Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyun » 16 » «Nübuvvət»
«Nübuvvət»
00:11

    İslam dinin əsaslarını təşkil edən mövzulardan biri də «Nübuvvət»-dir. «Nübuvvət» ərəb sözü olub peyğəmbərlik mə'nasını daşıyır. Din alimləri isə peyğəmbərlik haqda belə deyirlər: «Peyğəmbər, Allah tərəfindən öz bəndələrini doğru yola hidayət edib, onları günahlardan uzaqlaşdırmaq üçün göndərilmiş insandır və Allahla peyğəmbər arasında ayrı bir insanın vasitə olması qeyri-ümkündür»

PEYĞƏMBƏRLİYİN VACİBLİYİNİN İSBATI

    Bə'zi şəxslər «peyğəmbərlərin gəlişinə heç bir ehtiyac yoxdur!» deyə İslam dininin nübuvvət əsasına şübhə ilə yanaşırlar. Bu şübhənin qarşısında peyğəmbərin olmasının vacibliyini ağıl və düşüncə, həmçinin ayə və rəvayətlər vasitəsi ilə isbat etmək olar. Ağıl və düşüncə . Ağıl və düşüncə vasitəsi ilə insanların peyğəmbərə ehtiyaclı olduqlarını aydınlaşdırmaq sadə bir məsələdir. Əvvəla: İnsan ictimai və cəmiyyətlə birlikdə yaşamağı sevən bir varlıqdır. Eyni zamanda onun tək yaşaması heç bir sağlam ağıl və düzgün məntiqlə uyğun gəlmir. İnsanların bir çox ehtiyacları vardır ki, bu ehtiyacların öhdəsindən tək başına gəlmək qeyri-mümkün bir işdir. Məsələn; insanın yemək, geyim, qarşılıqlı məhəbbət və s.. bu kimi ehtiyacları yalnız qarşılıqlı həmkarlıqla ödənə bilər. Çünki tək yaşayan insan öz yeməyi, geyimi, yaşayış yeri və s.. ehtiyacları tə'min etməkdən acizdir və bütün bu işləri yerinə yetirmək bir insanın bacarığından kənardır. Digər tərəfdən də insan şəhvət qüvvəsinə malik olan bir varlıqdır ki, bu istəyi qanuni yolla sakitləşdirmək, onun cəmiyyət arasında yaşamasını tələb edir. . İkinci: İnsanın ictimai şəkildə yaşamasının lüzumu aydın olduqdan sonra bilməliyik ki, bir sıra həddi-hüdudu olmayan istəklərə malik olan bu varlıq yaşadığı cəmiyyətdə müxtəlif xoşa gəlməz və qeyri-insani olan çirkin işlərə əl ata bilər. Məsələn, şəhvət qüvvəsi, onu başqalarının namusuna təcavüz etməyə, qəzəb qüvvəsi zülmkarlıq və kobudluğa və s.. bu kimi insaniyyətdən kənar olan çirkin işlərə sürükləyə bilər. Beləliklə insanın “cəmiyyətin qanunu” deyilən bir şeyə ehtiyacı vardır ki, onunla cəmiyyətdə yaşayan hər bir insanın hüquqları qorunsun və onların asudə həyat sürməsinə şərait yaransın. Üçüncü: İnsanın ictimai qanuna ehtiyacı olmasının isbatından sonra heç də hər şey həll olmur. Çünki hal-hazırda dünyada saysız-hesabsız qanunlar mövcuddur və bu qanunlar cəmiyyəti düzgün idarə etməkdə öz acizliyini isbat etmişdir. Bu sözün nə dərəcədə doğru olduğunu başa düşmək üçün hal-hazırda dünyada mövcud olan ölkələrin daxili vəziyyətinə nəzər salmaq kifayət edər. Bə'zi ölkələr öz iqtisadi vəziyyətini səhmana sala bilmişlərsə də ictimai və mə'nəvi pozğunluqları aradan qaldırmaqda aciz qalmışlar. Bu da insanın hərtərəfli tanınmaması və bütün proqramların yalnız onun maddi rifahda yaşayışı üçün hazırlanmasından irəli gəlir. Beləliklə insan cəmiyyətinin hər tərəfli ehtiyaclarını nəzərə alan bir qanuna ehtiyacı vardır. Əsasən insan üçün qanun qoyan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1-İnsanın ruh və cismindən tamamilə agah olmalıdır.

2-Qanun tənzimində özünün şəxsi mənfəəti olmamalıdır.

3-İnsanın zahiri görünüşündən əlavə onun batinini də saflaşdırmağa qadir olmalıdır.

4- İnsan öz cəmiyyətini saflaşdırıb, onu bir sıra azğınlıqlardan qorumaq üçün ilahi qanuna ehtiyacı olduğu halda heç cür bu qanunları vasitəsiz olaraq Allahdan ala bilməz və belə bir iş qeyri-mümkündür. Onun həyat proqramının, bütün incəliklərinə tam agah olan vahid Allahdan başqası tənzim edə bilməz və əgər tənzim edərsə, insanın məhvinə gətirib çıxarar. Elə buna görə də Allah ilə bəndələr arasında Allah hökmlərini insanlara çatdırmaq üçün məxsus insanların (peyğəmbərlərin) olması zəruridir. Beləliklə mə'lum olur ki, hər hansı bir insan icması üçün peyğəmbərin gəlməsi zəruridir və bə'zilərinin iddia etdikləri kimi heç də insanlar ilahi peyğəmbərlərdən ehtiyacsız deyildir. Çünki xalqa Allah hökmlərini demədən onları sual-cavaba çəkmək, cəzalandırmaq və əzab göndərmək hikmətsiz bir iş olacaq və bu da Allah-təala haqqında yanlış fikirlərin irəli gəlməsinə səbəb olacaqdır. Allah-təala isə böyük hikmət sahibi olub, mə'nasız və puç işləri yerinə yetirməkdən uzaqdır. Allah-təala bizləri yaratmaqla yanaşı, inkişaf edib sağlam həyat tərzi sürməyimiz, həmçinin əbədi səadətə nail olmaq üçün müəyyən peyğəmbərlər və elçilər göndərmişdir. O, insanları xəlq etdikdən sonra onları öz başına qoymamışdır. Çünki həkim olan bir şəxs bihudə iş görməz. Bu cür işləri fəqət işində qabaqcadan heç bir qəsdi olmayan insanlar edərlər. Allah isə həkimdir. 2: Ayə və rəvayətlər; Peyğəmbərliyin lüzumu haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq: 1-«Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.»(Nəhl.ayə36) 2-«Bütün ümmətlərə peyğəmbərlər göndərmişik.» (Fatir.ayə24) . 3-Nəql olunmuş rəvayətdə bir nəfər imam Sadiq (əleyhis-salam)-dan soruşdu: Zərdüştilər üçün peyğəmbər gəlmişdirmi?.... Çünki mən onların bir növ şəriətə əməl etdiklərini görmüşəm. İmam Sadiq (əleyhis-salam) cavabında buyurdu: İlahi əzabdan qorxutmaq üçün peyğəmbər göndərilməmiş bir ümmət yoxdur. Şübhəsiz zərdüştilər üçün Allah tərəfindən peyğəmbər və kitab göndərilmiş, lakin onlar onu inkar etmişlər. 4-Həzrət Əmirəl Mö'minin Əli (əleyhis-salam) buyurub: «Allah təala peyğəmbərləri məxsus olan vəhy yolu ilə onlara çatdırılan mətləblərlə (hökmlərlə) xalqın inkişafı (və hidayəti) üçün göndərdi. Allah-təala, camaat sonralar üzr gətirib -«bizə bir şey deyən olmadı» sözünü deməsinlər deyə, peyğəmbərləri xalqa höccətin tamamlanması üçün göndərdi. Beləliklə də ilahi peyğəmbərlər xalqı sədaqət dili ilə haqq yoluna də'vət etdilər» PEYĞƏMBƏRLİYİN FƏLSƏFƏSİ Yəqin ki, «peyğəmbərlər nə üçün gəlmişdir?» sualı sizi də maraqlandırır? Qur'ani-kərimin müxtəlif ayələrini gözdən keçirtdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, peyğəmbərlərin gəlişi aşağıdakı işlər və məqsədlər üçündür.

1-Xalqı tovhidə tərəf də'vət və zülmdən çəkindirmək; «Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.» (Nəhl.ayə36)

2-Xalqa hakimiyyət;- «Allah xalq arasında peyğəmbərlərini saleh insanlara müjdə vermək və günahkarları qorxutmaq üçün göndərdi və xalq arasında olan bir sıra ixtilafları həll etsinlər deyə onlara asimani kitab göndərdik» (Bəqərə.ayə213)

3-Xalq arasında ədaləti bərpa etmək; «Şübhəsiz aşkar dəlillərlə peyğəmbərlərimizi göndərik ki, xalq arasında ədaləti bərqərar etsinlər» (Hədid.ayə25.)

4-Xalqın tə'lim tərbiyəsi; «O, (Allah) xalqın içindən bir Peyğəmbər göndərdi ki, onlara ilahi ayələri oxuyub əxlaqlarını saflaşdırsın, Həmçinin onlara elm və Hikmət öyrətsin» (Cümə.ayə2)

Beləliklə ilahi peyğəmbərlərin göndərilməsindən məqsəd, insanları tovhidə də'vət etmək, zülmdən çəkindirmək, xalq arasında dini hakimiyyət yaratmaq, ədaləti bərpa etmək, həmçinin xalqın tə'lim tərbiyəsi və onlara ilahi höccətin tamamlanması olmuşdur. İndi isə ümmətlərin ilahi peyğəmbərlərə münasibəti və onlara qarşı etdikləri rəftarları diqqətinizə çatdırırıq. Qur'ani-kərimin bu mövzuya aid olan ayələrinə nəzər saldıqda ilahi peyğəmbərlərə qarşı olan belə bir rəftarları görmək olar: 1- Məsxərə və istehza: “Hər zaman camatın bir dəstəsi Allah tərəfindən göndərilmiş peyğəmbərlərə istehza ilə yanaşır və haqq sözü qəbul etmək əvəzinə onları məsxərə edirdilər”.(Yasin.ayə30) 2- Təhqir: Xalqın bir dəstəsi ilahi peyğəmərlərin nüfuzunu aradan aparmaq üçün həmişə onları təhqir edirdilər.(Mutəffifin.ayə29-30) 3- İftira: Onlar ilahi peyğəmbərlərdən möcüzə gördükdə onları sehrbaz, ilahi ayələri isə əfsanə adlandırırdılar. (Qəmər.ayə2) 4- Mücadilə:Fitrəti yatmış kafirlər ilahi peyğəmbərləri dinləyib məntiqə uyğun sözlərini qəbul etmək əvəzinə onlarla höccətləşir və araya başqa söz atırdılar. (Rəd.ayə13) 5- Təhdid: Kafirlər günü-gündən ilahi peyğəmbərlərin tərəfdarlarının artmasını görüb onları ilahi təbliğdən ayırmaq üçün öldürmək, daşqalaq, sürgün, və s.. işlərlə hədələyir və onlar öz vəzifəsindən əl çəksin deyə bir çox rüşvət və'dləri verirdilər.(Yasin.ayə18) 6- Kobudluq və qətl: “Kafirlər harda olurlarsa olsunlar onlara zillət damğası vurulubdur, məgər o kəslər amandadırlar ki, onlar Allaha və insanlara pənah gətiriblər .Onlar Allahın qəzəbinə düçar olub miskinliklə damğalanıblar. Bu ona görədir ki, onlar Allahın ayələrini inkar edib nahaq yerə ilahi peyğəmbərləri öldürürdülər”.(Ali İmran.ayə112) Amma Allah-təala da azğın millətlərin bu kobud və yaramaz hərəkətləri qarşısında sükut etməmiş və onları müxtəlif bəlalara düçar etmişdir. Buna misal olaraq həzrət Nuh peyğəmbərin qövmunu tufanda qərq olması və Lut peyğəmbərin qövmunun başına daş yağdırılmasını qeyd etmək olar. Bu yaramaz rəftarların səbəbi onların təkəbbürçülük, inadkarlıq, öz ata-babalarına kor-koranə təqlid etmələri və s... ağılsızlıqlardan ibarət idi. Biz də bu keçmiş millətlərin insanlıqdan uzaq olan rəftarlarına nəzər salıb ibrət dərsi almalı və Nəmrudlar, Fir'onlar, Əbucəhllər, Əbusüfyanlar və başqalarının tutduqları pis yolları bir daha təkrar etməkdən ciddi surətdə çəkinməliyik.

İLAHİ PEYĞƏMBƏRİ TANIMAQ YOLLARI

  Tarix boyu bir sıra insanlar özlərinin ilahi peyğəmbər olması haqda iddialar etmiş və xalqı onlara itaət etməyə çağırmışlar. Onların doğruçu və ya yalançı olmasını ayırd etmək həmişə çətin bir iş olubdur. Elə bu səbəbdən də çoxlu insanlar yalançı peyğəmbərlərə aldanmış və özlərini azğınlıqlara düçar etmişlər. Amma ilahi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmək üçün aşağıdakı yollar qeyd olunmuşdur: 1-Peyğəmbərin rəftarı, həyatda azğın yollara düşməməsi və xalq arasında pis adam kimi tanınmaması; 2-Özündən qabaqkı və sonrakı peyğəmbərlərdən xəbər verməsi; 3-Xalqı, bir olan Allaha itaət edib, günahdan çəkindirmək. 4-Peyğəmbərin gətirdiyi ilahi göstərişlərin sağlam ağıl və düşüncə ilə uyğun gəlməsi; 5-Öz ilahi də'vətini isbat etmək üçün möcüzə gətirməyə qadir olması; Mö'cüzə bir çox qeyri-adi (xariquladə) işlərə deyilir.İlahi peyğəmbərlər özlərinin haqq olduğunu isbat etmək üçün Allah izni ilə möcüzə göstərir. Nəticədə iddia etdikləri peyğəmbərliyin doğru olduğunu çatdırır. Bə'zi şəxslər mö'cüzəni düzgün başa düşməyib onun sehr olduğunu güman edirlər. Əsasən mö'cüzə ilə sehrin (cadunun) bir-biri ilə aşağıdakı fərqləri vardır: 1-Sehr və cadu tə'lim-tərbiyə ilə əldə olunan bir şeydir. Mö'cüzə isə bunun əksinə olaraq yalnız Allahın izni ilə zahir olur. 2-Sehr və cadunu tə'sirdən salmaq mümkündür, mö'cüzəni isə yox. Yə'ni hər hansı bir sehrbaz və ya cadugər başqasının sehr və cadusunu aradan aparıb öz sehri ilə ona qələbə çala bilər, mö'cüzə qarşısında isə heç bir iş görmək mümkün deyildir. Elə buna görə də mö'cüzə sehr və cadunun əksinə olaraq mübarizəyə çağırmaq kimi xüsusiyyətə malikdir. 3-Sehr və cadu əksər hallarda maddi məqsədlər və dünyəvi maraqlar üçün həyata keçirilir, amma mö'cüzə belə deyildir.

NÜBÜVVƏTİN FAYDALARI

   Peyğəmbərliyin fəlsəfəsi bölməsində peyğəmbərlərin nə üçün gəldiklərindən söhbət açdıq. Amma peyğəmbərliyin dünya millətləri üçün bir neçə faydası vardır ki, onları da qeyd etmək yerinə düşərdi. Peyğəmbərin gəlişinin bir neçə faydası vardır və onlardan daha əhəmiyyətlisi: 1-Yatmış fitrətlərin oyanışı; Bə'zi alimlərin dediyinə görə «insan» ərəb sözü olub unutmaq mə'nasını verir və onun kökü «nisyan» yə'ni unutmaq .İnsan həyatda olan bir sıra maddi işlərlə məşğul olaraq Allahı unudur və get-gedə onun ilahi fitrəti günahlar nəticəsində qəflətə düşür. İlahi peyğəmbərlər Allah tərəfindən göndərilərək onların yatmış fitrətlərini oyadır və onların Allaha bağlı olduqlarını xatırladırlar. 2- İnsanların ruhi və əxlaqı baxımdan saflaşması; Bir çox pisxoloqların dediyinə görə, insanların düzgün tərbiyələnib əxlaqının saflaşdırılmasında rol oynayan ən mühüm amil onlara örnək və nümunə olmaqdır. İlahi peyğəmbərlər əxlaqi təkamülə çatmış şəxslər kimi xalq arasında yaşayaraq onlar üçün ən yaxşı bir örnək və nümunə olmuşlar. Qur'ani-kərimə nəzər saldıqda başqalarının deyil, yalnız peyğəmbərlərin daha yaxşı nümunə olmasına tə'kid olunduğunu görürük. Məsələn, Qur'ani-kərimdə Həzrət İbrahim (əleyhis-salam)-dan əlavə islam peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-in də ən yaxşı nümunə olduğuna tə'kid olunur. «Şübhəsiz sizlər üçün Allah elçisi həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm-də ən yaxşı nümunə vardır.» (Əhzab.ayə21) Yə'ni insanlar peyğəmbərlərə baxmaqla öz əxlaq və rəftarlarına düzəliş verər və onları saflaşdıra bilərlər. 3-Xalqlara hər tərəfli rəhbərlik; Cəmiyyətin inkişafı və tərəqqisi üçün dəyərli və həqiqi qanuna ehtiyac olsa da, sədaqətli, agah və mə'sum rəhbərə də ehtiyac duyulur. İlahi peyğəmbərlər də xalqa hərtərəfli rəhbərlik edib onları doğru yola və səadətə yönəldərək bir sıra ictimai azğınlıq, təfriqə və s... kimi nöqsanların qarşısını alır, həmçinin xalq arasında işgüzar və çalışqan hazırlıqları ilə mö'min xalq üçün qənimət sayılırlar .

İSLAM PEYĞƏMBƏRİNİN NÜBÜVVƏTİNİN İSBAT OLUNMASI

   Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm miladi tarixi ilə 570-ci ildə sübh çağı (Cüm'ə günü Rəbiul-əvvəl ayının 17-də) Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açdı. O, gənclik illərində ticarətlə məşğul olur və xalq arasında «Əmin»-doğruçu ləqəbi ilə tanınırdı. O həzrət 25 yaşında «Xədicə» adlı bir qadınla ailə həyatı qurdu və peyğəmbərliyə çatmazdan öncə hər il «hera» dağında yerləşən mağarada ibadətə məşğul olurdu. O Həzrət 40 yaşında peyğəmbərliyə çataraq bütpərəstlik və şirklə mübarizəyə qalxdı. İslam dini o zamanlar bir sıra ərəb ölkələrinə nüfuz edə bilsə də, zaman keçdikcə dünyanın bir çox nöqtələrinə, o cümlədən Avropa, Afrika və Asiya ölkələrinə yayılmağa başladı və hal-hazırda bir milyarddan artıq insan İslam dininin ardıcılı sayılır. Qeyd etdiyimiz kimi, ilahi peyğəmbərləri bir neçə yol ilə tanımaq olar ki, burada o yolları bir-bir sadalayıb həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyini sübuta yetirəcəyik. 1- Peyğəmbərin gözəl rəftarı. Tarix kitablarına nəzər saldıqda, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin xalq arasında «Əmin»-doğruçu bir şəxs kimi tanınması, düzlük və ədalətli olmasına görə bir sıra ixtilaflarda müxtəlif xalq kütlələri tərəfindən hakim seçilməsi, həmçinin gözəl rəftar və əxlaqi səciyyələrə malik olmasını görürük. Hətta o Həzrətin uşaqlıq dövranı da sair uşaqların rəftar və hərəkətləri ilə fərqlənir və ətrafdakıları tə`əccübə gətir. Digər rəvayətə əsasən o həzrət uşaqlıq illərində Bəni-Sə'd qəbiləsi arasında yaşayırdı ki, hicaza gəlmiş xristian alimləri İsa peyğəmbərdən sonra gələcək peyğəmbərin asimani kitablarda qeyd olunmuş bütün əlamətlərini o həzrətdə müşahidə edəndə onu oğurlayıb özüləri ilə həbəşistana aparmaq istədilər. Lakin onlar buna nail ola bilmədilər.(Tarix Təbəri.”2-ci cild) Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm heç vaxt xəyanət etməz və xəyanətkarlığa qarşı ciddi mübarizə aparardı. Nəql olunmuş rəvayətə əsasən müsəlman qoşunları hicrətin 7-ci ilində müsəlmanlara dəfələrlə xəyanət etmiş yəhudilərin Xeybər qalalarını mühasirəyə almış, yəhudilər isə qalaların darvazalarını möhkəm bağlayıb içəridə gizlənmişdilər. Bu mühasirə çox çəkdiyindən müsəlmanların ərzaqı qurtardı və onlar azuqə cəhətindən çətinliyə düşdülər.Xeybər yəhudiləri öz qoyun sürülərini bir çobana tapşırmışdılar. Çoban bir geçə sürünü qalalara gətirdikdə, müsəlman qoşunları və həzrət peyğəmbəri görüb onların yanına gəldi. Bir az söhbətdən sonra həzrət peyğəmbərin həqiqi peyğəmbər olduğunu başa düşən çoban İslam dinini qəbul etdi və qoyun sürüsü barədə o həzrətdən soruşdu. Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm yüzlərcə ac qalmış müsəlman ordusunun qarşısında belə buyurdu:«Bizim dinimizdə əmanətə xəyanət etmək ən böyük günahlardan sayılır. Sən bu qoyun sürüsünü qalaya tərəf aparıb öz sahiblərinə təhvil verməlisən.» Çoban da qoyun sürüsünü Xeybər yəhudilərinə təhvil verərək geri qayıdıb, müsəlman qoşunlarına qovuşdu. Bu isə ağır bir vəziyyətdə həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin doğru və əmanətçi olduğunu göstərən yüzlərlə nümunədən biridir.Bir sözlə deyə bilərik ki, həzrət Peyğəmbərin (s) uşaqlıq illərindən ömrünün sonunadək olan rəftarları o Həzrətin peyğəmbərliyi üçün bir sübutdur.Bu haqda başqa bir rəvayəti də nəql edərək sözümüzü bitiririk. Tarix kitablarında belə yazılır ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin körpə oğlu İbrahim vəfat edən gün günəş tutuldu və şəhər qaranlığa qərq oldu.Müsəlmanlar arasında günəşin İbrahimin vəfatı münasibəti ilə tutulması sözü yayıldı və bu söz dildən dilə gəzdi.Həzrət Peyğəmbər (s) bu sözü eşidən kimi müsəlmanları bir yerə yığıb xalq arasında yayılmış sözü təkzib etdi və günəşin tutulmasının təbii bir hadisə olduğunu vurğuladı.Gördüyünüz kimi, Həzrət Mühəmməd (s) yeni müsəlman olmuş cahil ərəblərin sadəliyindən istifadə etməyib bu xəbəri təkzib etməklə özünün həqiqi peyğəmbər olduğunu sübuta yetirmişdir.Yalandan peyğəmbərlik iddiası edən hər bir şəxs isə xalqın cəhalətindən istifadə edib, öz mə'nafeyi üçün belə bir vəziyyətdən sui-istifadə edərdi. 2- Özündən qabaq gəlmiş peyğəmbərin növbəti peyğəmbərin gəlişindən xəbər verməsi; Bildiyiniz kimi həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmdən öncə gəlmiş ilahi peyğəmbər, Həzrət İsa (əleyhis-salam) olmuşdur. «Məryəm oğlu İsanın Bəni-İsrailə belə dedi: «Ey Bəni-İsrail! Həqiqətən mən sizin üçün Allah elçisiyəm, qarşımda olan Tövratı təsdiq edərək sizə məndən sonra Əhməd adlı bir peyğəmbərin gəlməsini müjdə verirəm. Lakin peyğəmbərimiz (ilahi) ayə və möcüzələrlə xalq üçün gəldikdə belə dedilər: Bu aşkar bir sehrdir.»(Səf.ayə 6) Qeyd etməliyik ki, hazırki «İncildə» Həzrət peyğəmbrimizin adının (Faraqlit sözünün) olmasına baxmayaraq, məsihi alimləri bu sözü ayrı mə'naya təfsir edirlər.Amma əldə olan mə'lumatlara əsasən, əvvəllər «Faraqlit» sözü Əhməd mə'nası ilə izah edilmişdir. Həmçinin İslam alimləri təkcə İncildən deyil, həm də Tövratda olan həzrət Mühəmmədə (s) aid bir çox müjdələri tapıb bu haqda ayrıca kitablar yazmışlar. 3-Xalqı bir olan Allahın itaətinə də'vət edib, günahdan çəkindirməsi;  

  [Məqalələr] | Oxunub: 787 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 2
Qonaqlar: 2
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz