Baş səhifə İbn Teymiyyə haqqında - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » İbn Teymiyyə haqqında (Kimdir o?)
İbn Teymiyyə haqqında
AdministratorTarix: Cümə, 27.02.2009, 18:06 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İbn Teymiyyə kimdir? Ona münasibətiniz necədir? Onun fikirlərini dəstəkləyirsinizmi? Bu haqda danışaq iinşallah...


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Cümə, 27.02.2009, 18:31 | İsmarıc # 2
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əhli sünnət alimlərinin İbni Teymiyyə barəsində nəzərləri.

Təqiddin Subki deyir: İbni Teymiyyənin fikirlərinin ümum müsəlmanlarin əməlləri ilə heç bir uyğunluğu yoxdur.O, islam əqidələrində bidət qoydu və İslamın sütunlarını sındırdı. (Təbəqatuş-şafiiyyə,10-cı cild,s186)

İbni Cəfər Əsqalani belə deyir: İbni Teymiyyə heç bir sənədə baxmayaraq, yalnız öz fikirlərinə əsaslanaraq səhih və həsən hədisləri (İmam Əli (ə) barəsində olub) inkar edirdi. İnsanlar onun barəsində 3 qrupa bölünür.
1-Onu həməviyyə və vastiyyə qrupundan sayanlar.Onlar İbni Teymiyyəni mücəssim bilirlər,çünki o, əl, ayaq və üzü Allahin həqiqi sifətindən bilərək deyirdi ki, Allahın özü (zatı) ərşin üzərindədir.

2-Onu zındıq (dinsiz) bilənlər. İbni Teymiyyə peyğəmbərə təvəssülü və qəbrinin ziyarətini haram hesab edirdi, bu bir növ peyğəmbərə cəsarət etmək və onun ehtiramını saxlamamaq deməkdir.

3-Onu münafiq sayanlar. İbni Teymiyyə Əli (ə)a kin saxlayırdı. Tirmizi (kitab mənaibus-səhabə bab-mənaqibu Əli) öz səhihində Əbuzərdən nəql edir.
“Biz münafiqləri 3 şeylə tanıyardıq:...III-Əli (ə)a qarşı kin saxlamaqlarından”
(Lisaiul-mizan,c.6,s.414)

http://www.al-shia.my1.ru/publ/1-1-0-305
http://www.sonumid.com/?num=jurnal03/022

 
HuzeyfaTarix: Çərşənbə axşamı, 03.03.2009, 09:11 | İsmarıc # 3
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



O, müctəhid və öz dövrünün mücəddidi olmuşdur, Əhməd ibn Abdulhəlim ibn Abdussalam ibn Abdullah ibn Əbu Qasim ibn Teymiyyə əl-Harrani Təqiuddin Əbu əl-Abbas ibn Şihəbuddin. O bidətlərin və küfrün yayıldığı bir dövrdə iman bayrağını və Əhli-Sünnət anlayışını qaldırdı. İbn Teymiyyə bidət və təhriflərə qarşı şiddətli mübarizə səbəbi ilə müxaliflərinin gözündə bir düşmənə çevrilmişdi və bu zat haqqında düşmənləri bacardıqları qədər yalanlar yaymaqda heç yorulmadılar.
Əl-Hafiz əl-Bəzzar, İbn Teymiyyənin müxaliflərini təsvir edərək deyir: “…sən ona (İbn Teymiyyə) müxalif olan, (insanları) ondan uzaqlaşdırmağa çalışan, ona nifrət edən alimlər içində dünya mallarını toplamaqda ən həris, onları tələbdə ən hiyləgər, ən riyakar, şöhrətə ən həvəskar və yalançılar içində ən məhsuldarı olanlardan başqalarını görə bilməzsən.” (əl-Bəzzar, “əl-Aləm əl-Uliyyəh”, s: 82)
İbn Teymiyyəni öz dövründə və ondan sonra bir çox alimlər elminə, zühdünə, təqvasına və sələfin yoluna bağlılığına görə mədh etmişdir. Bu tərif və mədhlərin bir çoxunu Şeyx əl-Hafiz ibn Nəsiruddin tərəfindən “Raddul-Vafir” kitabında toplanmışdır və İbn Teymiyyəyə “şeyxul-islam” adını aid etməyin küfr olduğunu dilinə gətirənlərə rəddiyədir.
İmam əl-Hafiz əz-Zəhəbi deyir: “Onun ixtilaflı məsələlər haqqında rəyləri zikr etməsi və dəlilləri qeyd etdikdən sonra güclü rəyi müəyyən etməsi möhtəşəmdir və o ictihad etmək şərtlərini ödədiyi üçün bir müctəhiddir. Mən müəyyən bir məsələ barədə içindən hökm çıxarılan bir ayəni belə tezliklə yada salan və nəssləri onların mənbələrinə istinad ilə belə güclü hifz edən birini görmədim. Sünnət onun gözlərinin qarşısında və dilinin ucunda bəlağətli ifadələrdə və açıq bir görüntü halında idi.
O təfsirdə və onun bəyanında Allahın əlamətlərindən bir əlamət idi. Dinin əsasında və ixtilaflı məsələlər barəsində onun tayı yox idi, bununla bərabər səxavət və cəsarət onda idi, nəfslərin həzzlərindən uzaq idi.
Onun müxtəlif elmlərdə verdiyi fətvalar bəlkə də 300 cildə çatmışdır, bəlkə də daha çox və o, ona qarşı yönəldilmiş ittihamlara baxmayaraq həmişə Allah rızası üçün haqqı söyləmişdir...
O ağ dərili, qara saçlı və saqqalında bir neçə ağ tük olan qara saqqallı idi. Onun saçları qulaq uclarına qədər tökülərdi. Onun gözləri bəlağətləri dillər idi, geniş çiyinləri və yüksək, aydın səsi ilə sürətli qiraəti var idi. O tez qəzəblənərdi, lakin tez də səbr və ehtiyat ilə özünü ələ alardı...
O, namazlarını və oruclarını hifz edərdi, əhkamları zahirən və batinən ucaldardı. O, kasıb fəhm ilə fətva vermədi, çünki o güclü zəka sahibi idi, və elmsizlikdən də fətva vermədi, çünki o, aşıb-daşan bir okean idi. O, din ilə də xəfif davranmazdı, əksinə Quran, Sünnət və qiyasa əsasən hökm verərdi, dəlilləri sələfə tabe olaraq qəbul edərdi və hökm verərdi. Əgər xəta edibsə bir savabı, haqqa isabət edibsə iki savab qazanmışdır." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı)
İbn Hacər əl-Əsqalani dedi: "Şeyxlərimizin şeyxi, əl-Hafiz Əbu əl-Yu'məri (İbn Seyyid ən-Nəs) özünün İbn Teymiyyə haqqında yazdığı bioqrafiyasında deyir: Əl-Mizzi məndən Şeyxul-İslam Taqiuddin haqqında rəyimi soruşmaqla təkid etdi. Mən onu sahib olduğu elmlərdə səadətə qovuşmuş biri kimi tanıdım. O sünən və əsərləri tamamilə hifz edərdi və onları tətbiq edərdi. Təfsir elmindən danışarkən bayrağını əlində aparardı, fiqhdə hökm verərkən onun hüdudunu bilərdi. Hədis elmindən danışarsa, bu elmin əhlindən idi və bütün xəbərləri bilərdi. Din və firqələr haqqında dərs verərkən, ondan daha əhatəli və detallı elmə sahib birisi seçilməzdi, o hər bir elmdə öz dövrünün alimlərini üstələdi, sən onun kimi başqa bir alimi görə bilməzsən, heç onun öz gözləri özü kimi bir alim görmədi..." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı)
İbn Hacər əl-Əsqalani deyir: "Mən şeyxlərimizin şeyxi əl-Hafiz Bəhauddin Abdullah ibn Muhamməd ibn Xalilin icazəsi ilə əl-Hafiz Silahuddin əl-Bəlainin yazdığı əl-yazmasından oxudum: Bizim Şeyx və ustadımız, Allah və bizlər arasındakı işlərdə İmam, təhqiqin Şeyxi, özündən sonra gələnlərlə birlikdə ən yaxşı yolda gedən, bütün qövmlərin etiraf etdiyi kimi saysız dərəcədə çoxlu heyrətamiz keyfiyyətlərin və nurlu dəlillərin sahibi, Allah bizlərə onun fövqəladə elmindən bəhrələnməyi qismət etsin və onu bizlər üçün həm bu dünyada və həm də axirətdə bir fayda etsin. O, Şeyxdir, İmamdır, məsələləri anlayan Alim, Saduq, Okean, Nur Hovuzu, İmamların İmamı, müsəlman ümməti üçün bir Şərəf, alimlərin Nişanəsi, peyğəmbərlərin varisi, müctəhidlərin sonuncusu, din alimləri içində nadir, Şeyx al-İslam, alimlərin Hüccəti, məxluqlar üçün nümunə, elm əhli üçün sübut, bidətçilərin qənimi, müzakirə sahiblərinin qılıncı, elm bəhri, faydalı xəzinə, Quran müfəssiri, zamanların möhtəşəmliyi, bu və digər zamanlarda nadir. Həqiqətən də, Taqiuddin (İbn Teymiyyə) müsəlmanların imamıdır, məxluqata qarşı Allahın hüccətidir, salehlərdən biri, sələflərdən biri, məzhəbin muftisi, haqqın köməkçisi, hidayət əlaməti, hafizlərin sütunu, sözlərin mənalarının cəngavəri, Şəriətin (evin küncündəki) son daşı, yeni elmlərin banisi Əbul-Abbas İbn Teymiyyə..." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı)
Əl-Hafiz əl-Mizzi söyləyir: "Mən onun bənzərini görmədim, heç onun öz gözü öz bənzərini görməmişdir. Ondan yaxşı Allahın Kitabını və peyğəmbərinin Sünnətini bilən birini və nə də onlara tabeçilikdə onda yaxın birini görmədim." (Şeyx Bəhcətul Beytər, "Həyət Şeyxul-İslam ibn Teymiyyə", s:21)
Əl-Hafiz ibn Dəqiq əl-İd söyləyir: "Mən İbn Teymiyyə ilə görüşdükdə, bütün elmlərin gözləri qarşısında məskən saldığı bir insan gördüm, o onlardan istədiyini alırdı və istədiyini də tərk edərdi." ("Saleh əl-Fəuzan, "Məşəhir əl-Mucəddidin", s: 26) və bu sözlərindən sonra ona belə söyləmişdir: "Vallahi, mən inanmıram ki, sənin bənzərin olan biriləri sağ qalmışdır." (əl-Bidayə van-Nihayə, 14/27, bax, eləcədə: "Zail alə Tabaqat əl-Hənəbilə", 2/392, İbn Racəb)
Qadilər qadisi İbn əl-Hururi deyir: "Əgər İbn Teymiyyə Şeyx al-İslam deyildirsə, o zaman kimdir?" (Həyət Şeyxul-İslam, s:26)
Əş-Şeyx Mulla Ali əl-Qari söyləyir: ""Mədaricus-Salikin" (İbnulQayyim) kitabını
araşdıran biri üçün aydın olar ki, bu iki şəxs (İbn Teymiyyə və İbnul-Qayyim) Əhli-Sünnət val-Cəmaatın ən böyüklərindəndirlər və bu ümmətin övliyalarıdırlar." ("Mirqat əl-Məfatih", 8/251-252)
Muhamməd ibn Abdul Bərr əs-Subki söyləyir: "Vallahi, İbn Teymiyyəyə haqqı bildikdən sonra ondan üz döndərən cahil və şəhvətlər sahibi birisindən başqası nifrət etməz." ("Raddul-Vafir", s: 95)
Əl-Hafiz Abdurrahmən İbn Racəb əl-Hənbəli söyləyir: "..O, İmamdır, əl-faqih, əl-müctəhid, əl-mühəddis, əl-hafiz, əl-müfəssir əl-Quran, əz-Zahid (zühd sahibi), Taqi əd-Din Əbu əl-Abbas Şeyx əl-İslam, elmlilərin elmlisi, onun haqqında mübaliğə etmək mümkün deyil, onun adı çəkildikdə onu tanınır...o, Allah Ona rahmət etsin, öz dövründə Quranı anlamaqda və imanın həqiqətini anlamaqda nadir birisi idi." ("Zail alə Tabaqat əl-Hənəbilə", 2/387-392)
Hənəfilərin İmamı Bədr əd-din (Mahmud ibn Əhməd) əl-Aini söyləyir: "Kim İbn Teymiyyəni kafir olmaqda ittiham edərsə, həqiqətdə o özü kafirdir, kim onu bidətdə ittiham edərsə, həqiqətdə özü mübtədidir. Bu necə mümkündür?! Onun bütün kitabları göz qarşısındadır və orda zəlalətdən və sapmadan bir qırıq da əlamət yoxdur." ("Raddul-Vafir", s: 245)
Əs-Suyuti, əz-Zəmləkənidən sitat gətirir: "Bizim Ustad, bizim Şeyx, əl-İmam, Alim, Nadir (əl-Avhad), əl-Hafiz, əl-Müctəhid, əz-Zahid, əl-Abid, Nümunə, İmamların İmamı, ümmətin misalı, alimlərin nişanəsi, peyğəmbərlərin varisi, müctəhidlərin sonuncusu, dinin nadir alimi, İslam üçün Şərəf, alimlərin hüccəti, mütəkəllimlərin hüccəti, mübtədilərin qənimi, möhtəşəm və ən uca elmlərlə bəxş olunmuş, Sünnəti yenidən yaşadan. Allah onunla bizləri faydalandırdı və onunla düşmənlərə qarşı hüccəti iqamə etdi... Taqi əd-Din İbn Teymiyyə..." İmam Suyuti bu sözlərdən sonra əlavə edir: "Mən bu bioqrafiyanı, Alləməh, öz dövrünün nadir şəxsiyyəti Şeyx Kəməl əd-Din əz-Zəmləkəninin əlyazmasından sitat gətirdim. O belə deyərdi: "Ondan (İbn Teymiyyədən) çox hifz edən biri son 500 il ərzində görülməmişdir." (əl-Əsbəh va ən-Nəzəir ən-Nəhviyyəh", 3/681)

Добавлено (03.03.2009, 09:11)
---------------------------------------------
İbn Teymiyyə kitabları burada.İstəyən oxusun,öz gözü ilə görsün.Bizim bəzilərdən fərqli olaraq bütün elm mirasımız ortada və aşkardır.
http://www.darulkitap.com/indir/ibni-teymiyye-ibni-teymiyye.html
http://www.darulkitap.com/kitap-listesi.html

 
PünhanTarix: Çərşənbə axşamı, 03.03.2009, 14:06 | İsmarıc # 4
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Salamun aleykum va rahmetullah.


Əhməd ibni Əbdul həlim ibni Teymiyyə adı ilə məşhur olan bu bədbəxt hicri tarixinin 661-ci ilində Rəbuil-əvvəl ayında Suriyanın Hərran şəhərində anadan olub. Yeddi yaşında ikən monqolların hücumundan amanda qalmaq üçün ailəsi ilə birlikdə Şam şəhərinə (indiki Dəməşq) köçüb. Atası hənbəli məzhəbindən olan ruhani idi, elə buna görə də atası onu hənbəlilər mədrəsəsinə qoydu. İbni Teymiyyə 698-cı ilə qədər Dəməşq şəhərində adi hənbəli ruhanisi kimi yaşayırdı.
Amma elə ki, “Risalətul-həməviyyə” kitabinı yazdı özünün haqq yolundan azdığını biruzə verdi. Bu kitab Himat şəhərinin əhalisi tərəfindən verilən suallar üstündə tərtib olunub ki, İbni Teymiyyə bu kitabda Allah üçün açıq aşikar cəhət və məkana qail olduğunu göstəribdir. İbni Teymiyyə iddia edirdi ki, Allah asimanda öz ərşində oturub. Bunun üçün Quranda mütəşabih ayələri sübut kimi gətirib iddia edirdi ki, Peyğəmbər(s)-n səhabələri də bu əqidədə olublar. Digər tərəfdən iddia edirdi ki, peyğəmbərlər və ilahi övliyalar dünyadan gedəndən sonra sair ölülərlə onlar arasında heç bir fərq yoxdur. Əhli-beytin fəzilətləri haqqında şiə və sünnü raviləri tərəfindən nəql olunmuş və yekdilliklə qəbul olunan rəvayətləri inkar edərək onları qondarma adlandırırdı. Özü əslində hənbəli məzhəbindən olmasına baxmayaraq Əhməd ibni Hənbəlin Əli (ə)-n fəzilətlərini sübuta yetirmək üçün çəkdiyi zəhmətləri heç etdi. İbni Teymiyyə filosof, mütəkəllim və fəqihlərin olduğu bir yerdə Allahın cism və onun bir məkanda qərar tapdığı haqda fikirlər yürütməyə başladı.
Peyğəmbər (s)-n qəbrini ziyarət etməyi haram etdi. Peyğəmbərlərin ilahi ovliyaların pak ruhlarına təvəssül etməyi şirk adlandırıb onların mövludlarını qeyd etməyi bidət elan etdi. Şübhəsiz hər bir zamanda İslam dünyasında qeyrətli alimlər İslami dəyərləri və Quranın nailiyyətlərini müdafiə ediblər. Əhli sünnət aləmində indiyə qədər heç görünməyib ki, bir hənbəli alimi bu qədər şəriət məhkəməsinə çağırılıb dəfələrlə sürgün olunsun. Hətta zindanda olanda belə oxuyub yazmaqdan məhrum olunsun.
İbni Teymiyyənin şagirdi İbni Kəsir “əl-Bidayətu vən-Nihayə” kitabında yazır:-698-ci ildə alimlər İbni Teymiyyəyə qarşı qiyam etdilər ki, onu qazi Cəlaluddin Hənəfinin hüzuruna qətirsinlər, lakin O gəlmədi. 705-ci ilin Rəcəb ayının 8-də şəhərin qaziləri bir yerə yığışdılar və onunla “əl-Vasitiyyə” kitabı haqqında bəhs etdilər ki, Kamaluddin Zəməlkani onunla münazirə etdi. Şə`ban ayının 7-də onu Misirə sürgün etdilər. O Misirdə də öz əqidəsini yaymağa başladı. Orada Səms ibni Ədnan onunla münazirə edib onu məğlub etdi və qazi İbni Məhluf Maşki onu həbs etdi. Misirdə və Şamda onun əleyhinə rəsmi bəyanatlar verildi. 707-ci ildə rəbiul-əvvəl ayının 22-də azad oldu və yenə də öz əqidəsini yaymağa başladi. Onda İbni Əta onunla münazirəyə oturdu və qazi Bədruddin ibni Cəmaət onun danışiğinda Peyğəmbər (s)-ə qarşı ədəbsizliyi görəndə onu zindana saldı. 708-ci ilin əvvəllərində azad oldu. Onun zindandan azad olub yeni fəaliyyəti səbəb oldu ki, 709-cu ilin səfər ayında İskəndəriyyə şəhərinə sürgün olunsun. 8 ay sürgündə qalandan sonra Qahirə şəhərinə qayıdır və 712-ci ildə Şama köçür. Şamdakı alimlərin çoxlu şikayətləri nəticəsində şəhərin hakimi onu Dəməşqdəki qalada həbs edir və hər cür yazıb oxumaqdan onu məhrum edir. 712-ci ildə zindanda ikən vəfat edir. İbn Kəsir “Tarixu Dəməşq” kitabında yazır:-“Ibni Teymiyyə Dəməşqdə qala zindanında öləndən sonra tərəfdarları onun cəsədi ilə vidalaşmaq üçün icazə aldılar. Zindana daxil olub onun meyyitini dövrəyə alıb hələ ona qüsl verilməmiş Quranın tilavətinə başladılar. Sonra təbərrük məqsədi ilə hərəsi onun üstünə parça salıb götürürdü. İbn Teymiyyənin cəsədinə qüsl veriləndə onun müridləri ona verilmiş qüsl suyundan içdilər. Tərəfdarları bir-bir gəlib onun cəsədi ilə vidalaşmağa başladılar”.
Mümkündür bəzi adamlar sadəlövhlük üzündən desinlər ki, əqidə uğrunda bu cür müqavimət göstərmək alqışa layiqdir. Lakin unutmaq lazım deyil ki, haqqa qarşı inadkarlıq göstərmək əqidə uğrunda mübarizə sayılmır. Çünki haqqın müqabilində inadkarlıq rəzil sifətlərdəndir. Amma əqidə əgər müqəddəs olsa onun uğrunda mübarizə aparmaq lazımdır. Həqiqət gün kimi aydın olduğu bir halda Peyğəmbər (s) və ondan 700 il sonra gəlib möminlərin sübuta yetmiş əqidələrini məsxərəyə qoymaq qəhrəmanlıq yox ən azı gicbəsərlikdir. Möminlər 700 il Peyğəmbər (s)-n qəbrinə ehtiram edib üstündə məqbərə tikməklə ona öz məhəbbət və əlaqələrini göstəriblər. Amma birdən birə günlərin birində İbni Teymiyyə kimi cahil meydana atılır və bütün müsəlmanları müşrik elan edir. Belə bir həssas vaxtda islamın mühafizəçiləri və dörd məzhəbin alimləri onun əqidəsinin xarab olduğunu camaata çatdırırlar.

Hacı Elman İbadov email:kerrar@mail.ru


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MuhammedOmerTarix: Çərşənbə axşamı, 03.03.2009, 19:36 | İsmarıc # 5
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 19
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əhli sünnətdə İbn Teymiyyə haqqında əasən 3 fikir vardır.
1. Onun alim və ya mötəbər bir insan olduğuna və dediklərində həqiqət olduğuna inanlar. Bunar əsasən özlərinə "sələf" deyən islamın bir firqəsidir.

2. İkinci qrupda olanlar onu zindıq adlandırırlar. Onun dediklərini qətiyyətlə qəbul etməyərək və onu islama bidət gətirən bir insan olaraq görürlər. Bunlar əsasən əhli sünnətdə mövcüd olan "təsəvvuf" əhli olan insanlardır. Çünki İbn Teymiyyənin fikrincə islamda "təsəvüüf" deyilən bir şey yoxdur.

3. Üçüncü qrupda olanlar onun haqqında bir fikir yürütmürlər. Onlar İbn Teymiyyənin bəzi fikirlərini qəbul edib, bəzi fikirlərini qəbul etməyəndirlər. Qəbul edilən fikirlər əsasən əhli sünnətin təməli olan fikirlərdir ki, onları hr bir əhli sünnət vəl cəmaat qəbul edir. Bunları hamı bilir.

P.S: Mən özüm 3-cü qrupu dəstəkləyirəm. İbn Teymiyyə çox bilikli bir insan olub, ama o demək deyil ki, onu dedikləri hamısı həqiqətdir. Onun əhli sünnətə tərs düşən çox fikirləri olmuşdur (alimlərin dediyi əsasında danışıram) və buna görə bir çox əhli sünnət alimləri onun fikirlərini qınamışlardır.

 
HuzeyfaTarix: Çərşənbə, 04.03.2009, 07:18 | İsmarıc # 6
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani xanım,güman edirəm ki,böyük alimlərin İbn Teymiyyə baradə olan fikirlərini oxuduz.Ondan başqa bir tədqiqatçı üçün onun böyüklüyünə dəlil onun əsərləridir.
Əl-Hafiz əl-Bəzzar, İbn Teymiyyənin müxaliflərini təsvir edərək deyir: “…sən ona (İbn Teymiyyə) müxalif olan, (insanları) ondan uzaqlaşdırmağa çalışan, ona nifrət edən alimlər içində dünya mallarını toplamaqda ən həris, onları tələbdə ən hiyləgər, ən riyakar, şöhrətə ən həvəskar və yalançılar içində ən məhsuldarı olanlardan başqalarını görə bilməzsən.” (əl-Bəzzar, “əl-Aləm əl-Uliyyəh”, s: 82)
Прикрепления: sabr_ibn_teymiy.rar (191.6 Kb)
 
PünhanTarix: Çərşənbə, 04.03.2009, 11:28 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Əl-Hafiz əl-Bəzzar

Kimdir ki o?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Cümə axşamı, 05.03.2009, 08:22 | İsmarıc # 8
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İbn Teymiyyə və onun risalələri
http://www.boxca.com/hnkdozw....ar.html
Bizim bütün elm mirasımız aşkardadır.
 
PünhanTarix: Cümə axşamı, 05.03.2009, 12:24 | İsmarıc # 9
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Əl-Hafiz əl-Bəzzar

Huzeyfa, sizin elminizə nə dedimki? Allah daha da kamil etsin.
Sadecə bilmək istəyirəm adini qeyd edtiyin şəxs kimdir ?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Cümə, 06.03.2009, 08:26 | İsmarıc # 10
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Huzeyfa, sizin elminizə nə dedimki? Allah daha da kamil etsin.

Mən bunu yazarkən bildiyiniz kimi Əhli Sünnəni nəzərdə tuturdum.Bizim elmimiz isə ancaq bizə qalan bu mirasdan faydalanmağa yetir.
Quote (İravani)
Sadecə bilmək istəyirəm adini qeyd edtiyin şəxs kimdir ?

Kitabının adından göründüyü kimi müəllif,onlarla,yüzlərlə alimdən biri.
 
AdministratorTarix: Şənbə, 07.03.2009, 20:53 | İsmarıc # 11
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İbn Teymiyyənin digər müasiri, (756-cı hicri ilində vəfat etmiş) Şamın qazilər qazisi Təqiyyuddin Subki Şafei “Şifaul-əsqam fi ziyarəti xeyril-ənam” kitabını yazaraq güclü məntiqi dəlillərlə, onun Peyğəmbərin (s) ziyarətinin haramlığı haqda əqidəsini rədd və inkar etmişdir. Bu kitaba, Məkkədə yaşayıb 1014-cü ildə oradaca vəfat etmiş məşhur Hənəfi fəqihi Molla Əli Tari şərh yazmışdır ki, “Şifaul-əsqamın şərhi” adlanır.
Bunlardan sonra məşhur alim, Mədinənin şeyxül-islamı (911-ci hicri ilində vəfat etmiş) Nurəddin Əli ibn Abdullah Səmhudi Şafei Misrinin adını çəkmək olar. O, “Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında Peyğəmbərin (s) ziyarətinin savabı, onun qəbrinin əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi barədə hədislər haqqında təfsilatlı bəhs edib, İbn Teymiyyəyə qarşı iradlar tutmuşdur (4/8).

Başqa bir alim-Hicazın müftisi, Məkkənin şeyxül-islamı Əhməd ibn Mühəmməd ibn Həcər Heysəmi (973-cü ildə vəfat etmişdir) “Əl-Cəvhərül-münəzzəm” kitabında Peyğəmbərin (s) müqəddəs qəbrini ziyarətin şəri olmasına dəlillər gətirmişdir. O, bu dəlillər arasında həmçinin “icma”ya əsaslanaraq deyir: “Əgər soruşsan ki, İbn Teymiyyə icmaya müxalif olduğu halda sən öz dəllilərində icmaya necə əsaslanırsan? Halbuki Subki İbn Teymiyyənin bu barədə öz dəst-xəttini görüb ki, qəribə istidlallarla Peyğəmbər (s) qəbrini ziyarətinin haramlığı haqqında “icma” iddiası edib, yazmışdır: Belə bir səfərdə namazı şikəstə qılmaq olmaz. (Çünki onun nəzərincə, səfər günahlardan təmizlənmə məqsədi daşımadığından, namaz bütöv qılınmalıdır). İcma bütün fəqihlərin müəyyən məsələ barəsində həmrəyliyinə deyilir.
O, ziyarətə dair bütün hədisləri saxta adlandırmışdır. Sonradan havadarlarından bəziləri onun yolunu getdilər. Heysəmi deyir: “İbn Teymiyyə kimdir ki, dini məsələlərdə onun sözünə etibar edilsin, fikrinə diqqət yetirilsin?! Məgər o həmin kəs deyilmi ki, böyük alimlərin çoxu onu fasiq dəlillərini və boş-boş sözlərini rədd edəndən sonra deyiblər: “O, İzz ibn Cəmaənin dediyi, azğın, yalançı və günahları müqabilində zillət və alçaqlığı axirətədək, habelə, dünyadaca Allahın dadızdırdığı kəsdir”.
Bütün alimlər tərəfindən ictihad və uca məqamı qəbul edilən şeyxül-islam Təqiyyüddin Subki “Şəfaul-əsqam” kitabında İbn Teymiyyənin sözlərini tədqiq, izah və rədd edəndən sonra deyir: “Bunlar İbn Teymiyyənin səhvlərinin cüzi hissəsi idi. Halbuki, onun azğınlıqları heç vaxt islah olunmayacaq və bu bir müsibətdir ki, onlar əbədi olaraq qalacaqdır. Bu heç də təəccüblü deyil. Çünki nəfsani istək və şeytani vəsvəsələr bu azğınlıqları onun üçün bəzəmiş, o, özünü müctəhidlərə tay edib, İlahi feyzdən məhrum olduğu halda, fəqihlərin əleyhinə çıxmış, bununla da ən pis işlərə əl atmışdır. Belə ki, o, bir çox şəri məsələlərdə İslam fəqihlərinin əleyhinə getmiş, xüsusən Raşidi xəlifələrinə etiraz etmişdir. O, bununla kifayətlənməyib, hər bir eybdən pak və bütün kəmali sifətlərin maliki Haqq-təalanın müqəddəs zatına bəyənilməyən nisbətlər vermiş, bütün camaat qarşısında Allahı cism saymış və bu fikirdə olmayan bütün alimlərə “yollarından azmışlar” demişdi. İş o yerə çatmışdır ki, əsrinin alimləri ayağa qalxıb zəmanənin hökumətindən onun tutulub zindana salınmasını istəmişdilər. Onun ölümü ilə bidətlər odu sönmüş, azğınlıqları unudulmuşdu. Yalnız uzun müddətdən sonra, bəzi tanınmış şəxslər onun müdafiəsinə durub, əqidəsini dirçəltmək istədilər. ("əl-Cövhərül", səh. 13).

İbn Həcər də “Əl-Fətavəl-hədisə” kitabında İbn Teymiyyədən söz açaraq deyir: “İmam Əbülhəsən Subki, onun oğlu Tacuddin, Şeyx İmam İzz ibn Cəmaə və onun müasiri olan Şafei, Maliki, Hənəfi məzhəblərinə mənsub digər alimlər onun sözlərini təkzib etmişlər ("əl-Fatəvəl hadisə", səh. 86).

Maraqlıdır ki, (852-ci hicri ilində vəfat etmiş) İbn Həcər Əsqəlani “Əd-Durərul-kaminə” kitabında İbn Teymiyyənin həyatı və fikirləri haqda söz açaraq demişdir: “O, dəfələrlə Şafei, Maliki, Hənəfi qaziləri tərəfindən Şam və Misirdə təkfir edilmiş və mənbərdə moizəsinin, tədrisinin qarşısı alınmışdır. Dəfələrlə bəzi bəyanat və fitvalarına görə zindana düşmüş, dəfələrlə tövbə edib sonradan öz əməllərinə qayıtmışdır. Bəzən şafeiyəm demiş, bəzən isə əşəri olduğunu bildirmişdir O, daima İsgəndəriyyə, Qahirə və Dəməşq arasında get-gəl etmiş, bu şəhərlərdə Maliki, Hənəfi və Şafei alimləri ilə mübahisə edərək dörd ilə yaxın müxtəlif zindanlarda yatmış, nəhayət, 728-ci hicri ilində Dəməşq qalasının zindanında ölmüşdür.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
MuhammedOmerTarix: Bazar, 08.03.2009, 18:09 | İsmarıc # 12
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 19
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Adminstrator,
Sən yaxşı bilərsən... Mənim bildiyimə görə əhli sünnə alimləri İbn Teymiyyənin ən çox əqidə məsələlərini rədd edirlər. Səndə əhli sünnətin İbn teymiyyə haqqında əqidə məslələri haqqında rəddiyyəsi varmı? Varsa bura yerləşdirə bilərsən? Mənim üçüçn çox maraqlıdı. Mən də o mənbə yoxdur. Bir də əhli sünnət alimlərin in özlərinə sələf deyən firqənin dediyi kimi Allahın əl, qol, ayaq vəya ərşin üzərinə oturması haqqında fikri neçədir?

Onları foruma yerləşdirsən sənə duacı olaram... Allah indidən razı olsun.

 
AdministratorTarix: Bazar, 08.03.2009, 22:40 | İsmarıc # 13
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MuhammedOmer, xeyr, mən elə risalələrlə maraqlanmıram, amma İbn Teymiyyəni rədd edən sünni alimləri çox olub.

Huzeyfa, siz İbn Teymiyyəni israrla müdafiə edirsiniz, o, şiə müsəlmanlarına bir çox böhtanlar atıb, alim necə böhtan atar?!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 08.03.2009, 22:42 | İsmarıc # 14
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Şәmsәddin Zәhәbi “Mizаnül-еtidаl” әsәrindә оnа tövsiyә еdәrәk yаzır:
“Аnd оlsun Аllаhа, biz sәnin fikirlәrinin qаrşısını hökmәn аlmаlıyıq. Sәn bәhs еtdikdә nә sаkit оlursаn, nә dә tохtаyırsаn. Dindә düçаr оlduğun bu yаnlışlıqlаrdаn, аzğınlıqlаrdаn çәkin. Sәnin Pеyğәmbәrin (s) bеlә (qаrşıyа qоyduğun) bu mәsәlәlәrә qаrşı idi. Pеyğәmbәr (s) suаlı pislәmişdi. Çох dаnışmаq (hеç bir yаnlışlıq оlmаdıqdа bеlә) әgәr hаlаl vә hаrаm hаqqındа оlаrsа, qәlbin dаşlаşmаsınа gәtirib çıхаrаr. Lаkin bütün dаnışılаnlаr küfr оlаrsа, insаnın qәlbini kоr еdәr vә bu yахşı nәticә vеrmәz. Еy şәхsiyyәtsiz! Sәnin аrdıncа gәlәnin еlmә, dinә bаğlılığı аz оlаrsа, özünü Аllаhı inkаr еdәcәk hәddә çаtdırаcаq vә dindәn хаric оlаcаq. Sәnә tаbе оlаnlаr yа bir оvuc gözübаğlı, аğılsız, yа sаvаdsız, yаlаnçı vә әblәh, yа sаkit, аmmа mәkrli yаdlаr, yахud dа әmәlisаlеh, аmmа düşüncәsiz insаnlаrdır. Еy müsәlmаn! Nәfsini özünü dәyәrlәndirmәk üçün qаrşıyа çәk. Sәn özünü nә qәdәr tәsdiqlәyir, yахşı insаnlаrı isә pislәyirsәn?! Özünü nә qәdәr böyük, аbidlәri isә kiçik sаnırsаn?! Nә vахtа qәdәr özünlә dоstcаsınа dаvrаnаcаq, zаhidlәri isә düşmәn sаnаcаqsаn?! Nә vахtа qәdәr öz sözlәrini iki sәhih kitаbın hәdislәrindәn çох mәdh еdәcәksәn?! Аnd оlsun Аllаhа sәn özünü оnlаrdаn çох mәdh еdir vә dәyәr vеrirsәn. Kаş iki sәhih kitаbın hәdislәri sәnin әlindәn аmаndа qаlаydı. Sәn istәdiyin аn оnlаrı zәif hеsаb еdir, gümаn оlduğunu iddiа еdir, yа dа tәvil еdirsәn”.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 09.03.2009, 12:40 | İsmarıc # 15
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MÖVZU AÇILIR, FORUMUN QAYDALARI ÇƏRÇİVƏSİNDƏ MÜZAKİRƏNİ DAVAM ETDİRMƏK OLAR.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə, 27.03.2009, 23:17 | İsmarıc # 16
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Ibn Teymiyyə Əhli-beyti (ə) oğruluqda ittiham edib. Belə ki, Ömərin Xanımın evinə olunan hücumunu belə qeyd edir:

غاية ما يقال انه کبس البيت، لينظر هل فيه شيء من مال الله الذي يقسمه و أن يعطيه لمستحقه

"Onlar (Xanım Zəhranın) evinə hücüm etdilər və evə daxil oldular. İstəyirdilər görələr ki, Xanım Zəhra BeytulMaldan evdə bir şey saxlayıb ve ya oöurlayibsa ona müsadirə edib xalq içində paylıyalar."

http://arabic.islamicweb.com/Books/taimiya.asp?book=365&id=4127


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Cümə axşamı, 23.04.2009, 11:01 | İsmarıc # 17
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Ibn Teymiyyə Əhli-beyti (ə) oğruluqda ittiham edib. Belə ki, Ömərin Xanımın evinə olunan hücumunu belə qeyd edir: غاية ما يقال انه کبس البيت، لينظر هل فيه شيء من مال الله الذي يقسمه و أن يعطيه لمستحقه "Onlar (Xanım Zəhranın) evinə hücüm etdilər və evə daxil oldular. İstəyirdilər görələr ki, Xanım Zəhra BeytulMaldan evdə bir şey saxlayıb ve ya oöurlayibsa ona müsadirə edib xalq içində paylıyalar."

Görən İbn Teymiyyə Fatimənin məqamından bixəbər idimi ki, onu oğurluqla ittiham edib?

Peyğəmbər (s.ə) buyurub: “Fatimə cənnət qadınlarının seyyidəsidir”.(səhih Buxari 5-ci cild səh. 36 4-cü sətr Beyrut çapı)

Aişə xanim: “Fatimə (ə.s) Rəsulullahın (s) yanına gələndə o Həzrət onun üçün ayağa durardı və alnından öpüb yerində oturdardı”. (əl-Mənaqib, 3/332)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Cümə axşamı, 23.04.2009, 23:22 | İsmarıc # 18
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Görən İbn Teymiyyə Fatimənin məqamından bixəbər idimi ki, onu oğurluqla ittiham edib?

Haşa,bu sözü məgər o deyib?
Əgər özünüzə əminsinizsə onun sözlərini ümimi konteksdə gətirin,sonra söhbət edək.
Atalar yaxşı deyib:"Öz gözündə tiri görmür,başqasının gözündə çöp axtarırlar.
 
For_IslamTarix: Bazar, 03.05.2009, 18:27 | İsmarıc # 19
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, Teymiyyə İmam Hüseynin qiyamı barədə nə deyib?
 
AdministratorTarix: Çərşənbə, 06.05.2009, 11:40 | İsmarıc # 20
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Haşa,bu sözü məgər o deyib?
Əgər özünüzə əminsinizsə onun sözlərini ümimi konteksdə gətirin,sonra söhbət edək.
Atalar yaxşı deyib:"Öz gözündə tiri görmür,başqasının gözündə çöp axtarırlar.

Sizə birbaşa link də verilib. Girin oxuyun. İkincisi də bu nəsibi alimin Əhli-beytə qarşı yeganə ittihamı deyil. O, İmam Əlinin (ə) bir neçə yerdə Qurana zidd hərəkət etdiyini deyib.
Həmçinin bu alim şiə məzhəbinə qarşı böhtanlar atıb; Onların namaz qılmadıqlarını, qıldıqda isə tək halda qıldıqlarını, camaat namazı qılmadıqlarını iddia edib. Məgər bu cür Allahdan qorxmayan fasiqə alim demək olarmı?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » İbn Teymiyyə haqqında (Kimdir o?)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz