Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
 
İslamiyyət
Bölmələr
İstifadəçi girişi

Müqəddəs İslam dinin insanlara buyurduğu vacib əməllərdən biri də cihaddır. “Cihad” Allah yolunda kafirlərə qarşı vuruşmaq, onlarla mübarizə aparmaqdır. Cihad “Firuiddin”ə daxildir.

Cihad yalnız Allah uğrunda aparılmalıdır. Qurani-Kərimdə və Peyğəmbər (s) sünnəsində cihada mühim yer ayrılıb. Lakin biz İslam mənbələrindən bir neçə dəlil göstərək. Quranda buyurlur:

“(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər)” (“əl-Ənkəbut”,6),

“(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi.Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz” (“əl-Bəqərə”,216).

“Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir” (“əl-Bəqərə”,244).

“Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur” (“ət-Tövbə”,91).

 

Həzrəti Peyğəmbər (s) buyurmuşdur:

“Rəbbinin nəzərində heç bir damla Allah yolunda tökülən bir qətrə qandan əziz deyildir” (“Vəsailüş-şiə”/15/14).

“Bir şey də var ki, Allahın o səbəblə qulun cənnətdəki məqamını 100 dərəcə yüksəldər. Bu dərəcələrdən ikisi arasındakı uzaqlıq səma ilə ərz arasındakı məsafə qədərdir. Səhabə, “Bu nədir ki?” deyə soruşdu. Peyğəmbər (s), “Allah yolunda cihad!” dedi” (“Müslim”, 1884).

“Hər bir yaxşılıqdan üstün bir yaxşılıq da vardır, amma bir adam əziz və cəlil Allahın yolunda öldürülsə şəhidlik məqamına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq yoxdur” (“Biharul-ənvar”, /100/10).

“Şəhidin borcdan başqa bütün günahları bağışlanar” (“Müslim”-İmarət, 118).

“Cənnətə girən heç kim dünyaya geri dönmək istəməz, yer üzündə olan hər şey orada vardır. Ancaq şəhid yox. O, qazandığı mükafat səbəbiylə dünyaya qayıdıb on dəfə şəhid olmaq istər” (“əl-Buxari”-Cihad ,5, 21).

...Bir ayə

“(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər)” (“əl-Ənkəbut”,6),

...Bir hədis

Peyğəmbər (s) buyurmuşdur:“Şəhidin borcdan başqa bütün günahları bağışlanar” (“Müslim”-İmarət, 118).

Təqvim
«  Mart 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz