Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 9 » Qədr gecəsi
Qədr gecəsi
18:28

Mübarək Ramazan ayının ən şərafətli və bərəkətli gecəsi, şübhəsiz ki, Qədr gecəsidir.  Quranda bu haqda buyurulur: "Mərhəmətli, rəhmli Allahın adı ilə!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
 O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” ("əl-Qədr” surəsi).

 

"Qədr” surəsi müqəddəs kitabın 97-ci surəsidir. Bu gecənin nə üçün "Qədr gecəsi” adlandırılması haqqında təfsir alimlərinin 3 rəyi vardır:

1. Bu gecə uca məqama malik olduğu üçün "Qədr gecəsi” adlandırılmışdır. Bu gecədə Quranın nazil olması, bu gecə salamatlçılıq olması, bu gecəni ibadətlə keçirməyin böyük savabı olması Qədr gecəsini böyük məqama çatdırmışdır.

2. Mələklərin və ruhun bu gecə yerə enməsinə görə yer üzündə izdiham və darlıq yaşandığından bu gecə "Qədr gecəsi” adlandırılmışdır.

3. Bu gecə müqəddərat və təqdir məlum olduğundan "Qədr gecəsi” adlandırılmışdır. Bu haqda Quranda buyurulur: "(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur” ("əd-Duxan”,2-4).

 

İmam Rza (ə) buyurur ki, "Bir il boyunca baş verəcək xeyir, şər, yarar, zərər, ruzi və əcəl bu gecədə təyin olunur. Buna görə də bu gecə "Qədr gecəsi” adlandırılmışdır.

 

Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması Quranda hər hansı bir açıqlayıcı məlumat yoxdur. Hədislərə əsasən Qədr gecəsi Ramazanın 19, 21 və ya 23-cü gecəsinə təsadüf etməlidir. Əhli-beyt imamlarından (ə) gələn hədislərindən gələn hədislərdə 23-cü gecənin Qədr gecəsi olması ehtimalı yüksək göstərilsə də açıqca bəyan olunmamış və hər 3 gecənin ibadətlə keçirilməsi tövsiyə edilmişdir.

 

İmam Sadiq (ə) buyurur: "Hacılar Qədr gecəsində bəlli olar. Həmin ilə aid olan hadisələr, ruzilər və bəlalar o gecədə təyin olunar. O gecəni üçün birində (19;21;23-cü gecələr) axtar”.

                                                                Ehlibeyt-nuru.com

  [Məqalələr] | Oxunub: 3689 | Müəllif: Administrator |
Şərh sayı: 1
04.04.2010
1. pilgrim_93 [Material]
twk,amma qedr gecesinde neler edilmelidir?bu haqda da melumat verseydiz yaxsi olardi


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz