Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
 
İslamiyyət
Bölmələr
İstifadəçi girişi

“Xums” ərəb sözü olub, əsl mənası “bir şeyin beşdən biri” deməkdir.

Lakin xums sözü şəriət terminində hansı mənada işlədilir? Doğrusu müsəlmanların çoxu bu vacib İlahi verginin əsl mənasını hələ də yaxşı başa düşməmişlər. Şəriətdə “Xums”, müsəlmanın müəyyən şəraitlə bəzi mallarının beşdə bir hissəsini ayırıb müstəhəqqinə (xums sahibinə) verməsidir. Xums barəsində müxtəlif cəhətlərdən geniş şəkildə bəhs etmək olar. Biz isə yalnız bəzi mühüm qismətlərə işarə edəcəyik.

QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR

Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.

Xums haqqında Qur`ani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində “xums” sözü aşkar surətdə qeyd olunmuş, digərində ona “haqq” ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan “ənfal” ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:

1-“(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır)” (“əl-Ənfal”,41).

Ayədəki “beşdə bir” sözü həmin ərəbcə işlətdiyimiz “xums” sözünün türkcə mənasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xumsun vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.

Ayədən məlum olduğu kimi, xums Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yəni, Mə`sumların (ələyhimussalam)). Bundan əlavə, xumsun bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xums iki qismə bölünür:

1. İmamların (ələyhissalam) səhmi.

Xumsun bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.

2. Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.

Xumsu iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xums, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yəni, hər bir müsəlman öz xumsunu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xums Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xums verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xums hələ qəbul deyildir. Çünki xums verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.

2. “Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver!” (“əl-İsra”,26).  Təfsirçilərin nəzərinə görə “Qohum-əqrəbadan” məqsəd Məsumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.

3. “(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin” (“əl-Ənfal”,1).   Bu ayədə də xumsun Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Mə`sumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.

Bütün bu ayələr ümumilikdə xumsun vacib olmasına dəlalət edir. Bundan əlavə, Məsumlardan (ələyhimussalam) bizə yetişən onlarla hədislər də bu məsələnin vacibliyini subuta yetirir.

...Bir ayə
“(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır)” (“əl-Ənfal”,41).
...Bir hədis
İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət günü insanın ən çətin halı o vaxtdır ki, xums sahibi (xumsu alan) Allah dərgahında dayanıb xumsun ona çatmamasından şikayətlənsin!” ("Vəsail-şiə", cild 6, səh.378)
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad vacibdir!  Конструктор сайтов - uCoz