Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (3)
17:10
PEYĞƏMBƏRİN
(S) ƏN KİÇİK QIZI KİMDİR?
Cürcani:
"Mənim nəzərimdə səhih olan budur ki, Rüqəyyə Peyğəmbərin (s) ən kiçik qızı
idi. O, hətta Fatimədən (ə) də kiçik idi” ("Tarixi-Xamis”, c.1, s.273; "əl-İsabə”,
c.4, s.304).
Bəziləri isə Ümmü Gülsümün hamısından kiçik
olduğunu qeyd ediblər: İbn Qəyyim "Zadul-məad”,c.1, s.25; "Təbəqətul-Kübra”,
c.1, s.133
Əbu Ömər deyir ki, Fatimə və Ümmü Gülsüm Peyğəmbərin
(s) ən kiçik qızlarıdır. Amma onlardanhansının ən kiçik olması ixtilaflıdır. Amma ibni Sərrac Ubeydullahil
Haşimidən Fatimənin Peyğəmbər (s) 41 yaşında olarkən doğulmasınınəql edib ("Nihayətul-İrb”, c.18, s. 213).
Bəziləri isə Fatimə xanımın (ə) ən kiçik qızı
olmasını qeyd etmiş və səhih saymışlar: "Tarixil-Xamis”, c.1, s.272; "əl-Vəfa”,
s.656; "Siratul-hələbiyyə”, c.3, s.308 və s.
Hər halda əgər biz Rüqəyyə və Ümmü Gülsümün Zəhradan
(ə) kiçik olduğunu götürsək,Xanım
Fatimeyi-Zəhranın (ə) doğum tarixinə baxmalıyıq.
Elə həmin mənbələrdə Fatimənin (ə) ya besətdən bir
az əvvəl, ya besət ilində, ya da besətdən 2 il sonra dünyaya gəldiyi
bildirilir. Bu nəzərlərdən hansını götürsək də Fatimədən (ə) kiçik olan
qızların cahiliyyə dövründə Əbu Ləhəbin oğlanları ilə ailə qurmaları, sonra
Osmanla izdivac edib besətin5-ci ilində
Həbəşə hicrət etmələri necə mümkündür?!
PEYĞƏMBƏR (S) XƏDİCƏ İLƏ NƏ VAXT EVLƏNDİ?
Rəvayətlərə baxdıqda bu evliliyin besətdən 15-20 il
əvvəl olduğunu deyən nadir nəzərlər də vardır ("Tarixil-Xamis”, c.1, s.264; "Məcməuz-Zəvaid”,
c.9, s.219 və s.). Ancaq bunlara qarşılıq bu izdivacın 10, 5, 3 il əvvəl
olduğunu deyən rəvayətlər də var ("Müxtəsəru tarixi-Dəməşq”, c.2, s.275; "əl-Əvail”,
c.1, s.16; "Siratu-məğlatay”, s.12 və s.).
Xüsusi ilə son nəzəri dəstəkləyən sənədlər daha
güclüdür. Məsələn, Beyhəqi Xədicə xanımın izdivac zamanı 50 yaşında olduğunu
bildirib. Xədicə xanımın vəfat etmə yaşını bununla müqayisə etsək son nəzər
daha doğru görünür.
Əvvəldə qeyd etdiyimiz kimi mənbələrXədicənin cahiliyyə zamanında Əbdü Manafdan
başqa övladının olmadığı qeyd olunurdu. Bu isə Xədicənin (ə) besətdən xeyli əvvəl
Peyğəmbərlə (s) ailə qurması fikri ilə uzlaşmır. Zahirən bir səbəb olmadığı
halda o qədər müddət övladlarının olmaması məntiqə uyğun deyil. Bu da besətə
yaxın vaxtlarda evləndikləri fikrini gücləndirir.
Bu isə Rüqəyyə və Ümmü Gülsümün cahiliyyə zamanında
doğulub böyüməsi,Əbu Ləhəb oğlanları ilə
izdivac edib, sonra boşanaraq Rüqəyyənin Osmanla izdivac etməsi haqqındakı rəvayətlərin
etibarını heçə endirir.