Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
Mini çat

TӘVӘLLÜDÜ

İmam Museyi Kazim (ə) 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən İmamlığa çatdı. Bu barədə Әbubəsir belə demişdir: “İmam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan İmam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir”. O, Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi.

İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi. İmamın dostlarında biri o Həzrətin səbr və dözümü barədə belə demişdir: “Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı. Mədinədə bir kişi var idi ki, hər vaxt İmamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün İmamın dostları «İcazə ver onu tənbeh edək» - söylədikdə İmam (ə) buyurdu: “Onunla işiniz olmasın və ona toxunmayın”. Artıq bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək İmam (ə) da həmin tarlaya getdi. Həmin kişi İmamı görən kimi uzaqdan səslənib dedi: “Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram”. İmam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: “Yüz dinar”. İmam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: İki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın». İllər boyu Həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb İmamın əlindən öpdü və ondan üzr istədi.

İMAMIN ŞƏHADƏTİ

Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi İmamı zəhərlədi. Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də İmamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın cənazəsinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət İmam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı.

İstifadəçi girişi
Dost saytlar
«  May 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təkliflər və iradlar üçün:
islamiyyet@bk.ru
Materiallardan istifadə edərkən istinad zəruridir!
Конструктор сайтов - uCoz