Rəsmi dili: Ərəb dili, Kürd dili Paytaxtı: Bağdad şəhəri. Prezidenti: Cəlal Tələbani Ərazi üzrə dünyada 58-ci yerdədir -Ümumi: 434,128 km² - % Su hövzəsi: 1.1% Əhali üzrə dünyada 45-ci yerdədir - Ümumi: 31,234,000 (2009)[1] - Əhali sıxlığı: 59/km² Pul vahidi: İraq dinarı
Dini vəziyyət
İraqda əhalinin 95 faizini müsəlmanlar (55 % şiələr, 40 % sünnülər)
təşkil edir. Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin
müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir
hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı
Mesopotamiyanın ərəbləri , eləcə də kürdlər, türklər, çərkəzlər,
türkmələrin böyük hissəsi tabedir. İraqın mərkəzi və cənub hissəsində
yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi
şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir
hissəsi), ismaililər, bəhailər də vardır. İraq əhalisinin 3 faizini
xristianlar təşkil edir. Onlar ölkəinin iri şəhərləridə, eləcə də
Mosulun kənd yerləridə məskunlaşıblar. Onlar əsasən assuriyalılar,
ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu
əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil
edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı
siro-katoliklər (35min nəfər) və erməni –qriqoryanlardır. Latın ənənəvi
katoliklər azlıq (3,5 min nəfər)təşkil edir ki, bunlar da əsasən İraqda
yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min
nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər),
pravoslavlar, protestalardır. İudaistlər (yəhudilər) müəyyən bir dövrdə
əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə
köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə
bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidlər (70
min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir
hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda
məskunlaşmışlar).
Coğrafiya İran körfəzi ölkələri arasında İraq Səudiyyə
Ərəbistanı və İrandan sonra 434,128 km² ilə ən böyük ərazisi olan
ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran,
cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran
körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924
km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan
İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz
sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir.
İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya
(605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə
olan cəmi sərhəd uzunluğu 3631 km-dir.
İqlim
Qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin
çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına
səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq
bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel
baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum
fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş
düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş
bataqlıqlar da mövcuddur.
Əhalisinin üçüncü ən böyük etnik qrupunu
Azərbaycan türkləri təşkil edir. Rəsmi olaraq türkmən adlanırlar.
İraqdakı Azərbaycan türklərinin başlıca birləşdirici təşkilatları "İraq
Türkmən Cəbhəsidir", qısa adı İTC-dir. 20-ci əsr boyunca bir çox
soyqırımlara, etnik ayrı-seçkiliyə məruz qalmışlar. Soydaşlarımızın
şəhər, qəsəbə, kənd adları həmçinin torpaqlarımızdakı başqa toponimlər
ərəbləşdirilmiş, o cümlədən Kərkük vilayətinin adı Əl-Təmim olaraq
dəyişdirilmişdir. İraqın cəmi əhalisinin təxminən 55 %-ni şiə, 40
%-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar , 2 %-ni digər dinlərə
etiqad edənlər təşkil edir . Şiə ərəblər ölkənin cənubunda və
Bağdad ətrafında, sünni ərəblər isə Bağdadla yanaşı şimalda və qərbdə
məskunlaşmışlar. İraq olduqca gənc əhaliyə sahib olub əhalinin 55 %-i
15-64 yaş qrupuna, 42 %-i 0-14 yaş qrupuna, 3 %-i isə 65 yaş və yaxarı
qrupa daxildir. Orta ömrün təxminən 66,5 il olduğu İraqda körpə ölüm
nisbətlərinin yüksəkliyi (6,2 %) əhəmiyyətli bir problemdir. İraq
əhalisinin 58 %-i oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7 %,
qadınlarda 45 %-dir. 2000-ci il üçün əhalinin artım sürəti 2,86 %
olaraq təxmin edilmişdir.
Tarix
Ən qədim şərq mədəniyyətlərinin doğulduğu Mesopotamya, 633-642-ci illər
arasında ərəb xiləfəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və
Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O
zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi
idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra
İmam Əli (ə) dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin
paytaxtı Kufəyə köçürülmüşdür. İmam Əli (ə) ilə Əməvilər arasındakı
Siffeyn döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün
ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların
mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər
bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə
Səlcuqluların hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən
etibarən isə Monqol istilasına uğramış və iki əsr monqol idarəsində
qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində
axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar.
Daha sonra bölgə Ağqoyunluların (1444-1467), 1499-1508-ci illər
arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi
1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik ististalar xaric
olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır. Birinci Dünya
Müharibəsi vaxtı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb
olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi
ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin
və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb
Dövlətinin krallığı vəd edilmişdi. Lakin bunun əvəzində 1916-cı ildə
Böyük Britanya və Fransa arasında əldə edilən Sayks-Pikot müqaviləsinə
əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu
razılaşmaya görə yeni- "süni" dövlətlər quruldu. Sayks-Pikot xətti
deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük
imperialist gücü olan Böyük Britanya və Fransanın Yaxın Şərqə
baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və
dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində,
təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi
etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan
dövlətlərdən İraq, İordaniya və Fələstin Böyük Britanya bölgəsini,
Suriya və Livan isə Fransa bölgəsini təşkil etmişdir. Yekun
olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə
açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə
uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və
1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına
verilmişdir.
Müasir İraq
Müasir İraq 1920-ci ildə Osmanlı İmperiyasının I Dünya Müharibəsində
məğlub olması ilə ingilislərin keçmiş Osmanlı əyalətləri olan Mosul,
Bağdad və Bəsrəni yeni bir siyasi vahid olaraq birləşdirməsinin
nəticəsində Dəclə-Fərat hövzəsinində qurulmuşdur. İngilislər
əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt
müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan etirazlarda xüsusilə
şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu
dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən
Məhəmməd Peyğəmbərin (s) nəslindən olan Kral Faysal İraqın başına
keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm
də Osmanlının ardından orytaya çıxan xəlifə boşluğunu bu şəkildə
dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlamışdır. Kral
Faysal başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb
xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun
qurduğu ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə şiə
qrupların reaksiyasını yığmışdır. Kral Faysal güclü və müstəqil bir
İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu
səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün çalışsa da iraqlı
kürdlər və şiələrin mənfi rəftarıyla qarşılaşmış və hərbi xidmətə
götürmələrdə daim problemlər çıxartmışlar. Hər iki birlik də sünni
ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər. İrəliləyən
illərdə sünnilərlə şiələr arasındakı inteqrasiya müddəti yaşanmış
qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928-ci ildə 88
nəfərlik İraq parlamentində 26 şiə üzv vardı. 1930-cu ildə İraq
hökuməti müstəqil bir dövlət olmaq uğrunda İngiltərə ilə 25 illik bir
razılaşma imzalayarkən, 1932-ci ildə BMT-yə müstəqil bir dövlət olaraq
qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik
qarşıdurmalar artdı. 1935-ci ildə italyanların HəbəşistanI
(Efiopiya) işğalı Orta şərq ölkələri arasında xüsusilə təhlükəsizlik
narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanların şimal
Afrikada qurduğu bu hakimiyyəti Yəmənlə etdiyi razılaşmaqla Qırmızı
dənizin çıxışına nəzarət edəcək hala gəlməsiylə Orta şərqə daşımağı
planlayırdı. Bu səbəblə Orta şərq ölkələri arasında Sadabat pak idi
quruldu. İkinci Dünya müharibəsi illərində hakim güclər arasında
yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar İraqa zərbə
vuraraq özlərinə yaxın bir rəhbərliyi hakimiyyətə gətirə bilsələr də,
vurulan ikinci zərbə ilə ingilislər yenidən hakimiyyəti qurmuşlar.
İkinci Dünya döyüşü illərində Türkiyə sərhədlərinə qədər gələn
Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı
yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini aradan
qaldırmaq idi. Lakin daha sonra Alman ordularının Rusiyaya yönəlməsi,
Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb
oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə
də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş
və döyüşə girməmişdir. 1936-cı ildə Kürd mənşəli bir polkovnik
olan Bəkir Sıtkının başçılığı ilə bir döyüş reallaşdı. 1941-ci ildə isə
May hərəkatı kimi tanınan ikinci bir döyüş oldu. 1945-ci ildə Ərəb
ölkələri bir araya gələrək, bir Ərəb Liqası təşkilatı qurdular. Ərəb
Liqası hərəkatı Ərəb Ölkələri arasında milliyyətçilik duyğularının da
artmasına səbəb oldu. Bunu nəticəsi olaraq da İraq, Suriya, İordaniya
və Livanın vahid bir ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı.
Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu
birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini
qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına alma məqsədini
güdürdülər. Digər güclü bir Ərəb ölkəsi olan Misir də bu birləşməyə
qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi
olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin
təsirinin zəifləməsi, İsrail dövlətini qurulması, Misirin müxalifəti
kimi səbəblərlə bu birlik fikiri həyata keçirilmədi. 1960-cı illərdə
Misir və Suriyanın birləşmələri istisna edilməklə Ərəb Ölkələri
arasında bir birləşmə baş vermədi. İsrailin qurulması ilə Ərəb
Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABŞ-ın təsiri ilə Türkiyənin
İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı.
Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün
İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla
Bağdad Müqaviləsini imzalandı. İkinci Dünya müharibəsindən sonra
dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişikliklər yaşandı.
İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və SSRİ
doldurmağa başladı. İraq isə bu dövrdə SSRİ-yə yaxın olmağa üstünlük
verdi.