Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Oktyabr » 21 » MERAC HƏDISI
MERAC HƏDISI
14:45


                           Bağışlayan və mehriban Allahın Adı ilə

Bütün eyiblərdən pakdır o Allah ki, gecə vaxtı bəndəsini Məscidul-Həramdan Əqsa məscidinə apardı. Həmin Əqsa məscidinin ətrafını bərəkətli etmişik. Bununla istədik ayələrimizi (qüdrətimizi) ona göstərək. Həqiqətən Allah eşidən və görəndir. (İsra, ayə 1)

   Əmirulmöminin Əli (ə) Rəsulullahdan (s) nəql edib: Rəsulullah (s) me`racda Allahdan ən fəzilətli əməlin hansı olduğunu soruşduqda Allah buyurdu: Ən fəzilətli əməl Mənə təvəkkul edib onlar üçün təyin ediyim ruziyə razı olmaqdır. ( İnsanın işlərində Allahı özünə vəkil etməsinə təvəkkul deyilir. Ən etibarlı vəkil yalnız Allahdır).
Ey Muhəmməd! Mənə xatir (yəni Allahın rizasını qazanmaq niyyəti ilə) biri-digərinə ehtiram edib qohumluq əlaqəsini möhkəmlədib mənə təvəkkul edənləri sevirəm. Mənim onlara olan məhəbbətimin sonu yoxdur. Onlar məxluqata mənim nəzərimlə (rəhmət və məhəbbətlə) baxırlar. Hacətlərini məxluqatdan istəmirlər. Halal ruzi yeməkdən qarınları yüngüldür. Çünki haram insanı ruhunu və təbiətini xarab edir. Bu dünyada onların qisməti məni daim zikr etməkdir və Mən də onlardan razıyam. Ey Əhməd! Əgər pəhrizkar (haram məhrum işlərdən çəkinmək) bəndə olmaq istəyirsən, dünya malına qarşı zahid və axirətə həris ol. 
-Rəsulullah (s): İlahi dünyaya qarşı necə zahid olub axirətə həris olum? 
-Allah-təala buyurdu: Dünyada yemək, içmək və geymək üçün lazım olan şeylərdən azacıq götür, sabahkı gün üçün yığıb saxlama. Daim məni yad et!
-Rəsulullah (s): Pərvərdigarə! Necə səni yad edim? 
-Xəlvətə çəkilib dünyanın şirin və acılarına qarşı həris olma. Evini və qarnını dünya malından təmizləsən deməli həmişə məni yad etmiş olarsan. Ey Əhməd! Uşaq təbiətli olmaqdan həzər et. Çünki uşaq rənga-rəng şeyləri görəndə onları ələ gətirməyə can atır, dünyanın şirin və acı şeylərini ələ gətirəndə isə məğrurlaşır.
Rəsulullah (s): İlahi! Mənə elə bir əməli nişan ver ki, onunla sənə yaxınlaşım.
Allah-təala buyurdu: Ey Muhəmməd! Gecəni özün üçün gündüz və gündüzü isə gecə yerinə qərar ver.
Rəsulullah (s): Pərvərdigarə! Bunu necə edim? 
Allah-təala buyurdu: Yuxunu namaz, yeməyni aclıq kimi qərar ver. Ey Əhməd! And olsun izzət və cəlalıma! Bəndəm dörd əməli mənə görə etsə onu cənnətə daxil edəcəyəm: Dilini hifz edib yalnız lazım olan yerdə danışsın, qəlbini Şeytanın vəsvəsələrindən qorusun, hər yerdə Məni üstündə nazir bilsin. Oruc tutduğu zaman aclığın acılığı onun gözünün nuru olsun. Ey Əhməd! Kaş orucun aclığını, sükutun və camaatdan uzaq olmağın şirinliyini dadıb onların əhəmiyyətini hiss edəsən.
-Pərvərdigarə! Orucun aclğının nəticəsi nədir?
-Hikmət və qəlbin hifzi. Mənə yaxın olub daim hüzn və camaat arasında məişətin yüngül olmasına çalışmaq. Həyatın əzab və ya rahatlığa çevrilməsinə etina etmədən haqq sözü danışmaq. Ey Əhməd bilirsən bəndə nə vaxt Allaha yaxın olur?
Rəsulullah buyurdu: Pərvərdigarə! Bilmirəm...
-Bəndəm oruc tutub səcdə halında olanda. Ey Əhməd! Bəndələrimin arasında üç dəstəyə təəccüb edirəm: Namaza duran bəndə bilir kimin qabağında durub və kim ilə danışır, amma bununla belə mürgü vurur. O bənəyə təəccüb edirəm ki, bir günün azuqəsi olduğu halda sabahkı günün ruzisinə görə narahatdır. O bəndəyə təəccüb edirəm ki, bilmir Mən ondan razıyam ya ona qəzəbliyəm, bununla belə gülür. Ey Əhməd! Cənnətdə əziz bəndələrim üçün ən ali cəvahiratdan qəsr hazırlamışam. Hər gün onlara yetmiş dəfə rəhmət nəzərimlə baxıb danışaram. Hər dəfə onlara baxanda onların mülkünü yetmiş dəfə artıracağam. Cənnət əhli Cənnətdəki nemətlərdən ləzzət alanda Mənim adımı və kəlamlarımı zikr etməklə ləzzət alacaqlar.
-İlahi! Onların əlamətləri nədir?
-Onlar dünyada dillərini bihudə danışmaqdan və qarınlarını çox yeməkdən hifz edirlər. Ey Əhməd! Allahı sevmək kasıbları sevib onlarla dostluq etməkdir.
-İlahi fəqirlər kimlərdir?
-Onlar aza qane olub yoxsulluğa səbr edib və rifah halında Allaha şükr edənlərdirlər. Ac qalmaqdan nalə etməzlər və yalan danışmazlar. Rəblərinə qəzəblənib əldən verdikləri şeyə qəmgin olmazlar. Allahın onlara əta etdiyi şeylərə görə qururlanmazlar. Ey Əhməd! Fəqirlərə məhəbbət bəsləmək Mənə məhəbbət etməkdir. Məclisdə fəqirlərə yaxın otur və onları özünə tərəf cəzb et. Məclisdə varlılara yaxı oturma onları özündə uzaqlaşdır. Çünki fəqirlər mənim dostlarımdır. Ey Əhməd! Qiymətli libaslarla özünə zinət vurma, ləzzətli yeməklərdən pəhriz et və yataq yerini yumşaq etmə. Çünki nəfs bütün şərr işlərin kökü və pisliklərin rəfiqidir. Sən nəfsi Allaha itaət etməyə tərəf çəkirsən, amma o səni Allaha qarşı üsyan etməyə çəkir və ona itaət etməkdə səninlə muxalifət edir. Xoşlamadığın işlərdə sənə itaət edir. Qarnı tox olanda tuğyan edir ac olanda şikayət edir. Möhtac və fəqir olanda qəzəblənir, varlı olanda təkəbür edib qürrələnir. Böyüyəndə keçmişini unudur. Arxayılaşanda qəflətə uyur. Nəfs Şeytanın dostudur. Nəfs dəvə quşu kimidir, çox yeyib bar vermir. Nəfs defli (orlandin) gülünə bənzəyir. Rəngi gözəldir amma zəhər kimi acıdır. Ey Əhməd! Dünyanı və dünyaya vurulanları özünə düşmən bil, axirəti və axirət əhlini sev.
-İlahi! Dünya və axirət əhli kimlərdir?
-Dünya əhli çox yeyər, çox gülər, çox yatar və çox qəzəblənər. Dünya əhli nə qədər dünya malı qazansa yenə narazı olar, pislik etdiyi adamdan üzr istəməz ondan üzr istəyənin üzrünü qəbul etməz. İbadətdə süst olar günah etdiyi zaman cəsarətli olar. Arzuları sonsuz əcəli yaxın olar. Əməllərini hesaba almaz, çox danışar, ətrafdakılara faydası olmaz, qorxusu az və yemək yeyəndə çox şad olar. Dünya əhli rifahda olanda şükr etməz, bəlaya səbr etməz, camaata həqarətlə baxar, etmədiyi əməli öz adına bağlayıb özünü tərifləyər. Yaxşılıq etdiyi adama minnət qoyar və daim camaatın eyiblərini danışıb onların yaxşı əmməllərini gizlədər.
-İlahi dünya əhlində saydıqlarından başqa eyiblər də varmı?
-Ey Əhməd! Dünya əhlinin eyibləri çoxdur. Cəhalət və axmaq olmaq onlara məxsusdur. Onlara elm öyrədənin müqabilində təvazökarlıq etməzlər. Onlar özlərini ağıllı sanarlar, amma ariflərin yanında əhməqdirlər. Ey Əhməd! Axirət və xeyir əhlinin çöhrəsi zəif və həyası çox olar. Camaata xeyri çox hiyləsi azdır. Camaat onlarıın məkrindən arxayın, özləri əziyyətdə olarlar. Danışıqlarına diqət edib nəfslərini hesaba çəkərlər. Gözləri yatar, amma qəlbləri yatmaz. Gözləri ağlar qəlblər zikr edər. Camaat qafillərdən sayılanda onlar zikr əhlindən sayılacaq. Nemətin əvvəlində Allaha həmd edər axırda şükr edərlər. Allah onların dualarını eşidər mələklər onlarla şad olar. Onların dua səsləri pərdə arxasına çatanda ana övladının səsini eşidəndə sevindiyi kimi Allah onların sözlərini eşitməkdən ləzzət alar. Onlar bir an Allahı zikr etməkdən qafil olmazlar. Çox yeməyi və gözəl geyinməyi sevməzlər. Camaat onların gözündə ölü və yalnız Kərim Allah diridir. Allahdan üz döndərənləri kəramətlə haqqa tərəf dəvət edirlər. Allaha tərəf üz gətirənləri mehribanlıq və lütf ilə qəbul edirlər. Dünya və axirət onların nəzərində birdir. Camaat bir dəfə ölür, amma onlar hər gün nəfsləri ilə cihad edərək yetmiş dəfə ölürlər. Onlar mənim qabağımda ibadətə duranda möhkəm divar kimi dururlar. Qəlblərində camaat üçün yer yoxdur. İzzət və cəlalıma and içirəm, ən pak həyatı onlara nəsib edərəm. Onların ruhları bədənlərindən çıxanda ölüm mələyini onlara musəllət etmərəm. Məndən başqa kimsə onların ruhlarını qəbz etməz. Asimanın bütün qapılarını onların ruhlarının üzünə açarıq. Bütün pərdələri onlar üçün kənara çəkərəm. Cənnət onlar üçün zinətlənəcək və hurilər onlar üçün hazır olacaqlar. Mələklər onlara rəhmət göndərəcəklər, ağaclar meyvələri onlar üçün yetişdirərlər.........
-Ey Əhməd! Zahidlərin axirətdəki olan məqamından xəbərin varmı?
-İlahi! Xəbərim yoxdur.
-Qiyamətdə camaatın hesabına baxıldığı zaman zahidlər azad olacaqlar. Zahidlərin ən az mukafatı Cənnətin açarları olacaq. Hansı qapıdan istəsələr daxil olacaqlar. Rəhmətimi onlardan əsirgəmərəm. Onlara kəlamlarımdan ləzzət almağı nəsib edərəm. Onları sadiqlərin yerində oturdub dünyada etdikləri xeyir əməlləri yadlarına salacağam. Onlar üçün dörd qapı açacağam: Bir qapıdan gecə-gündüz Mənim tərəfimdən hədiyyələr gələcək, digər qapıdan zəhmət çəkmədən necə istəsələr mənə (rəhmətimdən bəhrə alarlar) baxarlar. Bir qapıdan Cəhənnəm əhlinə baxacaqlar və zalımların necə əzab çəkdiklərini müşahidə edəcəklər. Bir qapıdan Cənnət huriləri onların yanına gələcəklər.
-Rəsulullah (s): İlahi! Bu cür vəsf etdiyin zahidlər kilərdir?
-Zahidin evi yoxdur ki, xarab olanda ona görə qüssə etsin. Övladı yoxdur ki, onun ölümünə görə məhzun olsun. Dünya malından bir şeyi yoxdur ki, əlindən çıxanda narahat olsun. Heç kim zahidi zahirdə tanımaz ki, bununla onu bir an olsun belə Allahdan qafil etsin. Artıq yeməyi də yoxdur ki, sabah ona görə sorğu sual olsun. Zərif libası da yoxdur. 
-Ey Əhməd! Zahidlərin üzləri gecələr ibadət edib gündüzlər oruc tutmaqdan saralar, dilləri yalnız Allahı zikr edər. Nəfsləri ilə muxalifət etdiklərindən qəlbləri sinələrində məluldur. Onlar Cəhənnəmdən qorxub Cənnətə muştaq olduqları üçün ibadət etməzlər. Onlar Mələkut aləminə baxıb yalnız Allahın ibadətə layiq olduğunu dərk edirlər.
-İlahi ümmətimdən kimlərə bu dərəcəni əta edəcəksən?
-Ey Əhməd! Bu peyğəmbərlərin, şəhidlərin, sənin ümmətindən və başqa ümmətlərdən olan siddiqlərin dərəcəsidir.
-İlahi! Mənim ümmətimin zahidləri çoxdur ya bəni israilin?
-Bəni israil zahidlərinin sayı sənin ümmətinlə müqayisədə ağ inəyin bədənində olan bir qara tük kimidir.
-İlahi! Necə olur, axı bəni israillin sayı mənim ümmətimdən çoxdur?
-Onlar yəqinə yetişdikdən sonra yenidən şəkkə düşdülər. İqrar etdikdən sonra inkar etməyə başladılar.
Rəsulullah: -Zahidlərə görə çox şükr və dua edib dedim: İlahi! Onları hifz edib onlara rəhm et!. İlahi! Zahidlərin imanından razı olduğun üçün onlarını dinini hifz et. İlahi onlara şəkkə uğramayan iman ruzi et! Qəlblərinə xof sal ki, qəflətə uymasınlar! Onlara elm əta et ki, cahlliyə qatılmasınlar. Əql ver ki, axmalığa düşməsinlər.
Ey Əhməd! Pəhrizkar ol. Çünki pəhrizkalıq dinin əvvəli, ortası və axırıdır. Pəhrizkarlıq bəndəni Allaha yaxınlaşdırar. Ey Əhməd! Pəhrizkalıq möminin zinəti və dinin sütunudur. Pəhrizkarlıq gəmiyə bənzər. Dənizdə yaılnız gəmiyə minənlər nicat tapdığı kimi zahidlər də pəhriz hesabına nicat taparlar. Ey Əhməd Məni tanıyıb təvazökar olan bəndə üçün hər şeyi zəlil edərəm. Ey Əhməd! Bəndə pəhriz etdiyi üçün ibadətin qapıları onun üzünə açılar. Pəhriz etdiyinə görə xəlq arasında əziz olub Allahayetişər. Ey Əhməd! Sükit etməyi özünə peşə et. Ən pak və abad qəlb saleh və sükut edən bəndələrin qəlbləridir. Ən xarab qəlb bihudə və faydasız danışanların qəlbləridir. Ey Əhməd ibadət on hissədir. Onun doqquzu halal ruzi qazanmaqdır. Yediyin və içdiyin pak olsa onda mənim pənahımda olarsan.
-İlahi ibadətin əvvəli nədir?
-Birinci ibadət sükut edib (yersiz danışmadan pəhriz edib) oruc tutmaqdır.
-Ilahi! Orucun faydası nədir? Orucun faydası hikmətdir və hikmətin faydası mə`rifətdir (Haqqı tanımaq). Mə`rifətin faydası yəqindir. Bəndə yəqinə yetişəndən sonra dünyadakı çətinliyə və asayişə əhəmiyyət vermir. Can verəndə mələklər əllərində Kövsər suyundan və Cənnət şərablarından doldurulmuş qablar onun başının üstündə duraraq ruhunu sirab edirlər. Bununla can verməyin acılığını hiss etməz. Mələklər onə ən böyük müjdə xəbəri verib deyərlər:-Bu gözəl məkana xoş gəlmisən. Sən Əziz, Həkim, Həbib və Qərib (bəndəy ürəyinin şah damarından yaxın) olan rəbin huzuruna gəlmisən. Sonra bəndənin ruhu mələklərin qucağında bir an içində Allahın huzuruna aparılır. Onunla Allah arasında heç bir pərdə yoxdur. Allah-təala onu görməyə muştaqdır. Bu bəndənin ruhu Allahın ərşinin yanında hovuzun kənarında oturur. Sonra ondan soruşurlar:-Dünyadan necə ayrıldın?
-Bəndə cavab verir:-İlahi! Sənin izzət və cəlalına and olsun! Mən əslən dünyadan xəbərim olmadı. Məni xəlq etdiyin gündən xofun qəlbimdə idi.
Allah-təala buyuracaq:-Ey bəndəm! Düz deyirsən, cəsədin dünyada idi amma ruhun bizim yanımızda idi. Sən hər zaman bizimlə idin. İndi nə istəyirsən bizdən tələb et. Bu bizim cənnətimizdir, orada özün üçün yer tut.
-Bəndə cavab verir:-İlahi! Özünü mənə tanıtdırdığın üçün məxluqata möhtac olmadım. And olsun izzət və cəlalına, yetmiş dəfə tikə-tikə doğranıb öldürüsəm yenə Sənin rizanı qazanmaq mənim üçün əzizdir. İlahi! Mən necə xudbin ola bilərdim, əgər məni əzizləməsəydin zəlil olardım? Mənə kömək etməsəydin xar olardım. Mənə qüvvət verməsəydin mən zəif olardım. Səni zikr etməklə məni diriltməsəydin mən ölü idim. Eyiblərimin üstünü örtməsəydin birinci gühadan sonra biabır olardım. İlahi! Nə cür Sənin rizanı qazanmayım, bir halda ki, mənim əqlimi kamil etdin? Səni tanıyıb haqqı batildən, elmi cəhalətdən və nuru zülmətdən ayıra bildim.
Allah-təala buyuracaq: And olsun izzət və cəlalıma! Mənimlə sənin aranda heç vaxt pərdə olmayacaq. Əzizlərimlə bu cür edəcəyəm. Ey Əhməd! Bilirsən hansı həyat ləzzətli və əbədidir?
-İlahi! Bilmirəm.
 -Ləzzətli ömür budur ki, bəndəm Məndən qəflət edib ona verdiyim neməti unutmasın. Mənim haqqımı dərk edib gecə gündüz razılığımı qazanmağa çalışsın. Amma əbədi həyat budur ki, bəndə dunya malı üçün nəfsinin ehtiyacı qədər çalışsın. Dünya malı onun nəzərində süst və xar, axirət əzəmətli olsun. Mənim istəyimi qəlbinin istəyindən üstün bilsin. Mənim rizamı qazanmaq üçün çalışsın. Mənim haqqımı böyük bilib onun hər bir əməlindən agah olduğumu yadında saxlasın. Hər zaman günah etdikdə mənim haqqımı riayət etsin. Bəyənmədiyim şeylərdən qəlbini pak etsin. Şeytanı və onun vəsvəsələrini düşmən bilsin. Şeytanın onun qəlbinə yol tapmasına izn verməsin. Bəndə bu cür olanda onun qəlbində məhəbbətimi sakin edəcəyəm. Nəticədə onun qəlbini özüm üçün qərar verəcəyəm. Onun qəlbinin gözünü və qulağını açaram. Qəlbi ilə eşidib Mənim cəlalımı və əzəmətimi görər. Dünyanı ona dar edərəm. Dünya ləzzətlərini onun nəzərində mənfur edərəm. Çoban sürünü həlak edici otlaqdan çəkindirdiyi kimi dünya malına vurulmaqdan onu çəkindirəcəyəm. Bəndə bu cür olanda camaatdan fərar edib fani dünyadan əbədi aləmə, Şeytanın evindən Rəhmanın evinə köç edər. Ey Əhməd! Belə bəndəni heybət və əzəmətlə zinətləndirərəm. Ləzzətli və davamlı həyat budur. Məndən razı olanların məqamı budur. Hər kəs mənim rizamı qazanmaq üçün iş görə ona üç xislət bəxş edərəm: 
-Xalısanə şükr etməyi ona öyrədərəm, ona elə bir zikr öyrədəcəyəm ki, heç vaxt məni yaddan çıxarmaz. Ona məhəbbətimi verəcəyəm. Bu məhəbbətlə heç kimi məndən qabağa salmaz. Bəndə məni sevsə mən də onu sevərəm. Qəlbinin gözünü açaram ki, mənim cəlalımı görsün. Sevimli bəndələrimi ondan gizlətmərəm, gecənin zülmətində və gündüzün işığında onunla danışaram, camaatla söhbət etməkdən əl çəkər. Onlarla oturub durmaz. Öz sözlərimi və mələklərin sözlərini ona eşitdirəcəyəm. Məxluqatdan gizlətdiyim sirləri ona agah edərəm. Ona həya libası geyindirəcəyəm ki, camaat onu görəndə həya etsinlər. Yer üzündə bağışlanmış yaşayar, qəlbini agah edərəm. Cənnət və Cəhənnəm xəbərlərindən onu agah edərəm. Qiyamətdə camaatın başına gələcək əhvalatlardan onu xəbərdar edərəm. Varlıları, fəqirləri, cahilləri və alimləri necə sorğu sual edəcəyimi ona xəbər verəcəyəm. Onun qəbrini nurla dolduracağam. Nəkir və Munkər adlı mələkləri onun yanına göndərəcəyəm. Öləndə qəm və qüssə keçirməz. Qəbrin zülmətini və vəhşətini görməz. Özüm onun hesabını çəkərəm və əməl kitabını sağ əlinə verəcəyəm. Özümlə onun arasında tərcüməçi qərar vermərəm. Bunlar mənim aşiqlərimin sifətləridir. Ey Əhməd! Bir amalın və bir dilin olsun! Cismini diri saxla. Məndən qafil olma. Hər kəs Məndən qafil olsa hansı vadidə həlak olmasına etina etmərəm. Ey Əhməd! Əqlini zay olmamış işlət. Hər kəs əqlindən istifadə etsə xəta və tuğyan etməz.
-Ey Əhməd! Bilirsən nəyə görə Səni sair peyğəmbərlərdən fəzilətli etmişəm?
-İlahi bunun sirrini bilmirəm.
-Səndəki imanın yəqin dərəcəsinə, gözəl əxlaqına, səxavətinə və camaatla mehriban olduğuna görə. Yer üzünün seçilmişləri yalnız bu keyfiyyətlərinə görə əziz olublar. Ey Əməd! Bəndə qarnını ac saxlayıb dilini hifz etsə ona hikmət öyrədərəm. Bu surətdə bəndə kafir olsa öyrətdiyim hikmət onun üçün bəla olacaq. Əgər mömin olsa öyrətdiyim hikmət onun üçün nur, şəfa və rəhmət olacaq. O hikmətin sayəsində bilmədiklərini biləcək və görmədiklərini görəcək. Birinci gördüyü nəfsindəki eyiblər olacaq ki, camaatın eyiblərindən bixəbər olsun. Elmin dəqiqliklərini ona öyrədəcəyəm ki, Şeytan ona musəllət olmasın. Ey Əhməd! Sükut edib (bihudə sözlərdən çəkinmək) oruc tutmaqdan istəkli ibadət yoxdur. Oruc tutub dilini hifz etməyən şəxs namaza durub qiraət etməyən kəsə bənzər. Mən ona namaza durmağın əcrini verərəm, amma ibadət əhlinin əcrini vermərəm. Ey Əhməd! Bilirsən nə vaxt bəndə abid olur? 
-İlahi bilmirəm.
-Yeddi xislət onda birləşsə abid olar: -Haramdan pəhriz edib, faydasız sözlər danışmasın. Hər gün qəlbində hüzn artıran qorxu olsun. Xəlvətdə belə məndən ar etməyə səbəb olan həyası olsun. Aclığını dəf edəcək qədər yeysin və dünya malını sevmədiyim üçün o da dünya malınına vurulmasın. Yaxşı insanları sevdiyim üçün o da onları sevsin.
Ya Əhməd! Hər "Mən Allahı sevirəm" deyən həqiətdə Məni sevmir. Məni həqiqi sevənlərdə bu dörd xislət olmalıdır. 1-Dünya malından gündəlik ehtiyacı qədər götürsün, 2- Sadə libas geysin, 3- səcdə halında yatsın, 4- ibadətini davamlı etsin, mənə təvəkkul edib, az danışıb çox sükut etsin, çox ağlayıb az gülsün, nəfsinin istəyinə muxalif olsun və məscidi özünə mənzil etsin. Elmi özünə dost və zahidliyi yoldaş bilsin. Alimləri dost və kasıbları rəfiq bilsin. Məni sevən mənim razılığımı qazanmağa çalışar və günah əhlindən şiddətli dərcədə uzağa qaçar. Həmişə məni zikr etməyə məşğul olar. Daim təsbih deyər. Verdiyi və`də sadiq olar. Etdiyi əhdə vəfa edər. Qəlbi pak olar və bu paklığı namazda daha çox riayət edər. Vacibi əməlləri əncam verməyə çalışar məndən mukafat almağa can atar. Mənim əzabımdan qorxar. Mənim dostlarımla dost olar. Ya Əhməd! Əgər bəndə asiman və yer əhlinin ibadəti qədər ibadət edib oruc tutub mələklər kimi yeməkdən uzaq olsa kasıblar kimi geyinsə, amma onun qəlbində dünyaya qarşı zərrə qədər məhəbbət görsəm, ya əgər qəlbində şöhrətpərəstliyə meyil ola və ya vəzifəyə hərislik olsa axirətdə mənim rəhmətimdən uzaq olar. Onun qəlbindən məhəbbətimi xaric edərəm. 
Ya Əhməd! Mənim rəhmətim və salamım olsun Sənə! 
       Elman İbadov                                 email: kerrar@mail.ru


  [Hədislər] | Oxunub: 1935 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz