Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Fevral » 12 » Peyğəmbərimiz (s) həyat nümunəsidir
Peyğəmbərimiz (s) həyat nümunəsidir
16:00
 

Allah-taala öz ən şirin buyruqlarında insanların tərbiyəsi üçün həqiqi inamların təhlilindən əlavə ilahi insanların həyat yolu və sözlərinə istinad edir ki, onların ruhuna daha çox təsir etsin. Quranda peyğəmbərlər və saleh insanlardan bir bu qədər danışmasının səbəbi elə budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir.

Allah-taala ən gözəl buyruqlarında həzrət Peyğəmbəri (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. «Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid edənlər və Allahı xatırlayanlar üçün gözəl nümunədir». ("Əhzab» 21). Bu çağırış ilahi və insani dəyərlərin qiymətləndirilməsidir.

Sübhan Allah öz möhtərəm və möhkəm buyruğunda kimsənin əvəz edə bilməyəcəyi ilahi bir simadan danışır. «Sən xasiyyətcə üstün və böyüksən». O, ilahi sifətlərin məzhəri, haqqa eşqin və həqiqət yolunda fədakarlığın ifadəsidir. O, səadət aşiqidir. O, həqiqətin seyrində mələklərin etiraf edib, qalxa bilmədiyi məqamlara yuksəlir. Mələklər «bir barmaq bəndi qədər qalxsam, qanadlarım yanar» deyir. («Bihar» 18-ci cild). Həzrət (s) qərq olanlara yardımda o qədər üzüldü ki, Allah ona təsəlli verdi: «Biz Quranı sənə nazil etmədik ki, özünü bunca zəhmətə salasan» («Ta-ha»-2). O, yolunu azanların dərdindən o qədər təəssüf etdi ki, Allah onun gizli eşqini aşkara çıxardı - «Ey Məhəmməd, yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! («Kəhf»-6). Hansı rəhbər öz xalqını bu qədər sevib?! Mələklərdən də üstün mələk simalı bir insan, insani kamalın təcəllisi ki, həmin ilahi kamaldan rişələnir. Həmin şəxs ki, öz ağır və qısa həyatında gözəllikləri ilə hamını heyran qoydu. Bəşər həyatında misli görünməmiş halda qəlbləri fəth etdi. Pak insanlar ona o qədər valeh oldular ki, onun dəstəmaz suyunu təbərrük bildilər.

Həzrət Peyğəmbərin (s) gözəllikləri o qədrə vəsfəgəlməzdir ki, insanları bütün rənglərdən, bulanıqlardan uzaqlaşdırır və özünə valeh edir. Onlar evlərindən, vətənlərindən, qəbilələrindən, hətta övladlarından,yoldaşlarından, ata-analarından ayrılıb Peyğəmbərin (s) məramlarına bağlanırdılar, ilahi dəyərləri hər şeydən üstün tutdular. «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirən kəslər öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tuturlar». («Həşr» 9). İstər həzrətin (s) özü, istər ardıcıllarının mislinə insanlar arasında təsadüf edilməz. Yalnız belə bir şəxs rəhbərliyə və nümunə olmağa layiqdir. Axı bütün səy və təlaşı özünə xidmətdən ibarət olan bir insan necə rəhbər ola bilər?! «O biri qisminiz isə ancaq öz canlarının hayına qalır». («Ali-imran» 154). Bu adamlar zahirən insan, daxildə isə heyvandırlar. «Onların məqsədi yemək və yatmaqdır». («Nəhcül-bəlağə»). Həzrət (s) bir mələk də deyil. Çünki mələk başqa, fərqli həqiqətdir. Onun fitrət və istəklərinin olduğu məlum deyil. Mələk yalnız əmrə tabedir: «Mələklər heç zaman Allaha itaətsizlik etməz, daim Allahın itaətində olarlar». («Təhrim» 6).

Rəhbərlik qəyaqəti insanı mələksima edir. «Əgər biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq». ("Ənam» 9). Yer üzündə insanlar yaşayırsa, onların nümunəsi də insan olmalıdır. Yox, sakinləri mələk olsaydı, onların peyğəmbəri də mələk olardı. «Söylə ki, əgər yer üzündə arxayın gəzənlər mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik». («İsra» 95). «Kəhf» surəsində buyrulur: «Mən də sizin kimi ancaq bir insanam».

Quranda bəhanələr nə üçün yer ayrılır: Deyirlər, Peyğəmbər mələk deyil. «İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların – Allah bir insanmı peyğəmbər göndərdi? – demələridir». («İsra» 94). «Bu gecə Peyğəmbərdir ki, bizim kimi yeyir, bazarda gəzir» («Fürqan» 7); «Əgər Peyğəmbər insanlar arasından seçilməlidirsə, tanınmış böyklərdən seçilməlidir» («Züxaf» 31); «Nə üçün Quran Məkkə və Mədinə böyüklərinə nazil olmayıb, peyğəmbər adi ola bilməz, onun bağları, var-dövləti olmalıdır» («İsra» 93); «Nə üçün sənin xurma və üzüm bağların yoxdur, evinin üstü qızıl, cəvahirat deiyl!» («Fürqan» 8).

Quran bu bəhanələri rədd edərək buyurur ki, insanlar üçün nümunə şəxs və peyğəmbər yalnız insan ola bilər, keçmiş peyğəmbərlər də insanlardan olmuşdur. «Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, yemək yeyər, bazarları gəzib-dolaşardılar» («Fürqan» 20).

Başqa bir ayədə buyrulur: «De ki, həmd olsun Allaha! Salam olsun Allahın seçdiyi bəndələrinə» («Nəhl» 59). Peyğəmbər insan olduğu üçün insanlara nümunə ola bilər, ilahi olduğu üçün insanları o istiqamətdə pərvazlandırar. «Ümumi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər» («Cumə» 2). Quran belə ilahi çöhrəli bir insanı təsvir edir. Lakin bu təsvir boş yerə deyil, nümunə götürmək üçündür. «Allahın Rəsulu (s) öz ilahi çöhrəsi ilə sizin üçün nümunədir».

                             Həbibullah Əhmədinin "Allah elçisi" kitabından

                                  

  [Məqalələr] | Oxunub: 1178 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz