Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyun » 10 » MEYYITƏ TƏLQIN VERMƏK VACIBDIRMI?
MEYYITƏ TƏLQIN VERMƏK VACIBDIRMI?
17:36



   Bağışlayan və mehriban Allahın adı ilə
“Həqiqət budur ki, kafirlərə heç fərq etməz, istər onları ilahi cəzdan qorxudasan ya qorxutmayasan iman gətirməyəcəklər. Allah onların ürəklərinə və qulaqlarına möhür vurmuşdur. Onların gözlərində də pərdə vardır. Qiyamətdə ən böyük əzab onlara məxsusdur” (Bəqərə ayə 6-7)


  Ruh “Bərzəx aləminə” daxil olduğu ilk andan tanımadığı bir fəza ilə üzləşir. Amma ruh düşdüyü bu yeni aləmdən xəbərsizdir. Gələcəkdə onunla necə rəftar olunacağını bilmir vəhşət və heyrət içində donub qalır. Bu vəhşət azmış, iki mələk də ondan imtahan almağa gəlir. Dünya həyatından ayrılıb yeni qorxunc bir aləmlə üzləşdiyindən əqidəsini təkrarlayıb sabitliyini bərpa etməyə möhtac olduğu üçün kömək diləyir. Meyyit elə iztiraba qatılır ki, hətta öz adı yadından çıxır. Bu səbəbdən meyyitin iztirablarını azaldıb aram olmağa kömək məqsədilə mustəhəbdir ona əqdəsi təlqin olunsun. Əslində bu təlqin dünya həyatında qəbul etdiyi əqidələri onun yadına salmaq deməkdir. Ruhun bu çətin vəziyyətində ona verilən təzəkkürlərin çox böyük faydası vardır. Ruhun maddi bədənlə əlaqəsi olduğundan qəbir evinə daxil olanda bu rabitə daha da şiddətlidir. Deməli meyyitə təlqin zamanı bədənini şiddətlə tərpədib adını çəkmək onun diqqətinin cəmləşməsinə səbəb olur. 
Diqqət: Ölüm fani və heç olmaq deyil. Ölüm dünya həyatından ikinci bir aləmə köç etməkdir. Deməli ölməklə insanın inkinci bir aləmdə yəni bərzəx aləmindəki həyatı başlanır.
Qurani-kərimdə deyilir:“Şübhəsiz ki, sən sözlərini ölülərə eşitdirə bilməzsən və arxa çevirib gedən karlara çağırışını eşitdirə bilməzsən!”(Nəml 80)

ƏGƏR ÖLÜ EŞITMIRSƏ ONDA ONA TƏLQIN VERMƏYIN NƏ FAYDASI?
    Bu suala cavab vermək üçün əvvəlcə bir neçə məsələni aydınlaşdırmaq lazımdır:
1.Ölüm fani olmaq deyil. Bütün ilahi dinlər ölümü insanın həyatının sonu və “fani olmaq” mənasında olmadığını qəbul edirlər. Məada etiqad dinin zəruri məsələlərindəndir. Qurani-kərimin çoxsaylı ayələrində buna işarə olunur. Isalm etiqadlarına görə ölüm insanın bir aləmdən digər bir aləmə köç etməsidir. Ikinci aləmdə insanın həyatı digər bir şəkildə Qiyamətin gününə qədər davam edəcək. Buna görə də Qurani-kərimdə ölüm haqqında xəbər veriləndə “təvəffa” kəliməsi ilə ona işarə olunur. 
 “Ey Peyğəmbər! Onlara de: "Sizə vəkkil olan ölüm mələyi ruhunuzu alacaq və sonra Rəbbinizin hüzuruna qaytarılacaqsınız” (Səcdə 11) 
Ayədə “təvəffa” kəliməsi fani və heç olmaq mənasında deyil. Əslində kamil surətdə əhatəyə almaq mənasında işlənir. Deməli Qurani-kərimin buyurduğuna əsasən ölüm mələyi insanı bütün həqiqəti ilə (həm materiya cəhətdən ki, cismi ola və həm də materya olmayıb amma insanın həqiqət aləmini təşkil edən ruhunu) bir yerdə əxz edib bu aləmdən digər bir aləmə nəql edir. Buradan məlum olur ki, insanın həqiqət aləmini təşkil edən onun ruhudur. Çünki insanın bədənini nəql etmirlər. Bədən bu dunyada qalıb yavaş-yavaş çürüyüb dağılır. Amma onun həqiqətini təşkil edən ruhu Qiyamətin gününə qədər ikinci aləmdə yəni Qurani-kərimin adını çəkdiyi bərzəx aləmində həyatını davam etdirir. Ölümlə Qiyamətin günü arasında olan fasiləyə Bərzəx deyilir.
 “Onları ölümdən sonra bərzəx aləmi gözləyir ki, qiyamətin gününə qədər orada qalacaqlar”.(Muminin ayə 100)
 Ölümün fani olmayıb ruhun insan varlığının həqiqətini təşkil etdiyini və ölümdən sonra bərzəx aləmində həyatın davam etdiyini dərk edəndən sonra belə bir sual meydana çıxır: Ölülərlə danışmaq olarmı? Qlülər bizim səsimizi eşidirlərmi? Çoxlu sayda ayələr və Peyğəmbərdən nəql olunmuş hədislər bunun həqiqət olduğunu təsdiqləyir.
ÖLÜLƏR ILƏ DANIŞMAĞIN MÜMKÜNLÜYÜNÜ SUBUT EDƏN AYƏLƏR:
1. “Buna görə də onları dəhşətli bir zəlzələ bürüdü və onlar evlərində sinələri üstə düşüb həlak oldular. Saleh onlardan üz döndərib dedi: "Ey camaat! Mən sizə Rəbbimin risalətini təbliğ etdim və sizə nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz!" (Ə`əraf ayə 78-79)
Həzrət Salehin (ə) qövmu ona qulaq asmayıb Allah Peyğəmbərinin gətirdiyi möcüzəni (Salehin dəvəsini) kəsdilər. Baxmayaraq ki, Saleh (ə) onlara bunu etməməyi tapşırmışdı, amma onlar Allahın əmrinə qarşı asi oldular. Ona görə də ilahi əzaba düçar olub həlak oldular. Ayədən məlum olur ki, onlar həlak olandan sonar Saleh (e) onları onun nəsihətlərinə qulaq asmadıqlarına görə həlak olduqları üçün məzəmmət edib. Əgər biz ölünün eşitmədiyini iddia etsək onda həlak olmuş qövmə xitabın bihudə olduğu üçün gərək Allah Salehi (ə) məzəmmət edəydi ki, sən niyə ölülərlə danışırsan?
2. “Elə bu zaman onları dəhşətli bir zəlzələ bürüdü və onlar öz evlərində sinələri üstə düşüb həlak oldular. Şüeybi təkzib edib yalançı adlandıranlar və nəticədə həlak oldular. Elə bil heç vaxt o evlərdə olmamışdılar. Şüeybi təkzib edənlər özləri ziyana uğrayanlar oldular. Şüeyb onlardan üz döndərib dedi: "Ey mənim qövmüm! Mən sizə Rəbbimin risalətini təbliğ etdim və nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə qəmgin olum?" (Ə`əraf ayə 91-93)
  Yenə də əvvəlki ayələrdə olduğu kimi həzrət Şuəyb peyğəmbərin qövmü onun nəsihətlərinə qulaq asmadıqları üçün Allah-təala onları həlak etdi. Onlar həlak olandan sonar Şuəyb onların ölmüş bədənlərinə xitab edərək onları inadkarlıqlarından ilahi əzaba qurban olduqlarına görə məzəmmət edir. Əgər ölülər eşitmirlər bəs onda Şuəybin bu məzəmməti bihudə bir iş sayılmaldır. Amma bizim əqidəmiz bunun əksinədir.
3. “ Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: "Biz onlar üçün Rəhmandan başqa ibadət olunacaq tanrılar qərar verdikmi?!" 
Ayədə İslam peyğəmbərinə əmr olunur ki, əvvəki peyğəmbərlərdən sual etsin. Ayənin hökmündən məlum olur ki, Rəsulullah (s) digər bir aləmdə olan qabaqkı peyğəmbərlər ilə danışmağa qadir olub. Əgər bu mümkün deyildi bəs onda Allah-tale nəyə görə Rəsulullaha onlardan soruşmağı əmr edir?
Indi də bəhs etdiyimiz mövzuya dair müddəamızı daha da möhkəmlətmək üçün hədislərdən bir neçə misallar gətirək:
1. “Bədr muharibəsi muşriklərdən yetmiş nəfərin ölümü ilə başa çatdı. Rəsulullah (s) muşriklərin cəsədlərinin oradakı quyuya atılması haqda göstəriş verdi. Sonra Rəsulullah (s) quyudakı muşriklərin cəsədlərini bir-bir adları ilə səsləyib dedi: Pəvərdigarınızın sizə verdiyi vədələrinin haqq olduğunu gördünüzmü? Mən pərvərdigarımın mənə verdiyi vədənin haqq olduğunu gördüm. Bu vaxt səhabələrdən bəziləri Rəsulullaha dedilər: Ya Rəsuləllah siz ölülərlə danışırsınız? Rəsulullah (s) buyurdu: Siz onlardan yaxşı eşitmirsiniz, onlar eşidirlər, lakin cavab verməyə qüdrətləri yoxdur.”(şiə mənbəyi: Biharul-ənvar 19/346 və s…., sünnü mənbəyi: Səhih Buxari 5/77, Səhih Muslim 4/77 və s… )
2. “Rəsulullah (s) ömrünün axırlarında bir dəfə gecə yarısı səhabələrindən bir neçəsi ilə Bəqi qəbristanlığa tərəf getdilər. Bəqi qəbristanlığına daxil olanda Rəsulullah (s) orada uyuyanlara belə xitab etdi: Allahın salamı olsun sizə ey iman əhlı! Siz bizdən qabağa düşdünüz və biz də inşaallah tezliklə sizə birləşəcəyik”. (şiə mənbəyi: İrşade Mufid səh 95, sünni mənbəyi: Sirə İbn Hişam 2/242, Təbəqatu ibn Sə`d 2/204 və s… )
3. Meyyit hətta təşiyyə cənazədə iştirak edənlərin ayaq səslərini eşidir: “Bəndənin cənazəsi qəbirdə qoyulub camaat oradan uzaqlaşanda meyyit onların ayaq tappıltısını eşitdiyi bir zamanda iki mələk onun yanına gəlir….” (Səhih Buxari 2/100) 
4. Ölü salamı eşidib cavabını da qaytarır: “İnsan tanıdığı din qardaşının qəbrinin yanından keçəndə ona salam verəndə mömin qardaşı da onu tanıyıb salamının cavabını qaytarır. Əgər tanımadığı qəbrin yanından keçəndə ona salam versə ölü də onun salamının cavabını qaytaracaq ”(Kənzul-ummal 15/646, İhyaul-ulum 4/474, əl-Fiqh əla məzahibul-ərbəə 1/387) 
Bu hədislər meyyitin eşitdiyinə və hətta cavab verməyə qadir olduğuna dəlalət edir. Əlbəttə bu dünyada ömrünü əyyaşlıqda puç edib günahlara qərq olmuş insanlar bərzəxdə əzab içində olduqlarından onlar üçün edilən duanın heç bir faydası yoxdur. Edilən dualar nəticəsində Allahın rəhmətinə qovuşmaq üçün öncə bu dünyada layiqli həyat yolunu seçmək lazımdır. Dahi bir alimin layiqli və ölməz bir nəsihətini həmişəlik yadda saxlamaq lazımdır:-“Behişti əməlin dəyərinə görə verərlər, Behişti bəhanəyə görə verməzlər”
Yenə də camaat arasında elə insanlar tapılır ki, özlərini aldadıb xam xəyallarla yaşamaqda davam edirlər, başqalarını da inandırmağa çalışırlar ki, guya Allah dərgahında onlar əziz insanlardırlar. Çünki onlar güman edirlər ki, həccə gediblər(hətta bəziləri bir neçə dəfə həccə getməyi ilə fəxr edir). Yerli-yersiz Allah, Allah deməklə özlərini Allahın əziz bəndələri olduqlarını sanırlar. Məxsusən rüşvətalıb başqalarına zülm etməkdən həzz alan dövlət məmurları və ya televizorda gündə yeni-yeni əyyaşlıq proqramları ilə çıxış edən mutriblər. Bəli heç bir şübhə yoxdur ki, Allah-təala verdiyi vədəsinə xilaf çıxmaz:
 “Hər kim dünyada zərrə qədər xeyir bir iş görsə, onu əvəzini görəcəkdir (mükafatını alacaqdır) və hər kim də zərrə qədər pis iş görmsə, onu cəzasını görəcəkdir” (Zəlzələ ayə. 7-8)
ƏGƏR ÖLÜ EŞITMIRSƏ ONDA ONA TƏLQIN VERMƏYIN NƏ FAYDASI?
 “Şübhəsiz ki, sən sözlərini ölülərə eşitdirə bilməzsən və arxa çevirib gedən karlara çağırışını eşitdirə bilməzsən!”(Nəml ayə 80)
   İndi isə bu ayənin muqabilində yaranmış suala cavab verməyin vaxtı çatmışdır: Qurani-kərimdə tə`kid olunan məsələlərdən biri failiyyətdə tovhidə qail olmaqdır. Yəni Allah-təalanın failiyyətdə heç bir şəriki yoxdur. Allah bütün əmməlləri əncam verməyə qadir və hər hansı bir əməli feliyyətə çatdırmaqda heç kimə ehtiyacı yoxdur. Allah-təalanın öz iradəsini feliyyətə çatdırması üçün bircə dəfə “Kun”(yəni “ol”)deməsi kifayətdir ki, iradə etdiyi şey vücuda gəlsin. Gördüyümüz bütün varlıq aləmində mövcud olan nizam intizamın hamısı illət və məlul, cəbəb və musəbbəb prinsipinə əsaslanmasına baxmayaraq hamısı Allah-təalanın felləridir (əməlləridir) və onun iradəsindən qaynaqlanır. Bütün varlıqlar var olmaqda (vucuda yetişməkdə) müstəqil olmadıqlarından var olmaqda Allahın iradəsinə və qüdrətinə bağlıdırlar. Hətta illət və səbəb kimi çıxış edib təsir göstərməkdə də müstəqil deyillər. Onların hamısı fail olub təsir etməkdə Allahdan asılıdırlar. Yalnız Allah-təala öz fellərində heç kimə möhtac deyil. Fellər haqqında ayələr iki qismə bölünürlər. Ayələrin bir qismi bütün fellərin yalnız Allaha mənsub olduğunu bildirir, ikinci qismi isə həmin felləri Allahdan başqalarına nisbət verir. Elə buna görə də ilk baxışdan ayələrin biri digəri ilə təzad təşkil etdiyi məlum olur. Amma burada heç bir təzad yoxdur. Çünki birinci qismi təşkil edən ayələr mustəqil və heç bir şeyə istinad etmədən vücuda gəlməsi fərz olunan fellərin yalnız Allaha məxsus olduğunu isbat edir. Amma eyni ilə həmin f`el Allahaın iradəsinə istinad verilirsə başqası tərəfindən də vucuda gələ bilər. İnsanların hidayət olunması bir fe`ldir ki, bu barədə iki cür ayə nazl olub. 
Birinci qism: Hidayət yalnız Allaha məxsusdur: “Ey Peyğəmbər! İnsanları haqqa tətəf hidayət etmək sənin işin deyil. Allah kimi istəsə, haqqa tərəf hidayət edər”(Bəqərə ayə 272)
 Ayə Rəsulullahın (s) müstəqil şəkildə hidayət etməyə qadir olduğunu inkar edir. Yəni ey Peyğəmbər sən Allahın qüdrətinə təkyə etmədən insanları hidayət etməyə qadir deyilsən. Yalnız Allahın istəyi və köməyi ilə hidayət mümkündür.  
İkinci qism:
Hidayət Allahdan qeyrisinə nisbət verilir: “Həqiqətən Sən düz yola hidayət edənsən”(Şura ayə 52) 
Burada Allahın qüdrətinə təkyə edib ondan kömək almaqla hidayətin digər insanlar tərəfindən mümkünlüyü isbat olunur. Yəni ey Peyğəmbər sən Allahın qüdrətinə və iradəsinə arxalanıb insanları hidayət edərsən.Yəni müstəqil surətdə hidayətə qadir yalnız Allahadır, amma peyğəmbərlər də ilahi qüdrətin köməyi ilə hidayət etməyə qadirdirlər. Hər iki məsələ yəni əsl hidayətin Allaha məxsus olması və başqalarının da hidayət etməyə qadir olması bu ayədə əksini tapır. 
“Biz onlardan (Bəni İsraildən) bəzilərini çətinliklərin muqabilində səbr etdiklərinə görə insanları hidayət edən rəhbərlər qərar verdik” (Səcdə ayə 24)
“Ey Peyğəmbər! İnsanları haqqa tətəf hidayət etmək sənin işin deyil. Allah kimi istəsə, haqqa tərəf hidayət edər”(Bəqərə ayə 272) 
Ayə əslində söhbət kafirlərin hidayətindən bəhs edir. Burada kafirlər ölülərə və karlara təşbih olunub. Kafirlərə haqqı eşitdirmək ölülərlə danışmağa bənzəyir. İnsan öləndən sonar ona eşitdirmək mümkun olmadığı kimi kafirin də eşidən qulağı yoxdur. Baxmayaraq diridir, amma əslində o ölüdür və hdayət ola bilməz.Yəni ey Peyğəmbər sən ölülərə eşitdirə bilmədiyin kimi (onlarla mustəqil danışıb sözünü eşitdirə bilməzsən) bu kafirlər də ölü kimi bir şeydirlər və sən onları hidayət etməyə qadir deyilsən. Bu ayə failiyyətdə tovhidin əsl nümunəsidir. Məqsəd bütün fellərdə o cümlədən hidayət məsələsində Allahdan qeyrilərinin müstəqil qüdrətiə malik olduqılarının inkarıdır. Məqsəd bu deyil ki, ölülər səni eşitməyəcəklər hətta əgər Allah bu eşitdirməyi iradə edə. Bundan qabaq gətirdiyimiz ayələr və hədislər ölülərlə danışmağın mümkünlüyünü subut etdi. Məlum oldu ki, ölülər dünya əhlini eşidirlər, hətta bəzən də cavab da qaytarırlar. Hər iki qismdən olan ayələri mutaliə edəndə məlum olur ki, adi şəraitdə və Allahın iradəsindən kənarda heç kəs ölülərə səsini eşitdfirməyə qadir deyil. Allahın iradəsi və qüdrəti ilə bu iş mümkündür. 
Amma meyyitə təlqinin verilməsi fəqət şiə məzhəbinə məxsus olmayıb. Əhli sünnət alimləri də hədis və fiqh kitablarında təlqini mustəhəb bir əməl kimi zikr ediblər. Misal üçün “əl-Fiqh əla məzahibil-ərbəə” kitabında əhli sünnətin dörd məzhəbinin imamları bu haqda deyiblər. “Meyyiti dəfn edib qəbrinin üstünü hamarlayandan sonar ona bu cür təlqin olunsun…. Təlqin verən meyyitin adını və anasının adını deməlidir. Əgər meyyitin anasının adını bilməsə onda Həvvanın adını çəksin. Sonra ona xitab edib desin….”


              Hacı Elman İbadov                      kerrar@mail.ru


  [Məqalələr] | Oxunub: 1531 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz