Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda yerləşir.
Öz iqtisadiyatına, hərbi gücünə, inkişaf tempinə görə regionda lider ölkədir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Qafqazın yeganə müsəlman dövlətidir.
“İslam dünyası” çərçivəsində ilk tanış olacağımız ölkə də məhz doğma Azərbaycandır.
Ərazi. Azərbaycan
Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Ölkə 44° və 52° şərq uzunluq
dairəsi, 38° və 42° şimal en dairəsində yerləşir. Dövlət sərhədləri Cənubdan
İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən
Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.Xəzər dənizinin Azərbaycan sektorunda ən enli
sahəsinin uzunluğu 456 km təşkil edir.
Dövlət quruluşu. Azərbaycan Respublikası unitar dövlətdir. Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis,
icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata
keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Prezident hər 5 ildən
bir xalq tərəfindən seçilir.
Əhali. 2008-ci il iyul аyının 1-i vəziyyətinə ölкə əhаlisinin
sаyı 8676 min nəfər оlmuş və cаri ilin birinci yarısında 46,1 min nəfər və yа
0,5 fаiz аrtmışdır. Əhаlinin ümumi sаyındаn 4489 min nəfəri və ya 51,7 fаizi şəhər,
4187 min nəfəri (48,3 fаizi) кənd yerlərində yaşayır. Ölкə əhаlisinin 4281 min
nəfərini, yахud 49,3 fаizini кişilər, 4395 min nəfərini və yа 50,7 fаizini isə
qаdınlаr təşkil edir.
Milliyətcə azərbaycanlılar (94%) üstünlük təşkil edir.
Bundan başqa ölkədə digər millətlərin nümayəndələri də (ləzgilər, ruslar, ermənilər,
talışlar) yaşayır.
Din. Azərbaycanda
bir çox dinlərin nümayəndələri yaşayır. Bununla belə Azərbaycan vətəndaşlarının
böyük əksəriyyəti müsəlmandır. Müsəlmanlar arasında şiə (cəfəri) məzhəbinin
nümayəndələri üstünlüyə malikdir. Ölkənin ən böyük məscidləri “Təzə Pir”, “Bibi
Heybət”, “Göy məscid”, “Cümə məscidi”, “Şəhidlik” məscidləridir.
Bundan başqa ölkədə provaslav və katolik kilsələri, yəhudi
sinaqoqları da mövcuddur.
Paytaxt. Azərbaycanın
paytaxtı Bakı şəhəridir. Bakı böyük tarixə malik olan qədim şəhərdir. Bakı haqqında ilk dəfə eramızdan
3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər
Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını
Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji
tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və
Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub
istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi
tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının
5,5 mindən çox yaşı vardır. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər
dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2
milyondan çoxdur (qeyri-rəsmi rəqəmlərdə bunun 4 milyona yaxın olması
göstərilir). Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal
etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın
qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər
tipli qəsəbəni birləşdirir.