1.
"Hədis";
"Hədis" ərəb lüğəti baxımıdan, yenilik və qədim bir şeyin əks tərəfində
yerləşən söz, iş və hadisəyə deyilir.Dini termin, xüsusilə Əhli-beyt (ə) məzhəbinin
alimləri nəzərində isə "hədis" həzrət Peyğəmbər (s) və Onun məsum
Əhli-beytinin (ə) sözü, rəftarı və habelə təsdiqini yetirən kəlama deyilir.
2.
"Sünnə";
"Sünnə" ərəb sözü olub, lüğətdə "yol", "məzhəb" və
ya "bəyənilmiş yol" mənalarını daşıyır.Dini termin baxımından isə həzrət
Peyğəmbər (səlləllahu ələyhi və Alih) və Onun məsum Əhli-beytinin (ə) sözü, rəftarı,
habelə təsdiqi "sünnə" adlanır.
3. "Xəbər";
"Xəbər" lüğətdə nəql olunan istənilən bir söz mənasını daşıyır. Dini
termin kimi isə məsum (Peyğəmbər və Əhli-beyt) və qeyri-məsumdan nəql olunan
söz və kəlama deyilir. Lakin Peyğəmbər və Əhli-beytdən (ə) nəql olunan hər bir
söz, rəftar və təsdiq "hədis" adlanır.Qeyd etmək lazımdır ki, qeyri-məsum
dedikdə, ilk növbədə "səhabə" və "tabei"lər nəzərdə
tutulur. Bu barədə gələn fəsillərdə izahat veriləcək.
4. "Rəvayət";
"Rəvayət" sözü ərəb lüğətində danışmaq mənasını daşıyır. Dini termin
kimi isə nəql olunmaqla həzrət Peyğəmbər (s) və Onun məsum Əhli-beytinə (ə)
çatan sözlərə deyilir. Elə buna görə də, "rəvayət", "hədis"
sözu ilə eyni mənaya malikdir.
5."Əsər";
"Əsər" sözü lüğətdə nəticə və əlamət mənalarına malikdir. Dini termin
baxımından isə bu söz "hədis" və "rəvayət" terminləri ilə
eyni mənanı daşıyan bir termin sayılır. Əlbəttə, bəzi alimlər bu sözü qeyri-məsum
şəxslərdən (səhabə və tabeindən) nəql olunmuş sözlərə aid etmişlər.
6. "Hədisi-qüdsi";
"Hədisi-qüdsi" ilahi Peyğəmbərlər və ya onların canişinlərinin
Allah-taaladan nəql etdikləri sözlərə deyilir.
7. "Sənədul-hədis";
"Sənədul-hədis" (hədisin sənədi) dedikdə, hədisi məsumdan nəql edən rəvayətçilər
silsiləsi nəzərdə tutulur.
8. "Mətnul-hədis";
"Mətnul-hədis" (hədisin mətni) dedikdə isə rəvayətçilərin məsumdan nəql
etdiyi söz (hədis) nəzərdə tutulur.
9.
"Ravi";
"Ravi" ərəb sözü olub, hədis elmi baxımından məsum və ya qeyri-məsumun
sözü, rəftarı və ya təsdiqini nəql edən şəxsə deyilir. "Ruvat" isə
onun cəm formasıdır.