Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 15 » Həzrət Fatimə (ə) zikri
Həzrət Fatimə (ə) zikri
14:19
 



“Həzrət Fatimə zikri” kimi məşhurlaşan təsbihin fəziləti bütün İslam aləminə məlumdur. Bir çox rəvayətlərdə bu zikrin bağışlanmaq üçün böyük faydalarının olduğu deyilib, müsəlmanlar bu zikri tez-tez etməyə təşvik edilib. Bu zikrin qaydası belədir: Əvvəlcə 34 dəfə “Allahu əkbər”, sonra 33 dəfə “Əlhəmdulillah”, daha sonra isə 33 dəfə “Subhənallah” deyilir. “Əlhəmdulillah”I “Subhənallah”dan sonra da demək olar, amma yaxşı olar ki, əvvəl deyilsin. Bu zikrin fəziləti haqqında sizə bir neçə hədis təqdim edirik:

 

İmam Sadiq (ə) buyurur: “Həzrət Fatimə (s.ə.) təsbihindən daha fəzilətli bir şey həmd edilməmişdir. Əgər ondan daha fəzilətli bir zikr olsaydı Həzrət Peyğəmbər (s) onu Fatiməyə (s.ə.) mütləq öyrədərdi” (Üsuli-Kafi”, c.1, səh. 343).

 

İmam Sadiq (ə) buyurur: “Fatimeyi-Zəhra zikri Quranda “Allahı çox zikr edin” şəklində əmr edilən çoxlu zikrdən hesab olunur” (“Üsuli-Kafi”, c.2, səh. 533).

 

İmam Sadiq (ə) buyurur: “Hər namazın ardınca Fatimə (s.ə.) zikrini söyləmək, hər gün min rəkət namaz qılmaqdan daha gözəldir” (“Üsuli-Kafi”, c. 3, səh. 343).

 

İmam Baqir (ə) buyurur: “Kim Zəhra zikrini söyləyib, ardınca Allahdan bağışlanmaq dilərsə, bağışlanar. Bu zikr 100 dəfədir, amma mizanda min dəfə sayılar. Bu zikr şeytanı (insandan) uzaqlaşdırar və Rəhmana xoş gedər” (“Savabul-amal”, c.2, səh. 196).

 

İmam Sadiq (ə) buyurur: “Ey Əbu Hərun! Biz övladlarımıza namazı əmr etdiyimiz kimi Fatimə (s.ə.) təsbihini də əmr edirik. Onu əsla tərk etmə! Çünki onu tərk etməyən bədbəxt olmaz!” (“Kafi”, c 3, səh. 343).

 

Cabir rəvayət edir ki, Peyğəmbər (s) Fatimənin (ə) dəvə tükündən bir əbaya bürünüb buğda üyütdüyünü gördü və ağlamağa başladı. O buyurdu: “Ey Fatimə! Dünyanın əziyyətlərinə səbir et ki, sabah axirətin bol nemətlərinə qovuşasan”. Bundan sonra “Və, əlbəttə, yaxında Rəbbin sənə elə şeylər əta edəcək ki, razı qalacaqsan” ayəsi nazil oldu (“Kənzül-Ümmal”, c. 6, səh. 296).

 

İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin (s) qızı Fatimənin (ə) təsbehi təkbirlərin sayı qədər (34) düyümlənən bir yun ipdən ibarətdi. Həzrət Fatimə (ə) Həzrət Həmzənin (r.ə.) şəhadətinə qədər bu ipi əlində gəzdirərək təkbir və təsbih deyərdi. Həmzə şəhid olduqdan sonra onun qəbrinin torpağından bir təsbeh düzəltdi. Bundan sonra təsbeh düzəltmək xalq arasında yayıldı” (“Vəsailüş-şiə”, c. 4, səh. 1033).


  [Dua və zikrlər] | Oxunub: 2591 | Müəllif: Administrator |
Şərh sayı: 1
02.01.2010
1. Ayaz [Material]
allah razı qalsın sizlerden


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz