Bu gün Azərbaycan
Respublikasında ümumxalq hüzn günüdür. 20 il əvvəl, 1990-cı il yanvarın 19-dan
20-ə keçən gecə SSRİ ordusu Bakıda qanlı qırğın keçirdi.
Azərbaycan
xalqı tarixən özünün dövlətçilik ənənələrini yaşatmış, həmişə müstəqillik
uğrunda mübarizə aparmışdır. Artıq neçə əsr idi ki, rus müstəmləkəçiliyində yaşamış və bir dəfə
öz Deomokratik respublikasını itirmiş Azərbaycan xalqı Dağlıq Qarabağda müharibə başladıqdan sonra azadlıq mübarizəsini
gücləndirdi. Bunun qarşısını almaq istəyən Sovet impreriyası Bakıya qoşun yeritdi, yüzlərlə insan qətlə yetirildi,
yaralandı. O gecə şəhid olanlar müstəqillik toxumunu səpdilər... Allah 20
yanvar şəhidlərinə rəhmət eləsin, şəhidlər ölməzdir!
|