Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Oktyabr » 27 » Dovşan və məsh olunan heyvanlar
Dovşan və məsh olunan heyvanlar
15:38

İslam dinlərin ən mükəmməlidir. Dinimizin ən gözəl cəhətlərindən biri ziyanlı, natəmiz olanları uzaqlaşdırması və gözəllikləri, paklığı yaxına çəkməsidir.

Son zamanlar ən çox soruşulan suallardan biri də dovşan ətinin yeyilməsinin caiz olub-olmamasıdır.

Əhli-beyt fəqihləri dovşan ətinin haramlığına dair icma və ittifaq etmişlər. Buna səbəb məsumlardan gələn mötəbər rəvayətlərdir. Onlardan bir neçəsini göstərmək istərdik:

 

Həzrət Əlidən (ə) nəql olunan rəvayətdə o, deyir ki, Həzrət Peyğəmbərdən (s) məsh olunanların nələr olduğunu soruşdum, o cavabında buyurdu: “Bunların sayı 13-dür və bu heyvanlardan ibarətdir: Fİl, ayı, donuz, meymun, ilan balığı, kərtənkələ, yarasa, ləvrən, əqrəb, hörümçək və dovşan...” (“Vəsailüş-şiə”, cild 16, səhifə 317).

 

İmam Museyi Kazım (ə) buyurur: “Məsh olunanlar 13-dür: Fil, ayı, dovşan... Dovşan heyz, cənabət və s. qüsl edib təmizlənməyən bir qadın idi (Yəni o qadın dovşana çevrilmişdir). ” (“Vəsilüş-şiə”, cild 16, səhifə 317).

 

İmam Sadiq (ə) buyurmuşdur: “Allah və elçisi məsh olunmuş bütün heyvanları haram qılmışdır” (“Üsuli-Kafi”, cild 6, səhifə 247).

 

İmam Rza (ə) buyurur: “Dovşanın haram olunmasına səbəb budur ki, onlar da pişiklər kimidir. Pişiklər və vəhşi heyvanlar kimi pəncələri var. Buna görə onlar kimi sayılmışdır... Həmçinin qadınlar kimi heyz olur. Çünki o, məsh olunanlardandır” (“Vəsailüş-şiə”, cild 16, səhifə 316).

 

Qeyd: “Məsh olunmuş” dedikdə İslamdan əvvəl bəzi insanların və ya ümmətlərin işlədikləri günahlara görə Allah tərəfindən cəza olaraq yuxarıda göstərilən bəzi heyvan cinslərinə çevirməsidir. Bu cəza İslam ümmətinə Həzrət Məhəmmədə (salləllahu aleyhi və alihi və salləm) xatir aradan qaldırılmışdır. 

 

                                                                                                         Ehlibeyt-nuru.com



                                                                                                      

  [Fiqh və Fətvalar] | Oxunub: 2166 | Müəllif: Administrator |
Şərh sayı: 1
30.10.2008
1. Aysen (Aska) [Material]
smile


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz