Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » May » 11 » Muaviyənin Peyğəmbərə (s) nifrəti
Muaviyənin Peyğəmbərə (s) nifrəti
20:04

Müğeyrə ibn Şöbənin oğlu nəql edir ki, "Atamla (Müğeyrə) birlikdə Muaviyənin yanınna getdik. Atam adətən Muaviyənin yanına gedib qayıtdıqdan sonra onun ağlından söz açardı. Bir gecə gəldi və yemək yeməkdən imtina etdi. Çox kədərli idi. Bir hadisənin baş verdiyini düşündüm, səbəbini soruşdum.

-Oğlum, mən ən imansız və fasiq bir adamın yanından gəlirəm.

-Nə danışırsan, ata?!

-Muaviyə ilə ikilikdə söhbət edirik. Ona dedim ki, sən hakimiyyətin zirvəsindəsən. Əgər ədalətli olsan, yaxşılıq etsən, sənin xeyrinədir. Bəni-Haşimdən olan qardaşlarına məhəbbət gözü ilə baxsan və qohumluq haqqını yerinə yetirsən, yaxşı olar. Çünki onların tərəfindən artıq sənə heç bir təhdid və təhlükə yoxdur və edəcəyin yaxşılıq sənə ad və savabdır. O isə dedi: "Mənim adımın qalacağına nə ümid bəsləyirsən? 1-ci xəlifə İslam dövlətinin rəhbəri oldu, ədalətli şəkildə dövləti idarə etdi, nə etmək lazım idisə, etdi. Amma dünyadan gedən kimi adı unuduldu, indi yalnız "Əbu Bəkr” deyirlər. Sonra 2-ci xəlifə hakimiyyət başına gəlid, çalışdı və 10 il rəhbər oldu.  Amma dünyadan köçən kimi onun da adı unuduldu, indi yalnız "Ömər” deyirlər.  Amma ibn Əbi Kəbşənin (Peyğəmbər (s) nəzərdə tutulur) adını hər gün 5 dəfə çəkirlər: "Əşhədu Muhammədən rasulullah”. Belə olan olan halda mənim hansı yaxşı işim xatırlanar, adım qalar, ey şəxsiyyətsiz?! Yox, and olsun Allaha, yalnız gərək o dəfn olunsun! (yəni gərək bizim adımızın yaşamağı üçün Peyğəmbərin (s) adı dəfn olunsun) ("Mürucuz-zəhəb”, 3- cild, səh. 454, 455, Əndəlus çapı, 4- cild, səh. 41, İstiqamət çapı; "Əl-əxbarul-muvəffəqiyyat”, səh. 576-577; "Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 5-ci cild, səh. 129-130; "Əl-qədir”, 10-cu cild, səh. 283-284).

  [Təhlil] | Oxunub: 598 | Müəllif: Administrator |
Şərh sayı: 1
02.10.2011 Спам
1. cavid zeynalov (abdurrahmen)
Subhalallah! Sizi bilmiremmen bele qurashdirma sohbetlereinanmiram ,onagore ki, burdan bele birneticeye gelmek olar, Gerek ki, indi ya muaviynin(r.a) adi ya Allah resulu(s.a.s) adiunudulmush olmaliydi ,amma goruruk ki, bele bir shey yoxdu . HELE men Abu Bakr,Omer (r.a)adlarini demirem.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  May 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz