Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyun » 4 » QURBA KIMDIR?
QURBA KIMDIR?
16:12

                                  AGAH OLUN!

 ALI MUHƏMMƏDIN SEVƏN CƏNNƏT VƏ ALI MUHƏMMƏDDƏN UZAQ OLAN CƏHƏNNƏM ƏHLIDIR.
           Bağışlayan və mehriban Allahın adı ilə

Rəsulullah (s) 13 il Məkkədə muşriklərin təzyiq və təhqirlərinə dözərək İlahi risaləti yerinə yetirdi. Həzrətin (s) əmisi Əbu Talibin vəfatından sonra artıq Məkkədə qalmaq dözülməz olmuşdu. Allah-təalanın əmri ilə Mədinəyə hicrət etməyə məcbur oldu. Peyğəmbər Mədinəyə varid olandan sonra muhacirlərin (Məkkədən Mədinəyə hicrət etmiş musəlmanlara muhacir deyilir) və ənsarın (Mədinə əhlindən islamı qəbul edib Rəsulullahın mudafiəsinə qalxan musəlmanlara deyilir) köməyi ilə İslamın əsasalarını möhkəmləndirməyə nail oldu. Rəsulullahın (s) zəhmətini dərk edib artıq İslami əxlaqlardan bəhrələnmiş musəlmanlar Onun çəkdiyi zəhmətləri qiymətləndirmək fikrinə düşdülər. Onlar Rəsulullahın (s) yanına gəlib dedilər: Ya Rəsuləllah (s) Sən bizimlə çox böyük zəhmət çəkdin. Bizi şirk və cahiliyyət bataqlığından xilas etdin. Bizi gözəl islami əxlaqla zinətləndirdin. İndi istəyirik bu zəhmətlərin muqabilində Sənə təşəkkur edək. Əgər maddi çətinlik yaranarsa bütün malımız Sənin ixtiyarındadır. Ayə nazil oldu: Peyğəmbər! Onlara de: "Mən sizdən risaləti təbliğ etməyimin müqabilində heç bir əcr istəmirəm və yalnız əqrəbalarımı (əhli-beytə sevgidən) sevməyinizi istəyirəm. Hər kəs bir yaxşı iş görərsə, onun yaxşılığının əcrini artırarıq! Həqiqətən, Allah bağışlayandır və yaxşı əməlin muqabilində təşəkkur edəndir! (Şura, ayə 23) 
Rəsulullah ayəni onlar üçün tilavət edəndən sonra buyurdu: “Məndən sonra yaxınlarımı sevin və onları əzizləyin”. Möminlər razı və bu sifarişə təslim olan halda Rəsulullahın (s) yanından çıxdılar. Amma munafiqlər dedilər: Peyğəmbər Allahın adından yalan danışır çünki özündən sonra bizi əqrabalarının yanında zəlil etmək istəyir. Munafiqlərin fitnələrinin qabağını almaq üçün Allah-təala onların dediklərini Rəsulullaha (s) çatdırdı: Onlar deyirlər: "Muhəmməd Allahin adından yalan deyir!" Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə). Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir”. (Şura, ayə 24)
Rəsulullah (s) munafiqləri yanına çağırıb ayəni onlar üçün oxudu. Onaların bəziləri peşiman oldular və tövbə edib ağladılar. Əhli beyti sevmək Allah-təala tərəfindən Rəsulullahın risalət yolunda çəkdiyi zəhmətin mukafatı idi. Çünki Şura surəsinin 13-cü ayəsində Allah-təala dinin əhkamlarının yalnız onun tərəfindən təşri` olduğunu göstərir. Çünki qanuvericilik yalnız Allaha məxsusdur. Allahın izni olmadan hər bir hökm bidət və batil sayılır. Hətta həmin hökmü Rəsulullah (s) vermiş ola. Belə olan surətdə Rəsulullah öz başına Əhli-beytə qarşı məhəbbət və sevgi bəsləməyi ümmətə vacib edə bilməzdi. Üçüncü ayə nazil oldu: “O Allah bəndələrindən tovbəni qəbul edir” (Tövbə, ayə 104) Həzrət Peyğəmbər də onlara tövbələrinin qəbul olması haqda müjdə xəbəri verdi. 
Peyğəmbər Əhli-beytini sevmək əslində məsum imamların vilayətini qəbul edib Peyğəmbər risalətinin davam etməsinə təkan vermək deməkdir. Çünki bu məsələ İlahi vilayətin davamıdır. Bütün bunların faydası insanların özlərinə qayıdır. Ayənin təfsirində dörd rəy mövcuddur:
1) “Zəvil-qurba” Rəsulullahın yaxınlarıdır. Onları sevmək mə`sum imamların rəhbərliyini qəbul edib onlara itaət göstərməkdir. Risalət fəlsəfəsinin davamlı olması bununla mumkündür. İslamın ilkin dövrlərində yaşamış təfsir alimləri bu mənanı qəbul etmişlər. Şiə və sünnü mənbələrində bu mənanı təyid edən çoxlu rəvayətlər mövcuddur.
2) “Risalətin əcri və mukafatı sizi Allaha yaxınlaşdıran əməllərdir”. Bəzi Əhli sünnət alimləri ayəni bu cür təfsir etməyə çalışıblar ki, ərəb dilində ibtidai savadı olan adam bu mənanın nə qədər qəribə olduğunu dərk edir. Çünki ayənin mənası bu cür olacaq: “Sizdən Allaha itaət etməyinizi istəyirəm” Əslində bu məna çox gülməli alınır. Çünki əcr verməyə hazır olduqlarını elan edənlərin hamısı Allaha itaət edib Ona yaxın olmağa can atanlar idilər. 
3) “Qohumlarınızı risalətin mukafat olaraq sevin”. İnsanın öz qohumlarını sevməsi ilə risalətin mukafatı arasında heç bir əlaqə yoxdur. Çünki bununla Peyğəmbərə heç bir xidmət göstərmiş olmur. 
4) “Mənim mukafatım budur ki, mənimlə sizin aranızda olan qohumluq haqqımı riayət edin. Mən sizin əksər qəbilələrinizlə qohumluq əlaqəm var və məni incitməyin. Çünki Rəsulullah (s) Qureyş qəbilələri ilə nəsəb cəhətdən qohum idi. Digər tərəfdən evlənməklə muxtəlif tayfalarla daha geniş qohumluq əlaqəsi yaratmışdı. Anası Mədinəli olduğu üçün çoxlu Mədinə əhli ilə qohum idi. Bu ən pis və yabançı izahatlardır ki, ayəni təfsir etməyə çalışıblar. Bununla da bəzi təfsirçilər səhvə mubtəla olub və nəticədə ayənin mənasını məsx ediblər. 
Ayədə o kəslərdən əcr tələb olunur ki, onlar Rəsulullahın (s) risalətini qəbul ediblər. Çünki risaləti qəbul etdikdən sonra möminlər Peyğəmbərə (s) Allah tərəfindən göndərilmiş ilahi səfir kimi ehtiram edirlər. Daha qohumluq əlaqəsinə görə ehtiram etməyə yer qalmır. Çünki İlahi risalətə görə ehtiram hər şeyin fövqündə durur. Ayəni yaxşı dərk etmək üçün Quranın digər ayələrinə muraciət edək: “Peyğəmbər!Onlara de: "Mən risalətin təbliğinə görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən çətinlik icad edənlərdən deyiləm” (Sad, ayə 86)
“Sən risalətin təbliğı üçün onlardan heç bir mükafat istəmirsən. Dediklərin yalnız aləmlərə təzəkkürdür" (Yusuf, ayə 104)
Peyğəmbər onlara de: "Mən sizdən risaləti təbliğ etdiyimə görə heç bir muzd istəmirəm, yalnız Rəbbinə tərəf yol axtaran insanlardan istəyirəm. (Furqan, ayə 57)
 “Peyğəmbər! Onlara de: "Mənim sizdən istədiyim əcr (muzd) yalnız sizin xeyriniz üçündür. Amma Mənim əcrimi Allahın verəcəkdir. O, hər şeyə şahiddir!"(Səbə`, ayə 47)
Ayələri diqqətlə muqayisə edəndə görürük ki, birinci və ikinci ayədə tam surətdə əcrdən imtina edir. Üçüncü ayədə əcrini yalnız Allah yolunun yolçularından istədiyini bildirir. Axırıncı ayədə Rəsulullah (s) istədiyi əcrin yalnız möminlərin özlərinə faydalı olduğunu bildirir. Nəticədə məlum olur ki, “Şura” surəsinin 23-cü ayəsində möminlərdən Əhli beytinə qarşı tələb etdiyi məhəbbət əslində möminləri Allaha yaxınlaşdıran vasitədir. "Mənim sizdən istədiyim əcr (muzd) yalnız sizin xeyriniz üçündür. (Səbə`, ayə 47) Deməli ayədə Rəsulullahın Əhli beytinə qarşı bizdən məhəbbət və sevgi bəsləməyimizi tələb etməsi əslində bizim kailliyə doğru daha bir addım atmağımızdır. Bir qədər sonra məlum olacaq ki, həmin addım Allaha olan imanımızn əsasını təşkil edir ki, onsuz heç kəsə nicat yoxdur.
Qurani-kərimdə “Qurba” kəliməsi 15 dəfə təkrar olub və onların hamısı yaxın qohumlar mənasında işlənib. Təəccüblü budur ki, niyə bəziləri məhz bu ayədə (Şura, ayə 23) “Qurba” kəliməsini başqa mənalara həml etməyə çalışıblar? Belə güman edrəm onlar sələflərindən ibrət alaraq Allahın qəzəbinə razı olub Peyğəmbər Əhli beytinə qarşı ədavəti gizlədə bilməyiblər.
HƏDISLƏRƏ MURACIƏT:
1) Əhməd ibn Hənbəl Səid ibn Cubeyrdən nəql edib: "Mən sizdən risaləti təbliğ etməyimin müqabilində heç bir əcr istəmirəm və yalnız əqrəbalarımı (əhli-beytə sevgidən) sevməyinizi istəyirəm” ayəsi nazil nazil olandan sonra əshab Rəsulullahdan (s) soruşdu; Ya Rəsuləllah! Allahın bizə sevməyi vacib etdiyi əqrəbaların kimlərdir? Rəsulullah (s) buyurdu: Əli, Fatimə və onların iki oğlu”
1141 ......لما نزلت قل لا اسألكم عليه اجرا الا المودة في القربى قالوا : يا رسول الله من قرابتنا هؤلاء الذين وجبت علينا مودتهم قال علي وفاطمة وابناها عليهم السلام (Fəzailul-səhabə, 2/669) 
2) Hakim Nişaburi İmam Huseyn (ə)-dan nəql edib:
وأنا ابن الداعي إلى الله بإذنه ، وأنا ابن السراج المنير ، وأنا من أهل البيت الذي كان جبريل ينزل إلينا ويصعد من عندنا ، وأنا من أهل البيت الذي أذهب الله عنهم الرجس (2) وطهرهم تطهيرا ، وأنا من أهل البيت الذي افترض الله مودتهم على كل مسلم فقال تبارك وتعالى لنبيه صلى الله عليه وسلم : ( قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ومن يقترف حسنة نزد له فيها حسنا (3) ) فاقتراف الحسنة مودتنا أهل البيت »( Mustədrək 11/114) 
“Mənəm Allahın izni ilə haqqa tərəf dəvət edən, mənəm hidayət çırağının oğlu, mən o əhli-beytdənəm ki, Cəbrayıl bizə nazil olardı və bizdən göylərə qalxardı, mən o Əhli-beytdənəm ki, Allah onlardan bütün çirkinlikləri təmizləyərək onları pak edib, mən o Əhli-beytdənəm ki, Allah-təala onları sevməyi bütün musəlmanlara vacib edədərək deyib: Peyğəmbər! Onlara de: "Mən risaləti təbliğ etməyimin müqabilində sizdən heç bir əcr istəmirəm və yalnız əqrəbalarımı (əhli-beytə sevgidən) sevməyinizi istəyirəm. Hər kəs bir yaxşı iş görərsə, onun yaxşılığının əcrini artırarıq! Yaxşı əməllərin artırılması yalnız əhli-beytin məhəbbəti ilə mumkundür.”
3) Syuti təfsirində İbn Əbbasdan nəql edib: “Mənim Əhli-beytimi sevməklə haqqımı hifz edin. Onları mənə görə sevin”.
من طريق مجاهد ، عن ابن عباس رضي الله عنهما قال : قال رسول الله صلى الله عليه وسلم « { لا أسألكم عليه أجراً إلا المودة في القربى } » أن تحفظوني في أهل بيتي وتودّوهم بي » (əl-Durrul-mənsur, 9/66).
4) Təbəri təfsirində (21/528) Səid ibn Cubeyrdən nəql edib: “Onlar Rəsulullahın (s) əqrəbalarıdırlar” 
 عن سعيد بن جُبير، في قوله:( قُلْ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلا الْمَوَدَّةَ فِي الْقُرْبَى ) قال: هي قُربى رسول الله صَلَّى الله عَلَيْهِ وَسَلَّم.
5) Təbərsi “Məcməul-bəyan” kitabında (9/42) Həskani “Şəvahidul-tənzil” kitabında (10/4) nəql ediblər: Rəsulullah (s) buyurdu: “Allah-təala bütün peyğəmbərləri muxtəlif şəcərədən xəlq edib, Məni və Əlini bir ağacdan xəlq edib. Bu ağacın kökü mənəm Əli onun budağıdır, Fatimə bu ağacın bar verməsinə səbəbkardır. Həsən və Hüseyn bu ağacın meyvələridir. Bizim şiələrimiz bu ağacın yarpaqlarıdır. ........Əgər bir kəs Səfa və Mərvə arasında Allaha min il ibadət edə, sonra yenə min il ibadət edə daha sonra min il ibadət edə həta su məşki tək köhənələ, amma qəlbində bizim məhəbbətimiz olmaya Allah onu üzü üstə cəhənnəmə atar”. Sonra Rəsulullah (s) bu ayəni tilavət etdi: Peyğəmbər! Onlara de: "Mən sizdən risaləti təbliğ etməyimin müqabilində heç bir əcr istəmirəm və yalnız əqrəbalarımı (əhli-beytə sevgidən) sevməyinizi istəyirəm.(Şura, ayə 23)
: قال رسول اللّه (ص ): ((ان اللّه خلق الانبياء من اشجار شتى , وخلقت انا وعلي من شجرة واحدة , فانا اصلها, وعلي فرعها, وفاطمة لقاحها(63), والحسن والحسين ثمارها, واشياعنااوراقها, فمن تعلق بغصن من اغصانها نجا, ومن زاغ عنها هوى , ولو ان عبدا عبداللّه بين الصفا والمروة الف عام , ثم الف عام , ثم الف عام , حتى يصير كالشن البالي , ثم لم يدرك محبتنا كبه اللّه على منخريه في النار, - ثم تلا -: (قل لا اسالكم عليه اجرا الا المودة في القربى ))).
وروى زاذان عن علي (ع ) قال : فينا في آل حم آية , لا يحفظ مودتنا الا كل مؤمن . ثم قراهذه الاية .
Bu hədis o qədər məşhur olmuşdu ki, Kumeyt bunu şerə çəkmişdi: “Biz Ali Ha Mim haqqında Quranda bir ayə gördük təqiyyə edənlər onu təvil edib gizlədirdi, amma aşikar edənlər onu aşikar edirdilər” 
6) Syuti (əl-Durrul-mənsur, 9/66) təfsirində nəql edib: “Kərbəla faciəsindən sonra Əli ibn Huseyni Dəməşqin davazası qabağında əsir kimi saxlamışdılar.
Şam əhlindən bir nəfər ona dedi: Allaha şükr ki, sizi öldürüb kökünüzü kəsdi.
Əli ibn Huseyn dedi: Sən Quran oxuyursan? 
Şamlı dedi: Bəli. 
Əli ibn Huseyn dedi: Ali Ha Mim surəsini oxumusan? 
Şamlı dedi: Xeyir.
Əli ibn Huseyn dedi: Bu ayəni “Peyğəmbər! Onlara de:"Mən sizdən risaləti təbliğ etməyimin müqabilində heç bir əcr istəmirəm və yalnız əqrəbalarımı (əhli-beytə sevgidən) sevməyinizi istəyirəm” oxumamısan? 
 Şamlı dedi: Allahın bu ayədə məhəbbətini bizə vacib etdiyi kəslər sizsiniz?
Əli ibn Huseyn dedi: Onlar bizik.....
فأقيم على درج دمشق ، قام رجل من أهل الشام فقال : الحمد لله الذي قتلكم واستأصلكم ، فقال له علي بن الحسين - رضي الله عنه - أقرأت القرآن؟ قال : نعم . قال : أقرأت آل حم؟ قال : لا . قال : أما قرأت { قل لا أسألكم عليه أجراً إلا المودة في القربى } قال : فإنكم لأنتم هم؟ قال : نعم
7) Zəməxşəri “Kəşşaf”, Fəxre Razi “Məfatihul-Ğəyb”, Qirtəbi və sair əhli sünnət təfsirçiləri Şura surəsinin 23-cü ayəsini təfsir etdikləri zaman onlarla hədis nəql ediblər ki, Muhəmmədin Əhli-beytinə məhəbbətin insanın axirət səadətinə səbəb olmasında necə mühüm rol oynadığını isbat edir. Həmin hədisləri oxuyanda dəfələrlə şükr səcdəsinə düşürsən ki, nə yaxşı mən də qəlbləri kor olanlardan deyiləm.Həmin hədislərdən numunə üçün bir neçəsini dərc edirik:
  " من مات على حب آل محمد مات شهيداً ، ألا ومن مات على حب آل محمد مات مغفوراً له ، ألا ومن مات على حب آل محمد مات تائباً ، ألا ومن مات على حب آل محمد مات مؤمناً مستكمل الإيمان ، ألا ومن مات على حب آل محمد بشره ملك الموت بالجنة ، ثم منكر ونكير ، ألا ومن مات على حب آل محمد يزف إلى الجنة كما تزف العروس إلى بيت زوجها ، ألا ومن مات على حب آل محمد فتح له في قبره بابان إلى الجنة ، ألا ومن مات على حب آل محمد جعل الله قبره مزار ملائكة الرحمة ، ألا ومن مات على حب آل محمد مات على السنة والجماعة ، ألا ومن مات على بغض آل محمد جاء يوم القيامة مكتوب بين عينيه : آيس من رحمة الله ، ألا ومن مات على بغض آل محمد مات كافراً ، ألا ومن مات على بغض آل محمد لم يشم رائحة الجنة (Təfsir Razi 13/431 Təfsir Qirtəbi, 16/20, Kəşşaf, 6/192 )
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə o şəhid ölüb. 
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə bağışlanmış halda ölüb.
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə tövbə etmiı halda ölüb.
 Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə mömin və imanı kamil olan halda ölüb. 
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə ölüm mələyi sonra Nəkir və Munkər onu cənnətlə müjdələyərlər.
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə gəlin ər evinə köç etdiyi zaman zinətləndiyi kimi onu da zinətləndirib cənnətə yola salarlar.
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə onun qəbrindən cənnətə tərəf iki qapı açılar.
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə Allah-təala onun qəbrini rəhmət mələkləri üçün ziyarətgah qərar verər.
Agah olun! Hər kəs Ali Muhəmmədin məhəbbəti ilə ölsə sünnət və cəmaət əqidəsilə ölüb.
Agah olun! Hər kəs ürəyində Ali Muhəmmədə kinə olan halda ölsə Qiyamətin günündə alnında “Allahın rəhmətindən məyusdur” yazılmış halda məhşərə gələcək.
Agah olun! Hər kəs ürəyində Ali Muhəmmədə kinə olan halda ölsə kafir ölüb.
Agah olun! Hər kəs ürəyində Ali Muhəmmədə kinə olan halda ölsə cənnətin iyi onun burnuna dəyməyəcək.
Agah olun! Hər kəs ürəyində Ali Muhəmmədə kinə olan halda ölsə Mənim şəfaətimdən ona heç bir nəsib olmayacaq. 

Fəxre Razi Şura surəsinin 23-cü ayəsini təfsir edərkən bu hədisləri nəql edəndən sonra əlavə edir: Hər kəsin nəsəb əlaqəsi Muhəmməd (s) ilə kamil və möhkəm olsa o Ali Muhəmməddən sayılar. Heç şək yoxdur ki, Fatimə, Əli, Həsən və Huseynin Rəsulullah ilə nəsəb rabitəsi ən kamil rabitə olub. Bu hamıya məlumdur və mutəvatir həislər vasitəsilə subuta yetib. Beləliklə onların Ali Muhəmməddən (s) olduğunu bilməliyik. Daha sonra Fəxre Razi əlavə edir: Bəziləri Ali Muhəmmədin kim olduğunda ixtilaf edib. Bəziləri Ali Muhəmmədin onun yaxın qohumları olduğunu güman ediblər. Bəziləri Ali Muhəmmədin (s) ummət olduğunu güman edib. .....Hər bir halda Ali Muhəmməd Fatimə, Əli, Həsən və Huseyn olması qətidir. Çünki bu ayə nazil olandan sonra səhabələr Rəsulullahdan (s) soruşdular: Ya Rəsuləllah (s) Allahın məhəbbətini bizə vacib etdiyi əqrəbaların kimləridir? Rəsulullah (s) buyurdu: Fatimə, Əli, və onların iki oğlu. 
Bununla da subut olur ki, bu dörd nəfər Peyğəmbərin əqrəbalarıdır və onlar ən ali ehtirama layiqdirlər. Bu muddəanı sübut edən muxtəlif dəlillər mövcuddur. 
1) Şura surəsinin 23-cü ayəsi.
2) Heç şübhə yoxdur Rəsulullah (s) Fatiməni çox istəyirdi və dəfələrlə onun haqqında buyurub: “Fatimə Mənim canımın bir parçasıdır onu incidən məni incidi” Mutəvatir hədislərlə isbat olub ki, O, Əli, Həsən və Huseyni çox istəyirdi. Bu məna subut olandan sonra bütün ummətə onları sevmək vacibdir. Çümki Allah-təala buyurub: “Peyğəmbərə tabe olun ki, hidayət olasınız, Peyğəmbərin əmrinə muxalif olanlar ilahi əzabdan qorxsunlar”, “Onlara de: Əgər Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah da sizi sevsin” “Həqiqətən Rəsulullahın siuzin üçün örnəkdir”....
3) Ali Muhəmməd üçün dua etmək böyük iftixardır. Ona görə də namazda təşəhhuddən sonra onlara dua etmək vacibdir. Əllahumməsəlli əla Muhəmmədin və əla Ali Muhəmməd, vərhəm Muhəmmədən və əla Ali Muhəmməd. Belə tə`zim və ehtiram başqaları haqqında vacib olunmayıb. Bütün bunlar göstərir ki, Ali Muhəmmədə ehtiram və məhəbbət göstərmək vacibdir
وأنا أقول : آل محمد صلى الله عليه وسلم هم الذين يؤول أمرهم إليه فكل من كان أمرهم إليه أشد وأكمل كانوا هم الآل ، ولا شك أن فاطمة وعلياً والحسن والحسين كان التعلق بينهم وبين رسول الله صلى الله عليه وسلم أشد التعلقات وهذا كالمعلوم بالنقل المتواتر فوجب أن يكونوا هم الآل (Təfsir Razi 13/432)
Şafei məzhəbinin imamı İbn İdris Şafeinin Ali Muhəmmədin məhəbbəti haqqında dediyi qəside: 
“Ey Ali Muhəmməd sizin məhəbbətinizi Allah-təala Quranda bizə vacib edib. Sizə bu böyük fər bəs edər ki, həqiqətən hər kəs sizə namazda salavat göndərməsə onun qıldığı namaz deyil
 Ey Alah evinə həccə gedən Minada şeytana daş atmaq üçün Məşərdə çınqıl yığanları görəndə, Xif məscidində ibadətə məşğul olanları görəndə, hacıları Minaya təlatumə gəlmiş dəniz kimi hərəkət edən halda görəndə, fərdyad çəkib de: Əgər Ali Muhəmmədi sevmək rafizilikdir (dindən çıxmaqdır) onda ins və cin şahid olsunlar ki, mən rafiziyəm”
يا آل بيت الرسول حبّكم فرض من الله في القرآن أنزله
يكفيكم من عظم الفخر أنكم من لم يصل عليكم لا صلاة له
وقال: يا راكبا قف بالمحصّب من منى واهتف بقاعد خيفها والناهض
سحرا اذا فاض الحجيج اذا منى فيضا كمتلطم الفرات الفائض
ان كان رفضا حب آل محمد فليشهد الثقلان اني رافضي (Məvaizul-İmam Şafei, 1/24)  
Bəli Ali Muhəmmədin məqamı budur və bu ali məqamı dərk edərək biz onlardan möhkəm yapışmışıq. Biz Ali Muhəmmədi haqqın yoluna hidayətçi rəhbər kimi qəbul edtmişik. Çünki nubuvvətin davamını yalnız layiqli imamın simasında görürük. Əlbəttə yuxarıda nəql etdiyimiz hədislər çox cüzidir. Çünki məqalənin geniş həcmli olması bəzi oxucunu yorduğundan biz ixtisara üstünlük veririk.  
Alusi Əhli-beytin məhəbbətinə çox muhum əhəmiyyət vermişdir. Təfsirində yazır: Haqq budur ki, Peyğəmbərin əqrəbalarına məhəbbət onların Peyğəmbərə yaxın oduqlarına görə vacibdir. Bu qohumluq dərəcəsi yaxın olduqca məhəbbətin vacibliyi daha güclüdür. Ələvilərin və Fatimilərin Məhəbbəti Əbbasilərdən daha vacibdir. Camaatın çoxu bu məsələdə süstlük göstəriblər və hətta Ali Muhəmmədə məhəbbət bəsləməyi rafizilik adlandırıblar. Amma mən Şafeinin dediyini deyirəm:
وكلما كانت جهة القرابة أقوى كان طلب المودة أشد ، فمودة العلويين الفاطميين الزم من محبة العباسيين على القول بعموم { القربى } وهي على القول بالخصوص قد تتفاوت أيضاً باعتبار تفاوت الجهات والاعتبارات وآثار تلك المودة التعظيم والاحترام والقيام بأداء الحقوق أتم قيام ، وقد تهاون كثير من الناس بذلك حتى عدوا من الرفض السلوك في هاتيك المسالك . وأنا أقول قول الشافعي الشافي العي (Təfsir Alusi 18/264)
Alusi Şafeinin əhli-beyt haqqında dediyi şeri nəql edəndən sonra deyir: “Bununla belə mən Əhli sünnətin səhabə haqqında olan əqidəsindən çıxa bilmərəm və onları da sevməyi vacib bilirəm” 
ومع هذا لا أعد الخروج عما يعتقده أكابر أهل السنة في الصحابة رضي الله تعالى عنهم  
Fəxre Razi bu ayənin təfsiri altında bir bəhs açıb və Alusi də onu öz düşüncəsinə görə zərif bir nöqtə kimi bəyənuib. Fəxre Razi güman edib ki, bəzi təzadları bu nöqtə ilə aradan qaldırıb həl etmək olar: Rəsulullah (s) buyurub: “Mənin Əhli-beytimin misalı Nuhun gəmisidir. Hər kəs o gəmiyə minsə nicat tapacaq” Digər tərəfdən Rəsulullah (s) buyurub: “Mənim səhabələrim göydəki ulduzlar kimidir. Onlardan hansına iqtida etsəniz hidayət olarsınız.” İndi biz təkliflərlə dolu okeandayıq. Şübhələr və şəhvətlərlə dolu dalğalar hər tərəfdən bizə hucum edir. Okeandan keçmək istəyən şəxsin iki şeyə ehtiyacı var. Heç bir qusuru olmayan gəmiyə və işıq saçıb yol göstərən ulduza. Hər kəs gəmiyə minəndən sonra ulduzları yolu göstərən vasitə kimi nəzərdə tutsa onun nicat tapmasına ümid var. Deməli bizim əhli sünnətdən hər kəs Ali Muhəmmədin məhəbbət gəmisinə minsə və hidayətçi səhabələrə yol göstərən ulduzlar kimi göz diksə Allah onu dunya və axirət səadətinə qovuşduracaq.  
قال : إنه عليه الصلاة والسلام قال : « مثل أهل بيني كسفينة نوح من ركب فيها نجا ومن تخلف عنها هلك » وقال صلى الله عليه وسلم : « أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم » ونحن الآن في بحر التكليف وتضربنا أمواج الشبهات والشهوات وراكب البحر يحتاج إلى أمرين . أحدهما : السفينة الخالية عن العيوب ، والثاني : الكواكب الطالعة النيرة ، فإذا ركب تلك السفينة ووضع بصره على تلك الكواكب كان رجاء السلامة غالباً ، فلذلك ركب أصحابنا أهل السنة سفينة حب آل محمد صلى الله عليه وسلم ووضعوا أبصارهم على نجوم الصحابة يرجون أن يفوزوا بالسلامة والسعادة في الدنيا والآخرة انته (Təfsir Alusi 18/264
Cavab: Əvvəla Alusi və Razi şair kimi ayə ilə Peyğəmbər hədisini biri digərinə tətbiq verib qafiyə deməyə çalışıblar. Amma onlar təşbehi düzgün seçməyiblər və yerini də tanımayıblar. Çünki Nuhun gəmisi nicat gəmisi idi. Tufan başlananda Nuha iman gətirmiş bütün möminlərin vəzifəsi yalnız gəmiyə minmək idi. Gəmi də onları suda qərq omaqdan qoruyurdu.Gəmi dalğaların üzərində məqsədsiz üzürdü. Heç bir yerə üzməyə ehtiyac yox idi. Çünki bütün yer üzünü su bürümüşdü. Deməli uzduza ehtiyac yox idi. Adi həyatda dənizdə üzən gəmilər qabaqcadan təyin olunmuş məqsədə tərəf üzürlər və həmin vaxt ulduzların köməyi ilə hədəfin səmtini təyin edirlər. Amma Nuhu tufan başlayanda ona iman gətirənləri gəmiyə yalnız ona görə mindirdi ki, qərq olmaqdan nicat tapsınlar. Nuhun gəmisi suyun üstündə dayanmaqla möminlərə nicat verdi. Peyğəmbər Əhli beyti də eyni ilə Nuhun gəmisinin rolunu ifa edir. Yer üzünü ixtilaflar bürüdüyü halda yalnız Əhli beytdən yapışmaq möminin nicat yoludur. Əhli beyt olan yerdə heç bir səhabəyə yer yoxdur. Çünki Peyğəmbərdən (s) sonra səhabənin özünün nicat vasitəsinə ehtiyacı var.
İkinci: Əhli sünnətin kitablarında hədis bu cür nəql olunub: Ulduzlar yer əhlini dənizdə azıb qərq olmaqdan nicat verir və mənim Əhli-beytim ummətimi dində ixtilaf yarandığı zaman nicat verib amanda saxlayar. Əgər ərəbdən bir qəbilə onlarla muxalifət etsə dönüb iblisin tərəfdarlarından olarlar.
34189 - النجوم أمان لأهل الأرض من الغرق وأهل بيتي أمان لأمتي من الاختلاف فإذا خالفتها قبيلة من العرب اختلفوا فصاروا حزب إبليس ( كنزالعمال 12/191 - عن ابن عباس ) ( أورده الهيثمي في مجمع الزوائد ( 9 / 174 ) رواه الطبراني (
Bu hədisi oxuyandan sonra indiki zamanda Fələstin xalqının sionistlərin zülmü altında əzildiyini görüb amma ərəb dövlətlərinin göz yumduğunu görəndə........


           İbadov Elman                          email: kerrar@mail.ru



  [Təhlil] | Oxunub: 956 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz