Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (1)
17:17
Xədicə
xanım (ə) Həzrət Peyğəmbərin (s) ilk xanımıdır. O, 4 müqəddəs qadından biridir.
Bu möhtərəm xanım İslamı ilk qəbul edən qadın olmaq fəxarətinə sahib olmuş, həmişə
Peyğəmbər (s) tərəfində məhəbbətlə anılmışdır.
Bəzi
tarixçilər Peyğəmbərin(s) Aişə xanımdan
başqadigər xanımlarının dul olduğunu
qeyd ediblər. İnşallah bu məqalədə bunun belə olmadığı, Xədicə xanımın (ə) da
başqasına ərə getmədiyini isbat edəcəyik.
İddia
olunur ki, guya Xədicə xanım Həzrət Peyğəmbərdən (s) əvvəl Ətiq ibn əbidil-Məhzumi
və Əbu Hələ ət-Təmimi adlı 2 şəxsdə ərdə olub, hətta onlardan övladı olub. Amma
biz bu rəvayətlərin doğruluğuna şübhə ilə yanaşır, bunların uydurulmasının əsasında
daha çox siyasi məqsədlərin durduğunu düşünürük:
1.Hər şeydən əvvəl bu rəvayətləri yoxlayan şəxs
onların arasında bir çox ixtilafların olduğunu görə bilər. Məsələn, bəzi rəvayətlərdə
Əbu Hələ künyəsi daşıyan şəxsin adının "Nəbbəş ibn Zürarə”, digərlərində isə
"Zürarə ibn Nəbbəş” olduğu göstərilir. Həmin şəxsin adının "Hind” vəyaxud da "Malik” olduğunu deyən rəvayətlər də
var. Bəzi rəvayətlərdə onun səhabə olduğu, bəzilərində isə olmadığı göstərilir.
Bəzi tarixçilər onun Ətiqdən əvvəl, bəziləri isə sonra Xədicə ilə evləndiyini
qeyd ediblər.
Bəzi
rəvayətlərdə göstərilir ki, Xədicə xanımın (ə) bu şəxslərdən Hind adlı uşağı
olub, amma bir qism rəvayətlərdə onun qız uşağı olmağı və Ətiqdən olduğu, digər
qism rəvayətlərdə isə oğlan olduğu və digər ərinə aid olduğu göstərilir. Eyni
zamanda oğlan olduğu deyilən rəvayətlərdə onun sonradan taun xəstəliyindən ölməsi
və ya digər sənədlərdə Cəməl müharibəsində İmam Əlinin (ə) cəbhəsində şəhid
olduğu qeyd olunur. (Qeyd etdiyimiz rəvayətlər və onların arasındakı ixtilaflar
üçün bax: "əl-Əvail”, c.1, s. 159; "əl-İsabə”, c.3, s.611-612; "Üsdül-qabə”,
s.12-13-17; "əs-Siratul-Hələbiyyə”, c.1, s.140;"Nisabu-qüreyş”, s.22;"Qamusur-rical”, c.10, s.431) .
2.
Bu iddiaların əksini rəvayət edən alimlər də vardır. İbn Şəhrəşub "Mənaqibi Əli
ibn Əbi Talib” kitabında yazır: "...Əhməd Bələzuri "Ənsəbul əşraf” kitabında,
Əbül Qasim Kufi "əl-İstiğasə” kitabında, böyük şiə alimi Seyid Mürtəza "əş-Şafi”
kitabında, digər böyük şiə alimi Əbu Cəfər Tusi "Təlhisüş-şafi” kitabında Həzrət
Peyğəmbərin (s) Xədicə xanımla (ə) bakirə olduğu halda evləndiyini rəvayət
ediblər. Həmçinin "əl-Ənvəru vəl-Bidə” kitabında Rüqəyyə və Zeynəbin Xədicənin
bacısı Hələnin qızları olması nəzəri də bu nəql etdiyimiz rəvayəti gücləndirir
("Mənaqibi Əli ibn Əbi Talib”, c.1, s.159; "Biharul-ənvar”, "Ricalul-Məməqani”,
Qamusur-rical” kitablarında da eynən rəvayət edilmişdir).
3.
Əbül Qasım Kufi yazır: "Əsər
sahibləri və tarixçilər ümum, xüsus hamısı icmai şəkildə rəvayətlər ediblər ki,
Qüreyş əşrəfi, böyükləri və varlılarından Xədicəyə evlənmək üçün elçilik etməyən
qalmadı. Amma o, onların hamısında imtina etdi. Sonradan o, Peyğəmbərlə (s)
izdivac edəndə Qüreyş qadınları ondan incidilər və dedilər: "Qüreyşin şərəfli və
böyük şəxsləri sənə elçi düşdülər. Amma sən onların hamısını rədd edib, Əbi Talibin
pulsuz, malsız, yetim və fəqir qardaşı oğluna ərə getdin?!”
Belə
olan halda, Xədicənin (ə) Qüreyşin adlı-sanlı kişilərini qoyub Təmimli bir bədəviyə
ərə getməsini hansı əql sahibi qəbul edər?! ("əl-İstiğasə”, c.1, s.70).
4.
Maddi, mənəvi heç bir dəyərə, şan-şöhrətə sahib olmayan bədəvi ilə izdivac etmək
Xədicənin (ə) rədd etdiklərinin onu xar etmələri üçün əlinə tutarlı bir bəhanə
vermək deyildimi?!
Bəziləri
Haris ibn Əbi Hələ adlı şəxs barəsində danışarkən onun Xədicənin (ə) oğlu
olduğunu və Məkkədə Həzrət Peyğəmbər (s) dəvətini açıq şəkildə bəyan edəndə müsəlmanların
verdiyi ilk şəhid olduğunu iddia etmiş və bunu Xədicənin əvvəlcədən ərə
getdiyinə dəlil göstərməyə çalışmışlar. Həmin şəxsin Xədicə xanımın (ə) oğlu
olmasına dəlil ancaqXədicənin əri olan
ƏbiHələnin adını daşımasıdır (Biz də
bunun əksini sübut etməyə çalışırıq).
Həmçinin
Haris adlı şəxsin İslamiyyətin ilk şəhidi olması fikri də doğru deyildir. Bu
bir çox məşhur rəvayətlərin ziddinədir. İbn
Abbas deyir ki, Əmmarın (r.ə.) atası və anası müsəlmanların verdikləri ilk şəhidlərdir
("Siffin”, s.325).
"İslamda ilk şəhid Süməyyədir” ("ət-Təbəqat”,
c.8, s.193; "əl-İsabə”,c.4,s.335).