Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » May » 23 » NAMAZ İLAHI ƏMANƏTDIR, İLAHI ƏMANƏTƏ XƏYANƏT ETMƏYIN!
NAMAZ İLAHI ƏMANƏTDIR, İLAHI ƏMANƏTƏ XƏYANƏT ETMƏYIN!
11:33

             

                     Bağışlayan və mehriban Allahın adı ilə

  Zikr əhli o insanlardır ki, nə ticarət və nə alış-veriş onları Allahın zikrindən, namaz qılmadan və zəkatı verməkdən yayındıra bilməz. Onlar gözlərin vəhşətdən bərəlib haldan hala düşəcəyi gündən qorxurlar. (Nur, ayə 37) 

                               NAMAZ NƏDIR?

    Kufə məscidində Əli (ə) bir cavanın çox diqqət və xuşu` halında namaz qıldığını gördü. Cavan namazı başa vuranda Əmirulmöminin (ə) ona yaxınlaşıb dedi: Ey cavan namaz nədir? Cavan dedi: Namazın Allah qarşısında bəndə olmaqdan ayrı bir mənası yoxdur, onsuz namaz naqis olar. Həqiqi namaz ixlas, qürbət, Allaha mərifət və Əhli-beytə məhəbbət bəsləməkdən ibarətdir. Əgər bunlar olmasa bəndənin heç bir əməli qəbul olmaz. Hətta bütün günləri oruc tutub Səfa və Mərvə arasında ibadətə məşğul olsa yenə də heç bir əməli qəbul olmayacaq! 

    Əli (ə) Kumeyl ibn Ziyada buyurdu: Ey Kumeyl: Allaha itaət və ibadət etməyin mənası namaz qılıb, oruc tutub sədəqə vermək deyil. Namazı pak qəlblə qılıb nəfsini çirkinliklərdən təmizlə. Allahın sevdiyi əməlləri xuzu və xuşu` ilə əncam ver ki, onlar sənin bütün vücudunu qərq etsin. Namaz qılanda geydiyin paltara və üstündə durduğun yerə diqqət et! Əgər namazda geydiyin paltar qəsbi və durduğun yer haram olsa etdiyin ibadətin qəbul deyil və heç bir faydası da yoxdur.

                    SALEH INSANLAR NECƏ NAMAZ QILIRLAR:

    Hatim zəmanəsinin muxlis abidlərindən idi. Bir gün İsam ibn Yusif onun yanına gəlib dedi: Sən necə namaz qılırsan? 
    Hatim dedi: Namaz vaxtı yetişəndə ayağa durub həm zahiri və həm də batini dəstəmaz alıram. 
    İsam dedi: Batini dəstəmazı necə alırsan? 
    Hatim dedi: Zahiri dəstəmazda dəstəmaz əzalarını su ilə yuyuram, amma batini dəstəmazda onları yeddi xislətlə yuyuram: 1) Tövbə 2) Keçmiş günahlardan peşiman olmaqla 3) Dünyaya bağlılığı qəlbimdən dəf etməklə 4) Məxluqatı mədh və tərif etməyi tərk etməklə 5) Maddi rəyasəti və bağlılığı tərk etməklə 6) Qəlbimdən kinə və ədavəti pak etməklə 7) Həsədi tərk etməklə. Dəstəmaz almağı başa vurandan sonra məscidə gedirəm. Kə`bə evini qarşımda qərar verib özümü bir olan böyük və qadir olan Allahın müqabilində görürəm. Elə bil Allahın hüzurunda durmuşam. Cənnəti sağ tərəfimdə, Cəhənnəmi sol tərəfimdə və Əzrayili arxamda görürəm. Elə bil bu ayaqlarımla Sirat körpüsü üstündə durmuşam və bu axırıncı namazımdır. Sonra niyyət edib pak bir təkbir deyirəm. Həmd və surəni onların mənalarını düşünüb təfəkkür etdiyim halda deyirəm. Sonra rukunu təvazökar və xuzu halında əncam verib səcdəyə gedirəm. Səcdəni zəlil və zarıltı halında əncam verib Allahın rəhmətinə ümidim olan halda təşəhhüdü oxuyuram. Sonra namazın salamını ixlasla deyirəm. Otuz ildir ki, mən namazımı bu minval ilə qılıram. İsam, Səndən başqa heç kəs belə namaz qıla bilməz deyib ağlamağa başladı....." (Tohəful-uqul)
    "Rəsulullahın (s) zamanı idi. Müsəlman xanımlardan biri həmişə oruc tutardı və namaza çox əhəmiyyət verərdi. Hətta gecənin bir qismini Allahla munacatda və namazda keçirərdi. Amma bu qadın acı dili ilə qonşularını incidirdi. Nəhayət qonşularından biri Rəsulullahın (s) xidmətinə yetişib ərz etdi: Ya Rəsuləllah (s)! Filan xanım gündüzlər daim oruc tutur gecələr ibadət edir, amma əxlaqı dözülməzdir. Həmişə acı dili ilə qonşuları sancır. Rəsulullah (s) buyurdu: Onun etdiyi ibadətlərin ona heç bir xeyri yoxdur. O qadın Cəhənnəm əhlidir". (Bihar, 68/ 394) 
    Bu hədisdən nəticə alırıq ki, sırf namaz qılmaqla insan Allah yanında əziz ola bilməz. Namaz qılan başqalarını incitməməlidir. Əks halda namazı onun üçün eyni bəla olacaq.  
    Allah-təala bütün insanlara elə bir sərmayə verib ki, əgər onlar bu sərmayəni Allaha bəndə olmaq yolunda sərf etsələr onun davamlı olmasından ləzzət alarlar. Amma Allahın verdiyi sərmayəni eyş yolunda sərf etsələr dünyaya gəldiklərinə peşiman olacaqlar. Həmin sərmayə ömürdür. 
    Əli (ə) buyurub: "Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al!" (əl-Həyat, 1/331) 
    Allaha bəndə olmağın yolu Ona ibadətdən etməkdən keçir. İbadət isə Xaliqin müqabilində zəlil olub ona möhtac olduğunu izhar etməkdir. Amma bəndə dərk etməlidir ki, ibadətə layiq bildiyi Vücudun onun ibadətinə ehtiyacı yoxdur və etdiyi ibadəti onu kamilliyə çatdırmaq üçün bir vasitədir. Bəndənin rəbbinə edəcəyi ibadətin başında namaz durur. Namaz Peyğəmbərin gətirdiyi dinin sütunudur. Namaz məxluq ilə Xaliqi arasında rabitə yaradır. Namaz vasitəsilə İnsan ruhunu tərbiyə etməyə qadirdir. Namaz çətin anlarda bəndənin munisidir ki, ona qəmli və kədərli anlarında köməkçidir.
     Allah-təala buyurur: "Səbrdən və namazdan kömək alın! Təqva əhlindən başqaları üçün bu əməl ağır gəlir" (Bəqərə, ayə 45) Yalnız Allaha həqiqi iman gətirmiş insan dərk edə bilir ki, müsibət anında necə namaz ona dözümlü olub müsibəti həzm etməyə kömək etməyə qadirdir.
    Rəsulullah (s) buyurub: "Namazın dində rolu başın bədənə olan nisbəti kimidir " (nəhcul-fəsahət)
    Əmirulmöminin (ə) İmam Həsənə vəsiyyətində buyurub: "Allahdan qorxun! Allahdan qorxun namaza görə! Çünki namaz dinin sütunudur..." (Nəhcul-bəlağə)
    Məs`əd ibn Sədəqə İmam Sadiqdən soruşdu: "Nəyə görə Siz zinakarı kafir adlandırmırsınız, amma namaz qılmayanı kafir adlandırırsınız?
     İmam buyurdu: Zinanı və onun kimi sair günahları əncam verən insanlar şəhvət və nəfsi istəklərinə görə bu işlərə murtəkib olurlar. Namazı tərk edən onu əhəmiyyətsiz və həqir saydığına görə tərk edir" 
Bəli zinakar ləzzət almaq üçün nəfsini kontrol edə bilmədiyindən naməhrəm qadının sorağına gedir. Amma namazı tərk edən bu əməlindən heç bir ləzzət almır, namazı əhəmiyyətsiz bir fe`l saydığından onu tərk edir"
    İbn Əbbas deyir: Salman Farsi ilə bir ağacın altında oturmuşduq. O, ağacın budağını tərpətdi, budaqdakı bütün qurumuş yarpaqlar yerə töküldü. Salman dedi: Ey Əbu Osman! Niyə belə etdiyimin səbəbini məndən soruşmaq istəmirsən?
    Mən dedim: Bunu niyə etdin?
    Salman dedi: Rəsulullah (s) ilə bu ağacın altında oturmuşduq. O Həzrət də mənim kimi bu işi görüb dedi: Ey Salman! Bunun səbəbini məndən soruşmaq istəmirsən? Mən dedim: Ya Rəsuləllah (s)! Niyə belə etdin? Buyurdu: Mömin şəriətdə buyurulmuş qaydada dəstəmaz alıb gündəlik beş namazını qılsa günahları bu yarpaqlar kimi tökülüb pak olar"
    Əgər namaz qılan şəxs əvvəlki kimi fəsad etməyə davam edirsə deməli qıldığı namaz onun üçün eyni bəladır. Mərifət əhli rəbbinə etdiyi ibadətdən eşq alıb ruhu pərvaz edir. Onun məqsədi yalnız rəbbinin rizasını qazanmaqdır. Qürur və təkəbbür ibadətin ən böyük bəlasıdır. Hətta fasiq insanın tərbiyə olmasına ümid var, amma təkkəbbür əhlinin bu bəladan nicat tapması müşküldür. Təkəbbür və riya əhli əgər namaz qılsa onun qıldığı namazdan məqsədi dünyəvi istəyinə yetişməkdir. Bu istək ya camaatın qəlbində özünə yer açmaqdır ya da daxilindəki fitnəni həyata keçirmək üçün maskadır. İnsanın əməlinin dəyəri onun niyyətindən asılıdır. Əməl yalnız Allaha görə və Allahın rizasını qazanmaq üçün əncam verilsə onun dəyəri var. 
    Bunun sübutu: Quranda "Allah yolunda" ibarəsi 72 dəfə təkrar olub ki, bu da məsələnin necə mühüm olduğundan xəbər verir. Yəni ən azı Allah yolundan yayınmağın həlakətə səbəb olmasını isbat edir. Yolun təhlükəli hissəsində təhlükədən xəbərdar edici nişanələrin ardıcıl qoyulması sürücünü diqqətli olmağa çağırdığı kimi Quranda "Allah yolunda" ibarəsinin 72 təkrarlanması məsələnin ciddi olmasından xəbər verir. Çünki niyyət ibadətin əsasını təşkil edir. Allah adamları qəlblərinin keşiyində sayıqdırlar.
    İmam Əli (ə): "Allah adamları onlar haqqında tərif deyiləndə tərifdən qorxarlar" (Bihar, 70/25) 
    Allahdan xəbərsiz insan əməllərinin nəticəsi haqında düşünmədiyi üçün zülm və sitəm etməkdən həya etmir. Çünki üzündə həya pərdəsi olmadığından ətrafındakılara zülm etməkdən həzz alır.
    Əmirul-möminin buyurub: "Allah zikrini bəndələrinin qəlblərini cilalayıb nurlandırmaq üçün vasitə qərar verib. Onların qulaqları həmin zikrdən sonra karlıqdan ayılıb eşidə bilsin, gözləri korluqdan ayılıb görə bilsin qəlbləri düşmənçilikdən nicat tapıb itaətkar olsun..." (Həhcul-bəlağə, xütbə 213) 
    Əbu Bəsir nəql edib: İmam Sadiq (ə) şəhid olduğu zaman Mədinədə deyildim. Səfərdən qayıdandan sonra İmamın xanımı Ummu Həmidəyə baş sağlığı vermək üçün onun yanına getdim. O məni görəndə şiddətlə ağlayıb dedi: Kaş İmam vəfat edəndə burada olaydın. İmam vəfat edəndə bütün qohumları və onu sevənləri yanına çağırmağı əmr etdi. Hamı yığışıb onun yatağının ətrafında dövrə vurandan sonra İmam buyurdu: "Namazı yüngül sayıb həqir sanan kəslərə bizim şəfaətimiz nəsib olmayacaq."(Bihar, 82/236)

    Elman İbadov                                    kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 1070 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  May 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 2
Qonaqlar: 2
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz