Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
 
İslamiyyət
Bölmələr

                                               HƏCC

Həcc müsəlmanın ən vacib əməllərindən biridir. HƏCC- MƏKKƏ ŞƏHƏRİNDƏ YERLƏŞƏN KƏBƏ EVİNİN ZİYARƏTİ, KÜTLƏVİ HALDA MÜSƏLMANLARLA DİGƏR AYİN İCRALARI DEMƏKDİR.  Əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evi həm müsəlmanların qibləsi, həm də ən böyük ziyarətgahıdır. Allahın və Peyğəmbərin (s) əmrinə əsasən maddi imkanı olan hər kəs Kəbəni ziyarət etməlidir. Qurani-Kərimdə buyurulur: “İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər” (“əl-Həcc”,27).

Kəbə evi ilk insan, Adəm peyğəmbərin (ə) zamanından mövud olmuş, Nuh tufanından salamat çıxmışdır. İbrahim peyğəmbər (ə) oğlu Həzrəti İsmayılla birlikdə Kəbə evini yenidən tikmişlər. Sonra isə Həzrəti Muhamməd (s) peyğəmbərlik vəzifəsinə təyin ediləndən sonra Kəbəni təmir etdirmişdir. Quranda buyurulur:  “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!” (“əl-Həcc”,26),

“(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik” (“əl-Bəqərə”,125).

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı  © 2024 Materiallardan istifadə edərkən istinad vacibdir!  Конструктор сайтов - uCoz