Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 14 » Yalnış və qərəzli mövqelər
Yalnış və qərəzli mövqelər
12:39

     

           Bağışlayan və mehriban Allahın adı ilə

   Bura qədər məlum oldu ki, şiə təfəkürünün meydana gəlmə və formalaşma tarixi Rəsulullahın zamanından başlanıb. Rəsulullahın (s) Əli ibn Əbi Talib və ondan sonra olacaq imamların haqqında buyurduqları müqəddəs kəlamların bazasında şiə əqidələri formalaşıb. Bu əqidələrin təşəkkül tapmasının kuliminasiya nöqtəsi “Səqifə” kəşməkeşindən başlandı. İmam Əli (ə)-ın hakimiyyəti dövründə (hicrətin 35-40-cı illərində) kamil şəkildə aşıkar oldu.
Amma buna baxmayaraq bəziləri ya tarixdən bixəbər olduqlarına görə ya da qərəzli və mərəzli mövqe tutduqlarından bu həqiqəti qəbul etməkdən imtina edərək şiə məzhəbinin Əbdullah ibn Səba adlı bir yəhudinin tərəfindən yaradıldığını iddia edirlər. Bəziləri isə islamdan qabaq zərdüşti dininə mənsub olan iranlıların təəssübkeşliyindən əmələ gəldiyini iddia edirlər. Amma bu dəstələrdən daha artıq dərəcədə qərəzli dəstələr şiələrin İranda səfəvilərin hakimiyyəti dövründaə yarandığını iddia edirlər.
Şiələr haqqında deyilən qərəzli ittihamların bəzilərinə işarə edirik:
1- Şiələr Zərdüştilərin və o zamankı iranlıların təfəkkürlərindən yaranıb....
2- Şiələr səfəvilərin tərəfindən yaradılmışdır...
3. Şiələr səqifə cərəyanından sonra meydana gəliblər....
Şiələrin yaranma tarixini səqifə cərəyanına nisbət verənlər heç də bu əqidədə deyillər ki, Rəsulullahın buyurduqlarına əsasən bir dəstə Əli ibn Əbi Talibi sair səhabələrdən əfzəl bildikləri üçün onu himayət edib ardınca getmək yolunu seçdilər. Onlar iddia edirlər ki, xəlifə seçmə zamanı əmələ gəlmiş böhranın təsirindən bir dəstə səhabə Miqdad, Zubeyr, Salman və s... səhabələr nagəhan bu fikrə düşdülər ki, onlar da Peyğəmbər (s)-n kürəkəni Həzrət Əlini xəlifəliyə namizəd kimi irəli sürsünlər. Qabaqkı fəsillərdə söylədiyimiz açıqlamalardan sonra belə bir məktəbin və təfəkkürün nə dərəcədə səthi olduğu məlum olur. Biz də əslən bu cür təfəkkürləri təhlil etməyi lazım bilmirik. 
2- Şiələr Suffeyn müharibəsindən sonra meydana gəliblər....
 Şiə məzhəbinin Suffeyn müharibəsindən sonra zühür etdiyini iddia edənlər bir məktəbin əmələ gəlməsi və zühür etməsi arasında fərq olduğunu dərk etmədiklərindən bunları bir birinə qarışdırıblar. Şiə əqidələrinin meydana gəlməsi Rəsulullahın (s) zamanında onun buyurduqlarının təsirindən meydana gəlməsi sübuta yetmiş bir faktdır. Təbiidir ki, Əmirulmuminin Əli (ə) 35-ci ildə xilafətə yetişdi və şiənin zühuru və inkişafı aşıkar olmağa başladsı. Məxsusən Suffeyn müharibəsində Əmirulmumininin (ə) şiələri Muaviyənin tərəfdarlarından çox aşkar şəkildə seçilməyə başladılar. 
 3- Şiə əqidələri Əbdullah ibn Səba adlı bir yəhudinin yaratdıqlarıdır....
 Şiələrin meydana gəlməsi haqqında ən geniş yayılmış iddia budur ki, bu məktəb Əbdullah ibn Səba adlı bir yəhudi tərəəfindən icad olunub. Əhli sünnətin əksər alimləri İbn Əsir, İbn Kəsir, İbn Xəldun, Əhməd Əmin, Rəşid Rza və s... Əbdullah ibn Səba adlı bir yəhudinin görüşlərini şiə təfəkürünün başlanğıcı kimi tanıtdırmağa çalışıblar.
Əbdullah ibn Səba kimdir?
 Tarixçilərdən Əbdullah ibn Səbanın adını və dastanını birinci dəfə nəql edən Təbəri olmuşdur. “Əbdullah ibn Səba yəhudi idi, zahirdə islam dinini qəbul etmişdi. Sonralar müsəlman ölkələrini dolanmağa başladı və özünün təfəkkürlərini o cümlədən Əli ibn Əbi Talibin Rəsulullahın canişini olması əqidəsini camaat arasında yaymağa başladıTarix Təbəri 3/378, hicrətin 35-ci ilinin əhvalatları” 
 Bəziləri bu şəxsin həyatını təhlil edəndə deyiblər: Əbdullah ibn Səba islam icmasını daxildən dağıtmaq üçün zahirdə islam dinini qəbul etdiyini izhar edib fitnələr törətməyə başladı. Həmin fitnələr xəlifə Osmanın qətlə yetirilməsi ilə nətcələndi. Onun sözləri o qədər azdırıcı idi ki, səhabələrdən və tabeinlərdən bir dəstə Səlman, Əbu Zərr, Səsəə ibn Suhan, Muhəmməd ibn Bəkr və s... çox asanlıqla onun təsiri altına düşdülər.
 Bu nəzəriyyəni iki cəhətdən təhqiq edib cavab veririk:
Birinci cəhət rəvayətin səndidir. Təbəri onu Seyf ibn Ömərdən nəql edib. Əhli sünnətin “rical elmi” alimləri Seyf ibn Öməri rədd ediblər. Onu hədis qundaranlar sırasında zikr ediblər. Zəhəbi Seyf ibn Ömər haqqında rical alimlərinin nəzərlərini belə nəql edib: “Əbbas ibn Yəhya deyib Zəifdir. Mutəyyən Yəhyadan nəql edib ki, onda (Seyf ibn Ömərdə) heç bir xeyir yoxdur. Əbu Davud deyib: O bir şey deyil. Əbu Hatim deyib: O rəd olunur. İbn Həbban deyib:- Seyf ibn Ömər zindiqlikdə (kafir olmaqda) ittiham olunub. İbn Ədiy: Nəql etdiyi bütün hədisləri rədd olunur” (mizanul-itidal, sin hərfi/seyf 3642 Seyf ibn Ömərin tərcümeyi halı 3/353, Təhzibuttəhzib sin hərfi/seyf 2819, Seyf ibn Ömərin tərcümeyi halı 4/268, ər-Rical və-Tədil, 1198, 4/278)
Deməli məlum olur ki, Təbəri hədisi nəql etməkdə ya rical elmindən kamil surətdə xəbərsiz və cahil olduğu üçün bu cür xain adamdan rəvayət nəql edib. Ola bilsin ki, Təbəri Seyf ibn Ömərin yalançı və hədis qundaran olduğunu bilə-bilə onun nəql etdiyi dastanı nəql edib. Onda məlum olur ki, Təbəri özü tarixdə xəyanət edib və xəyanətkar olduğundan onun tarixindən sitat gətirəndə son dərəcədə ehtyatlı olmaq lazımdır. Çünki tarix gələcək nəsilləri həqiqətdən xəbərdar edən bir sənəddir və tarixçi bu sənədə xəyanət etməməlidir.
İkinci cəhət hədisin mətni: Təbərinin nəql etdiyi bu dastanın mətnində maraqlı nöqtələr mövcuddur ki, həmin nöqtələrə diqqət yetirmək lazımdır. Əslən Yəməndən olan və təzəcə islam dinini qəbul etmiş bir yəhudi necə olub ki, İslamın mərkəzi olan Mədinədə bir belə nüfuz tapıb? Hətta onun nüfuzu o qədər təsirli olub ki, Peyğəmbər (s) səhabələrini Osmana qarşı qiyama təhrik etməyə müvəffəq olub. Ağıllı adam bunu qəbul edə bilərmi ki, təzə müsəlman olmuş bir yəhudi səhabələri xəlifə Osmanın ətrafından uzaqlaşdırıb onu öldürməyə rəğbətləndirə bilsin. Bir halda ki, tarix Osmanın muxaliflərlə necə sərt rəftar etdiyini hətta əgər bu müxaliflər Rəsulullahın ən yaxın səhabələrindən belə olaydı çox dəqiqliyi ilə qeydə alıb. Əks halda bu qənaətə gəlmək olar ki, Osman səhabələrə divan tutmağa başı qarışdığından təzə müsəlman olmuş yəhudi Əbdullah ibn Səbanı yaddan çıxardığı üçün o da istədiyinə nail olub.
Əsl həqiqətdə bu dastan şuurlu surətdə şiə məzhəbini zəiflətmək üçün aparılan siyasətin nəticəsidir. Seyf ibn Ömərin qondardığı bu dastanları yaymaqla arzularına çatmaq istəyiblər. 
Əbdullah ibn Səba haqqında iki nəzəriyyə mövcuddur:
Birinci:- Seyf ibn ömərin nəql etdiyi bu xususiyyətdə adam tarixdə olmayıb. Doktor Taha Hüseyn “Mizanul-itidal” kitabında 3/353.(sin/seyf 3642) Seyf ibn Ömərin tərcümeyi halı haqqında bəhs edəndə buna işarə edib. Həmçinin “Təhzibuttəhzib” kitabında (sin/seyf 2819) Seyf ibn Ömərin tərcümüyi halında müəllif bu mətləbə işarə edib. 
Həmçinin Ərəbistanlı yazıçı doktor Həsənul-Fərhan Maliki açıq şəkildə Əbdullah ibn Səba adlı bir şəxsin tarixdə olmadığına etiraf edib. Şiə tarixçilərindən Əllamə Əskəri “Əbdullah ibn Səba” adlı kitabında belə bir fərdin tarixdə olmadığını sübuta yetirib. 
İkinci nəzəriyyə: Nəcaşi və Kəşşi kimi Rical elminin alimləri Əbdullah ibn Səbanın tarixdə olduğunu təsdiq edirlər. Onların dediklərinə görə Əbdullah ibn Səba Əmirul möminin Əli (ə) haqqında ğuluv etdib (yəni onun haqqında mübaliğəyə yol verib) tövbə etmədiyinə görə Həzrət onu yandırdı. İmamlardan nəql olunmuş rəvayətlərdə deyilir ki; Əli (ə) onu lənətləyib Mədinədən sürgün etdi. (İxtiyaru mərifətirrical. 1/323, 170-ci nəql, Müəssisə Alulbeyt)
Hədisi nəql edən ravinin tərcümeyi halını əhli sünnətin kitablarında nəzərdən keçirib onun etibar cəhətdən zəif olduğu və hədisin mətninin o zamankı şərait ilə müvafiq olmadığı məlum olandan sonra qətiyətlə deyirik ki, Əbdullah ibn Səba tarixdə olmadığı üçün əfsanəvi və xəyali bir şəxsdir. Fərz edək ki, belə bir şəxs olub, amma əldə olan dəlillər onun fikirlərinin lənətləndiyi və rədd olunduğunu göstərir. Bizim də öz növbəmizdə şiə kimi bir məzhəbin təfəkkürlərini təhqiq edən alimlərə saxta və siyasi məqsədlər nəticəsində uydurulmuş əfsanəvi bir amilin dalıyca getdiklərinə görə yazığımız gəlir. 
Əhməd Əmin Misri Şiə təfəkkürlərinin meydana gəlməsini bu cür təsəvvür edir:-İranlılar məcusi idilər. İkinci xəlifənin zamanında İran fəth olundu və iranlıların keçmiş dinlərində qamaqlarına daha cürətləri olmadığı üçün zahirdə islamı qəbul etdilər.Onlar keçmiş əqidələrini şiə pərdəsi altında hifz etdilər. Məcusi dini olan İranda xilafət və padşahlıq irsi olduğundan bu təfəkkür şiələr arasında onların “imamət” şüarına çevrildi. Bununla da onlar bir ailənin imamətliyini qəbul edib onu müdafiə etməyə başladılar.
Misirli alimin dediklərini təhlil edəndə onun sadə bir məntiqə malik olmadığı məlum olur.
Əvvəla: Məgər müsəlmanlar İranı fəth edəndən sonra camaatı islamı qəbul etməyə məcbur etməyə başladılar? Əgər belə olubsa onda xəlifə günahkardır ki, nəticədə iranlılar da bu cür əks müqavimət göstəriblər. Bir halda ki, tarx İranda islamın gəlişindən neçə illər sonra da atəşgahların fəaliyyət göstərdiyini təsdiqləyir. Əgər atəşgahlar olubsa deməli heç kim dinindən icbari şəkildə döndərilməyib. Nəticədə əqidəsini gizlətməyə məcbur olsun. 
İkinci: Yaxşı olar ki, Əhməd Əmin Misri fikrini izhar etməzdən öncə bu haqda azacıq təhqiq edəydi: məgər iranlılar zərdüşti hakimlərindən razı idilər ki, həmin höküməti hifz etmək üçün əzmkarlıq göstərəydilər? Məgər İran imperatorluğunun dağılmasının əsas səbəbi camaatın narazılığı deyildimi?
Üçüncü:-Bu nəzəriyyəni (Məcusi dini olan İranda xilafət və padşahlıq irsi olduğundan bu təfəkkür də şiələr arasında “imamət” məsələsində onların şüarına çevrildi. Bununla da onlar bir ailənin imamətliyini qəbul edib onu müdafiə etməyə başladılar) meydana atıb və onu şiələrə irad tutanlar yaxşı olardı ki, əvvəlcə Qurani-kərimə müraciət edəydilər. Nəyə görə onlar bu nəzəriyyənin məcusilərə nisbət verirlər? Məlum olur ki, ya onlar Qurani-kərimi oxumurlar ya da Quranın həmin ayələrini rədd edirlər. Məgər Qurani-kərim peyğəmbərlərin bir dəstəsinin bir nəsildən olduğunu təsdiqləmir? Süleyman Davud peyğəmbərin oğlu deyildi və onlar Ali Yəqub deyildilər? Yusuf peyğəmbər Yəqub peyğəmbərin oğlu deyildi? İsmayıl və İshaq peyğəmbərlər İbrahim peyğəmbərin oğlanları deyildilər? Deməli əhli sünnət alimlərinin dediklərindən belə məlum olur ki Allah-təala da öz dinini davam etdirməkldə məcusilərin yolunu əxz edib?
Qurani kərim Ali İbrahim haqqında buyurur: “Yoxsa onlar Allahın insanlara öz fəzl və kərəmindən verdiyi şeylərə görə həsəd aparırlar? Biz Ali İbrahimə kitab və hikmət nazil etdik. Biz onlara yer üzündə böyük hakimiyyəti verdik ” (Nisa. ayə 54) 
“Həqiqətən Allah Adəmi, Nuhu, Ali İbrahimi və Ali İmranı aləmlərin arasından seçmişdir. Onlar biri digərindən törənmiş nəsildilər. Allah eşidən və biləndir” (Ali İmran. ayə 33-34 ) Qurani-kərimdə bu ayələri oxuyanlar görəsən hansı məqsədlərinə görə özlərini görməməzliyə vurublar. Belə kütbeyinlər bir məktəbin simasını ləkələməkdən ötrü Quranın həqiqətlərini səthi təhlil etməkdən çəkinmirlər. Onlar bu işlərinin aqibətini fikirləşmirlər? Çünki məqsədləri bir məktəbin davamçılarını kənara vurmaqdır. Lakin bu işləri ilə nəticədə müqəddəs islam dininə zərbə vurub Quranın ali məramlarını örtbasdır edirlər. 
Biz bu məqaləmizdə Şiə məzhəbinin yaranma tarixi və onun Rəsulullah (s) ilə bir başa əlaqəli olduğunu sübut etdik. İndi növbə hənəfi, maliki, şafei və hənbəli məzhəblərinin alimlərinindir ki, onlar da əsaslı dəlillərlə sübut etsinlər ki, daşını sinələrinə vurduqları məzhəblər nə vaxt və kim tərəfindən yaradılıb.
Vəhhabi məzhəbindən (sələfi və əhli sünnə vəlcəmaət) isə heç bir şey istəmirik. Çünki onların halı onsuz da məlum olduğundan maraq nöqtəmiz deyillər.



  Hacı Elman İbadov                                      email: kerrar@mail.ru  



  [Təhlil] | Oxunub: 925 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz