Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr
Qüsullar

Namazdan qabaq boynunda vacibi qüsullardan biri və ya bir neçəsi olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün dəstəmaz almalıdırlar. “Cənabət” qüslü isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.

Vacibi qüsullar yeddidir: 1- Cənabət qüslu, 2-Heyz qüslu, 3-Nifas qüslu, 4-İstihazə qüslu, 5-Meyit qüslu, 6-Məss-meyit qüslu, 7- Nəzir və s. səbəblə vacib olan qüsullar.

 

Qüsulları iki cür almaq olar: Tərtibi və irtimasi.

Tərtibi qüsulda əvvəlcə baş, boyun, bədənin sağ tərəfi, sonra isə sol tərəfi yuyulmalıdır. Bu tərtibə uymaq vacibdir.

İrtimasi qüsulda isə gərək su bir anda bütün bədəni əhatə etsin.

 

Təyəmmüm

Təyəmmün lazım olduğu hallar

Bir neçə halda dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.

1. Dəstəmaz və qusul almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;

2. Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, təyəmmüm etməlidir.

3.Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma əgər isti suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul etməlidir.

4. Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf edəsəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (nökər və ya külfət) susuzluqdan öləsəklərindən, yaxud xəstələnəsəklərindən, yaxud da dözülməsi məşəqqətli olan qədər susayasaqlarından qorxsa, dəstəmaz və qusul əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara verib təyəmmüm almalıdır. Həmçinin əgər, sanının hifzi vacib olan bir kəs çox susuz olsa və suyu ona verməyəsəyi halda tələf olacaqsa, suyu ona verib təyəmmüm etməlidir.

5. Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün bir şeyi olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis bədən və ya paltarla namaz qılmalıdır.

6. Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da başqa suyu və yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.

7. Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa (qəza olacaqsa), təyəmmüm etməlidir.


Təyəmmümün səhih olduğu şeylər

Təyəmmüm torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin, bişmiş palçığa (kərpis, kuzə və s.) səhih deyil. Gəc daşına, əhəng daşına, qara mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək səhih deyil. Məgər ki, gəc daşı və s. bişməsə səhihdir.

 

Təyəmmümün qaydası

1.Əlləri qoşalayıb təyəmmümün səhih olduğu şeyin üzərinə vururuq.

2. Sonra əlləri qoşa şəkildə alının tük bitən yerindən qaşların üstünə və burunun ucuna kimi çəkirik.

3. Sol əli (əl tərpənməməlidir) sağ əlin üstünə (biləkdən barmaqların ucuna qədər) çəkirik.

4. Sağ əli də eyni qaydada sol əlin üzərinə çəkirik.
İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz