Qurban bayramının gecəsi, əhya
saxlanması müstəhəb olan dörd gecədən biridir. Bu gecədə göylərin qapıları
bəndələrin üzünə açıqdır. Bu gecədə sünnədir ki, İmam Hüseynin (ə)
ziyarətnaməsi və "Ya daimul fəzli ələl bəriyyəh” duası oxunsun.
Bu fəzilətli günün bir neçə əməli vardır. O əməllər bunlardır: 1. Qüsl etmək. Bu gündə qüsl etmək təkid olunmuş əməllərdəndir. Bəzi alimlər
bunu vacib biliblər. 2. Qurban bayramı namazı. Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə
Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur.
Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə
yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur.
Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam
deyilir. Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi
ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai
vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva
vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən
vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və
məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli
xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin
əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim
əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə
mimməstəazə minhu ibadukəl-muxləsun". 3. Dua oxumaq. Namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan
oxunsun. Bu gündə oxunan ən gözəl dua, "Səhifeyi-Səccadiyyə” kitabının 48-ci
duası: "Allahummə haza yovmun mubarəkun...” və 46-cı duasıdır, "Ya
mən yərhəmu mən la yərhəmuhul ibad...” 4. Nüdbə duasını oxumaq. 5. Qurban kəsmək. Təkid olunmuş sünnədəndir. 6. Təkbir demək. Qurban bayramı namazından sonra on namazı (onların birincisi
bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh
namazı) başa vurub, bu təkbirlər deyilir: "Əllahu əkbər, əllahu əkbər,
la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu
əkbəru əla ma hədana" və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna
min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma əblana".Əgər Qurban bayramı
günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların
birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü
gününün sübh namazıdır.
Səhifeyi-Səccadiyyənin 48-ci duası:
O
Həzrətin Qurban bayramı və Cümə günündə etdiyi duası.
İlahi, bu bərəkətli və gözəl bir gündür, Sənin yer üzündəki bütün müsəlmanlar
bir yerə yığılmışlar, istəyən, diləyi olan, ümidvar və qorxan, Sən onların istəklərini
görürsən. Səndən səxavət və kərəmindən istəyirəm ki, Məhəmməd və onun soyuna
salam yetirəsən. İlahi, ey bizim Rəbbimiz, mülk və həmd Sənə məxsusdur, Səndən
başqa bir Allah yoxdur, həlim, kərim, çoxlu bəxşiş edən, mehriban, Cəlal və
kəramət sahibisən, yeri göyü yaradansan, sahmana salmaq, hidayət etmək yaxud
məqamlarını artırmaq üçün onlara bəxş etdiyin xeyir bərəkətdən, mənim də
bəhrəmin artırmağını istəyirəm. Ey mənim Rəbbim, padşahlıq, həmd Sənə
məxsusdur, Səndən başqa məbud yoxdur,
Səndən bəndən, xalq içindən seçdiyin, dostun Məhəmməd və onun paklardan olan
soyuna salam yetirməni istəyirəm, elə bir salam ki, Səndən başqa kimsə onu
hesaba ala bilməsin, Səni gündə çağıran layiqli bəndələrinin duasına bizi də
şərik et, ey aləmlərin Rəbbi, bizi də onları da əfv et, Sən hər şeyə qadirsən.
Ey mənim Rəbbim, ehtiyacımı sənin dərgahına gətirdim, bu günkü gündə miskinlik,
yoxsulluq yükünü Sənin qanına qoydum, mən öz əməlimdən çox Sənin əfvinə və rəhmətinə
daha çox etimad bəsləyirəm, Sənin əfvin və məğfirətin mənim günahımdan daha
genişdir, belə isə Məhəmməd və onun soyuna salam yetir, ehtiyacım olan şeyləri
özün öhdəsinə al, bu işə olan qüdrətin, Sənin üçün asan olması xatirinə, mənim
Sənə qarşı yoxsulluğum xatirinə, məndən ehtiyacsızlığın xatirinə, çünki mən heç
bir xeyirə yetmədim, məgər Sənin tərəfindən idi, Səndən başqa heç kəs məndən
bir şəri qaytarmamışdır, dünya və axirət işlərimdə Səndən başqasına ümidimin
olmadığı xatirinə.
Ey mənim Rəbbim, hər kəs bu gündə məxluqun ümüdü ilə, ondan bir bəxşiş almaq üçün
hazırlaşıb səfər yükü bağladısa, ey mənim ixtiyar sahibim mənim ümidüm, mükafat
alıb bəxşi görməyim, tədarük görüb, hazırlaşmağım Sənə sarıdır, İlahi, Muhəmməd
və onun soyuna salam yetir, və bu günkü gündə bu ümidi məndən alma, ey istəyənlərin
xahişindən əziyyətə düşməyən, heç bir bəxşişi azaltmırsan, çünki mən etdiyim
əmələ, yaxud kiminsə şəfaətinə ümid bəsləyirəm, yalnız Məhəmməd və onun
əhli-beytinən şəfaətinə güvənərək Sənin dərgahına gəlmişəm, günahıma iqrar edib
xətakarlara şamil olan böyük əvfinə göz dikərək hüzurana gəlmişəm, günahlarımı
davam etdirmək rəhmətinin davamı kəsmədi ey rəhməti geniş və əfvi əzəmətli
olan, ey əzəmət sahibi, ey kərim, ey kərim, Məhəmməd və onun soyuna salam yetir
və öz rəhmətinlə ehsanla şəfqət göstər, mənə olan əfvini genişləndir. Ey mənim
Rəbbim, cümə namazının bu məqamı Sənin xəlifələrinə seçdiyin bəndələrinə
məxsusdur,
yüksək dərəcələrdə yerləşdirdiyin şəxslərə aiddir, qəsbkarlar onu qarət etmiş, təqdiri
Sənin əlindədir, əmrin məğlub edilməz, qəti tədbirindən hər zaman və hər cür
istəyirsənsə kənara çıxa bilməz, daha yaxşı bildiyim, yatardığında və iradəndə
müttəhim olmadığın üçün belə etdin hətta Sənin seçdiyin kəslər, xəlifələrin
məğlub olub öz haqlarından uzaq düşdülər, hökmünü dəyişdirib kitabını azağa
atmış, şəriət yolundan vacibatını azdırmış, peyğəmbərinin sünnətlərini dəyərsiz
bilirlər. İlahi, Məhəmməd ilk və son düşmənlərinə, onlara itaət edib əməllərinə
razı olanlara lə’nət et. İlahi, Məhəmməd və onun soyuna salam yetir, ki, Sən
hər cür tərifə layiq, uca şən sahibisən, bəndələr içrə seçdiyin İbrahim və
soyuna yetirdiyin salamların ən bərəkətlisini, onlara təsdiq edib
möhkəmləndirməkdə, yardım etməkdə tələs. İlahi, Məni özünə qarşı tohid və iman
əhlindən, peyğəmbərini təsdiqləyənlərdən, itaətini vacib etdiyin imamlardan qərar
ver, o kəslərdən ki, tohid və iman onların səbəbinə, onların əli ilə icra
edilir,
amin, ey aləmlərin Rəbbi!
İlahi, Sənən qəzəbinin həlimliyindən savayı bir şey gizli qaytarmaz, şiddətini əfvindən
başqa bir şey rədd etməz, əzabından yalnız rəhmətini aman verər, Sənin qarşında
ahu-nalədən savayı heç bir şey mənə nicat verməz, belə isə Məhəmməd və onun
soyuna salam yetir və (ey mənim Rəbbim) bizə ölüləri diriltdiyin ölü məmləkətləri
abad etdiyin qüdrətinlə nicat ver, və mənim (ey mənim Rəbbim) duamı qəbul
etməməklə qəm-qüssədən həlak etmə, məni duamın qəbul edilməsindən agah et,
ömrümün sonunadək əmələ əmin-amanlığın şirinliyini daddır, düşmənimi sevindirmə,
onu başıma bəla mənə qalib etmə.
Ey mənim Rəbbim, əgər məni ucaltsan kim məni xar edə bilər? əgər əziz etsən kim
məni rüsvay edə bilər?
Və əgər xar etsən kim məni ucalda bilər? Və əgər həlak etsən bəndənə görə kim Sənin
qarşına çıxa bilər? Yaxud kimsə kimsə Səndən onun barəsində xahiş edə bilərmi?
Mən bu həqiqətə yetişdim ki, hökmündə zülm, əzabında tələsməklik yoxdur, çünki
işinin pozulmasından qorxan tələsir, zülmə aciz olan əl atır, Sən (ey mənim
Rəbbim) bundan daha ucasan.
İlahi, Məhəmməd və onun soyuna salam yetir və məni bəlanın hədəfi, cəzanın nişanı
etmə, mənə möhlət ver, qəm-qüssəmə son qoy, xətamı əfv et, müsibət ardınca
müsibətə düçar etmə, çünki dərgahına ahu-nalə etməyimi, çarəsizlik və acizliyimi
görürsən. İlahi, bu gündə qəzəbindən Sənə pənah gətirirəm, belə isə Məhəmməd və
onun soyuna salam yetir və mənə pənah ver, bu gündə qəzəbindən aman diləyirəm,
belə isə Məhəmməd və onun soyuna salam yetir və mənə aman ver, əzabından
salamatlıq diləyirəm, belə isə məni salamat saxla, Səndən hidayət istəyirəm,
belə isə Məhəmməd və onun soyuna salam yetir və məni hidayət et, Səndən yardım
istəyirəm, belə isə mənə yardım et, Səndən rəhmət istəyirəm, belə isə mənə rəhm
et, Səndən ehtiyacsızlıq diləyirəm, belə isə mənə ruzi inayət et, Səndən kömək
istəyirəm, belə isə mənə kömək göstər,
keçmiş günahlarımdan bağışlanma diləyirəm, belə isə məni bağışla, Səndən ismət istəyirəm,
belə isə mənə ismət ver, çünki iradə etsən, heç vaxt bəyənmədiyin işə dönmərəm,
ey mənim Rəbbim, ey mənim Rəbbim, ey mehriban olan, ey nemətləri əta edən, ey
cəlal və kəramət sahibi, Məhəmməd və onun soyuna salam yetir və Səndən istədiyim
və onun üçün Sənə üz gətirdiklərimin hamısını icabət et və onu istə, müqərrər
et, ona hökm edib imza et, mənə hökm etdiyində xeyrimi nəzərə al, o işdə mənə
bərəkət ver, onda mənə lütf göstər, mənə əta etdiyinlə məni xoşbəxt et, öz
yanında olanlarla öz fəzlindən onun genişləndir, mənim üçün daha da artır
çünki, Sən çox kəramətlisən, və onu axirət nemətinə, xeyrinə birləşdir, ey rəhm
edənlərin rəhm edəni!
«Sonra nəzərinə gələn şeyləri hər bir eybdən pak olan Allahdan dilə, sonra
Məhəmməd və ali Muhəmmədə min dəfə səlavat göndər, çünki imam Zeynəl Abidin ələyhissalamın
özü də bu cür edərdi».
Səhifeyi-Səccadiyyənin 46-cı duası:
O Həzrətin Fitr bayramında və Cümə günü namazdan qayıdarkən qiblə səmtinə durub
oxuduğu duası:
Ey bəndələrin rəhm
etmədiyinə rəhm edən, ey şəhərlərin qəbul etmədiyini qəbul edən, ey istəkləri
ilə yanına gələnləri xar etməyən, ey israr edənləri ümidsiz etməyən, ey təvəqqö
edənlərin sinəsinə rədd əlini vurmayan, ey dəyərsiz töhfələri qəbul edən, ey ən
az işlərə minnətdar olan, ey kiçik əmələ dəyər verən, onlara böyük muzd verən,
ey ona yaxınlaşana yaxınlaşan,
əgər ondan uzaqlaşsalar özünə də’vət edən, ey nemətini dəyişməyən, intiqama tələsməyən,
ey yaxşılığı artırasan deyə o işi qarşıya çıxaran, pisliyi aradan qaldırasan
deyə ondan keçirsən, arzular kərəminin sonuna yetməzdən öncə yerinə yetib geri
döndülər, vəsflər sənin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, tələb
qabları bəxşişinin feyzi ilə dolduran, vəsflər sənin vəsfinin sonuna yetməzdən
öncə dayandılar, şübhəsiz ki, hər bir üstünlükdən daha üstün ucalıq Sənə
məxsusdur, hər bir cəlal üzərindəki təqdis sənə məxsusdur. Böyüklüyün önündə
hər bir şərəf rəzildir, Səndən başaqlarına üz gətirənlər ümidsiz oldular, Sənin
vücudundan savayı başqa bir şey istəyənlə zərərə düşdülər, dərgahından başqa
yerə pənah aparanlar həlak oldular, fəzilətdən savayı ayrı şeyi istəyənlər
yoxsullaşdır. Rəhmətinin qapıları bütün istəyənlərin üzünə açıqdır, gədalara
edilən bəxşişin əvəzidir, dad edənlərin fəryadına yetməyin yaxındır, arzusu
olanlar Səndən ümidlərini üzmürlər, hacətləri olanlar bəxşişindən məhrum
olmurlar,
istiğfar edənlər əfvindən qara bəxt olmurlar, ruzi süfrən günahkarlara da
açılmışdır, həlimliyin düşmənlərinə də şamil olur, pislərə yaxşılıq etmək Sənin
üçün bir adətdir, təcavüzkarlara rəhm etmək sünnətindir, hətta həlimliyin
onları tövbədən qafil etdi, möhlət verməyin günahlarından çəkinməyindən saxladı,
halbuki geri dönsünlər deyə onlarla yalnız Sən həlim olmusan, onlara yalnız səltənətinin
davamına yəqinin olduğun üçün möhlət vermisən, səadət əhli olanın işini sonda
səadətə yetirdin, bədbəxt olanı da öz qara bəxtinin öhdəsinə qoydun, hamı sənin
hökmünə boyun əyəcək, işlərinin qayıdışı sənin əmrinə sarı olacaqdır, onlara
verdiyin möhlətlə şahlığın süstləşmir, mühakimə olunmaqlarını təxirə salmaqla
dəlil aradan getmir. Höccətin möhkəm və yerində durmaqdadır, batil olmur,
səltənətin sabitdir, fəna qəbul etmir, belə olduqda Səndən üz döndərənə vay
olsun, zillət səndən ümidini üzənə məxsusdur, bədbəxtçiliyin ən böyüyü Sənə qarşı
məğrur olmaqdır, necə də ağır əzablar dadacaqdır!
əzabındakı sərgərdanlıq nə qədər də uzun olacaqdır, açılan arzular belə bir insandan
nə qədər uzaqdır! Əzabından çıxmağının asan olmasına ümidsizlüyü çoxdur! Bütün
bunlar Sənin cövr etmədiyin cəzan, zülmə bulaşmayan insaflı hökmün əsasındadır.
Çünki ardıcıl olaraq höccətini sona yetirdin, hidayət ola biləcəyi şeyləri ona
bəyan etdin, lütf göstərək həqiqətə sarı rəğbətləndirdin, insanların özlərinə
gəlib ayılmaları üçün məsəllər çəkdin, onlara uzun möhlət verdin, əzab etməkdə
qüdrətin var ikən cəzanı təxirə saldın, tələsə bildiyin halda həlimlik
göstərdin, həlimliyin acizlik, möhlət verməyin süstlük, çəkinməyin xəbərsizliyin,
təxirə salmağın mülayimlik və saziş üzündən deyildi, bəlkə buna görədir ki,
hacətin daha düzgün, böyüklüyün daha kamil, ehsanın daha geniş, və nemətin daha
da təkmilləşsin, bütün bunlar olmuş, indi də var və bundan sonra da olacaq,
sənin haccətin vəsf edildiyindən daha kamildir, ucalığın daha ucadır,
nemətlərin saya gəlməkdən daha çoxdur, nemətin kiminsə onun ən azına belə şükr
etməkdən daha artıqdır,
artıq dilin söz çatdırmasında çarəsiz qalması məni Sənin tərifini davam
etdirməkdən aciz etmiş, həmd-sənaya açılan dilim işdən düşmüş, son gücüm
çarəsizliyə etiraf edim, sitayişinə rəğbətimdə səhlənkarlığa görə deyil
mənəm ki, dərgahına üz gətirmişəm, və Səndən mənə yaxşı ziyafət verməyinin
fikrindəyəm, belə isə Məhəmməd və onun soyuna salam yetir və dərdimi eşit,
duamı qəbul et, gündüzümü yoxsuluq içrə gecəyə çatdırma, istədiyim şeydə rədd
əlimi sinəmə vurma, Sənin hüzurundan gedib dərgahına qayıtmağımı əziz tut,
çünki, Sən istənilən şeydə çətinliyə düçar olmursan, hacətlər önündə
acizlənmirsən və hər şeyə qadirsən, ulu və əzəmətli Allahdan savayı kimsədə bir
qüvvət və qüdrət yoxdur!