəsinə əsasən əgər insan öz üzərinə düşən İlahi borcu yerinə yetirməzsə, təkəbbürlük edərsə o, axirətdə şiddətli əzaba uğradılacaq: "Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!” ("ən-Nisa”, 172). 

İslam əqidəsinə görə Qiyamət (Axirət) günü haqqdır və şübhəsiz baş verəcəkdir, bunun qarşısını heç kim ala bilməz: "Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!” ("əl-Ənam”, 134).

Qiyamət gününün xüsusiyyətlərindən biri də həmin gün insanların sorğuya çəkiləcəyidir. Belə ki, yaxşılar cənnətə, pislər, kafirlər isə cəhənnəmə göndəriləcək: "O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağırlənlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir” ("əl-Əraf”, 8-9).

Axirət inam mütləq vacibdir. Çünki qiyamət gününə inanmamaq Allahın sözünü, qüdrətini inkar etməkdir: "Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!” ("əl-İsra”, 10).

Çoxlarına maraqlı olan məsələlərdən biri də qiyamət günün vaxtıdır. Bu haqqda Rəhman buyurur: "(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allahrgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” ("əl-Əraf”, 187).

...Bir ayə
 "O gün ki, Allah sizi (haqq-hesab üçün öz hüzuruna) çağıracaqdır. Siz də Ona (itaətlə yanaşı) şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!" ("əl-İsra", 52).
...Bir hədis
Peyğəmbər (s) buyurmuşdur:" İsanın (ə) səhabələri dedilər: "Ey Ruhullah, kiminlə oturub-duraq?". Buyurdu: "O kəslə oturub-durun ki, onu görmək sizə Allahı xatırlatsın, danışığı sizin elminizi artırsın, əməlləri sizi axirətə rəğbətləndirsin" ("Biharul-ənvar", 1/203).
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Xəbər axtarışı
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2007  Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz