Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Aprel » 17 » İSLAM DİNİNDƏ EVLƏNMƏK VƏ ONA DAİR TÖVSİYYƏLƏR.
İSLAM DİNİNDƏ EVLƏNMƏK VƏ ONA DAİR TÖVSİYYƏLƏR.
11:02

       

            Bağışlayan və Mehriban Allahın adı ilə  

  “Subay oğlanlarınızı, saleh qızlarınızı və kənizlərinizi evləndirin.Əgər onlar fəqir olsalar ondan ötrü qorxmasınlar, Allah onları öz fəzlindən ruziləndirəcək. Allahın elmi geniş və əhatəlidir” (Nur.ayə 32)

 Peyğəmbər (s) buyurub;-“İslam dinində elə bir əməl yoxdur ki, Allah yanında evlənməkdən sevimli və əziz olsun”
  Ayədən və Peyğəmbər (s)-dən nəql olunan rəvayətdən belə məlum olur ki, evlənmək məsələsi islam dini nöqteyi nəzərindən çox mühüm və əhəmiyyətlidir. Ayədə əmr olunur ki, subay övladlarınızı evləndirməyə tələsin. Əmr isə həmin işin vacibliyinə dəlalət edir. Çünki evlənmək işi insanı fəsadlardan və nalayiq əməllərdən uzaqlaşdırır. Adətən insan evlənəndən sonra küçədə bacada başqalarının namusuna xəyanət etməkdən, Allaha görə olmasa da yaxınlarının duyuq düşməsindən çəkinir. İndi əgər bu qorxu Allaha görə olsa həmin insan həm Allah yanında və həm də insanlar arasında əziz olacaq. Əgər insan Allaha görə həya etsə Allah da onu insanlar arasında hörmətli edəcəkdir. Amma əgər hər kəs başqasının namusuna xəyanət etməyə cəhd göstərsə, onun bu həyasızlığının nəticəsində Allah ondan intiqam alacaqdır. Elə buna sübut olaraq hər kəs ətrafında başqalarının namuslarına xəyanət etmiş bəzi şəxslərin həyatına diqqət etsə, onda onların etdikləri xəyanətlərinə görə hansı bəlalara düçar olduqlarından agah olar.
  Elə buna görədir ki, Peygəmbər (s) buyurub:-“Ölülərinizin ən pisi subay qalıb öləndir”
Yəni evlənməyib subay qalan həmişə şeytanın oxuna hədəf olacaqdır. Çünki insan şəhvət mənbəyi olduğuna görə daxilən xəstə olan bəzi kəslər bu şəhvətin qurbanı olurlar.
Evlənəndə zövcədə hansı xüsusiyyəti qiymətləndirib əsas arqument kimi ona diqqət etmək lazımdır?
  Peyğəmbər (s) buyurub:-“Layiqli və saleh ailələrlə evlənin.Çünki qanın tə`siri var”. (Kənzul-ummal.44559-ci hədis)
  Doğrudan da ailə məsələsi insan həyatında mühüm bir iş olduğu üçün evlənən şəxs evlənməzdən əvvəl bu haqda yaxşıca fikirləşməlidir. Həyat yoldaşı kimi seçəcəyi qızın hansı ailədən olacağı mühümdür. Çünki insan belə bir həssas vaxtda qurmaq istədiyi ailənin şərəfini və namusunu həmin qızın ixtiyarında qoyacaqdır. Elə bu səbəbdəndir ki, Peyğəmbər həyat yoldaşının layiqli və qeyrətli ailədən seçilməsini təkidlə bəyan edir.
  Mə`sum imamlarımızın həyatı hər bir işimizdə bizim üçün örnəkdir. Buna misal olaraq Həzrət Əli (ə)-n həyatına qısaca nəzər salaq. Həzrət Fatimə (s)-nın vəfatından sonra Əli (ə) qardaşı Əqilə dedi: -Mən istəyirəm elə bir tayfadan qız alım ki, O mənim üçün uca boylu, gözəl qamətli, şücaətli, qeyrətli və qorxmaz bir övlad dünyaya gətirsin. Qardaşı Əqil ərəb ənsabına (tayfalarına) agah olduğu üçün Fatimə Kilabiyyəni məsləhət bildi. Çünki Bəni kilab tayfası ərəb tayfaları arasında şücaət və qeyrətdə məşhur idilər.
  Dünyaya gələn uşağın həm tərbiyə və həm də genetik xüsusiyyətlərində ananın mühüm rolu vardir. Yadımdadır bir dəfə avtobusda oturmuşdum, çox ləyaqətli və həyalı geyinmiş bir cavan xanım yanında 8-9 yaşında olan bir oğlan uşağı ilə avtobusa daxil oldu. Uşaq tez pəncərəyə tərəf atılıb oturdu, anası da onun yanında oturdu.Amma bir an keçməmiş elə bil uşaq hansı bir göstərişi yadına salmış kimi tez ayağa durdu və anasına pəncərəyə tərəf oturmağı təkid etdi. Anası ona oradaca oturmasını məsləhət görəndə uşaq aydın surətdə dedi ki, yox sən əgər burada otursan aradan keçənlər sənə toxuna bilərlər. Buradan başa düşdüm ki, elə bu millətin qeyrətli oğulları belə xanımlardan doğulacaqlar. O vaxtdan bəri hər dəfə küçədə yarı lüt geyinmiş göbəkləri görünən və sinələrinin az qala yarısı çöldə qalmış xanımların (əgər onlara xanm demək olarsa) yanında oğlan uşağı görəndə avtobusda gördüyüm həmin qeyrət mədəni olan uşaq yadıma düşür. İstər istəməz fikirləşirəm ki, artıq indidən bu uşaqlarda qeyrət hissi öldürülüb. Bundan sonra belələrindən babəklər,uzun həsənlər və şah ismayıllar çıxmayacaqdır.
  Peyğəmbər (s) buyurub: “Nütfələriniz üçün etibarlı yer seçin. Çünki qadınlar qardaş və bacılarına oxşarlar doğurlar” (Kənzul-ummal.44557-ci hədis) 
  Peyğəmbər (s) bir gün məsciddə camaata xitab edərək buyurdu:-“Zibilliklərdə bitmiş gözəl güllərdən həzər edin. Səhabələr Peyğəmbərdən bu sözün mənası haqqında sual edəndə Həzrət buyurdu: “Məqsəd pis və xarab ailələrdə tərbiyə almış qızlardır” (Biharul-ənvar cild-10 səh232)
  Zibilliklərdə bitmiş gözəl güllərdən gül olmayacağı kimi, pis və xarab ailələrdən çıxmış qızlardan da heç vaxt ləyaqətli ana çıxmayacaqdır. Çünki belə ailələrdən çıxmış qızlara heç vaxt ailənin şərəfini qorumağı etibar etmək olmaz. Belə bir qızlar üçün heç bir müqəddəs amal olmadığı üçün həyat yoldaşlarının namusunu hifz etməkdə onların çalışmalarına təkan verici bir qüvvə olmayacaqdır.Elə buna görə də, evlənməyə hazırlaşan şəxs gələcəkdə uşağının qeyrətli doğulması üçün ilkin mərhələdə ona qeyrətli ana seçməlidir. Məhz bu cür analar vətənini, millətini və ailəsini sevən övladlar dünyaya gətirəcəklər.
  Peyğəmbər (s) buyurub:-“Axmaq və ağılsız qadınlarla evlənməkdən həzər edin.Çünki belə qadınlarla evlənmək ömür çürütməkdir və onlardan doğulan uşaqlar kaftar sifət olacaqdır”.
  Ailə həyatı ər ilə xanım arasında qarşılıqlı anlaşma üstündə qurulduğu üçün, hər iki tərəf evlənməzdən qabaq gərək qarşı tərəfin xüsusiyyətləri haqqında axtarışlar aparsın. Bununla da gələcək həyat yoldaşının hansı insani keyfiyyətlərə malik olması və hansından məhrum olduğundan xəbərdar olsun. Bununla da kor təbii evlənməklə gələcəkdəki ixtilaflara zəminə yaratmasın. Adətən belə işlərdə oğlanların üzərinə çox mühüm və eyni zamanda o qədər də, çətin olmayan bir vəzifə düşür. Çünki qadınlar arasında layiqli həyat yoldaşı axtarıb tapmaqda Peyğəmbər (s)-in bu hədisini əldə əsas tutmaq kifayətdir. :-“Axmaq və ağılsız qadınlarla evlənməkdən həzər edin.Çünki belə qadınlarla evlənmək ömür çürütməkdir və onlardan doğulan uşaqlar kaftar sifət olacaqdır”.
  İndi əsas məsələ həmin axmaq qadınların hansı meyar əsasında tanınmasıdır. Bu meyarların ən əsaslarından biri həmin xanımın xaricdəki davranışıdır. Məsələn əgər xanım öz gözəlliyi ilə qürurlanır və səy edir ki, ətrafdakılar ona baxıb həzz alsınlar hədisdə deyilən elə əsil axmaq budur.Çünki başqalarının ona baxmasından xoş hal olan qadınlar elə özləri də, başqa kişilərə baxmaqdan həzz alırlar. Belə qadınlardan bu keyfiyyətlərinə görə kaftar sifət övladlar doğulacaqlar.(kaftar zahirdə itə oxşayan və leş yediyi üçün daim ağzından iyrənc surətdə selik axan heyvandır. Mümkündür belə qadınlardan doğulan uşaqların bu sifətlə səciyyələnməsi onların haram tikələrə meyilli olmalarına görədir.)
 Indi çox münasib məqamdır ki, belə qadınlara baxmağın şər`i hökmünü öyrənək.Görəsən hər gün xiyabanlarda rastlaşıb gördüyümüz bu qadınlara baxmağın hökmü nədir? Onlara baxmaq olar ya yox. Biz hal hazırda iki ən məşhur müctəhidin bu haqda verdikləri fətvanı nəzərinizə çatdıracağıq. Birinci həzrət ayətullahul-uzma Seyyid Əli Sistaninin həm fars dilində və həm də azərbaycan dilinə olan tərcüməsindəki fətva:
2443 - نـگـاه كردن به بدن زنهاى مبتذله كه اگر كسى آنها را امر به حجاب نمايد اعتنا نمى كنند اشكال ندارد مشروط به آن كه بدون قصد لذت و ترس وقوع در حرام باشد , و در اين حكم فرقى ميان زنهاى كفار و ديـگـر زنـهـا نـيست و هم چنين فرقى نيست ميان دست و صورت و ديگر جاهاى بدن كه عادت آنان به پوشانيدنش نمى باشد.
Məsələ 2393: Bir şəxsin islami hicabla örtülnməyi əmr etdiyi halda, əmrə e`tina etməyən, qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə, eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir fərq yoxdur.
  İkinci həzrət ayətullahul-uzma şeyx Fazil Lənkəraninin həm fars və azərbaycan dilinə tərcüməsindəki fətva:
مسأله2557: اگر انسان بدون قصد لذّت به آن قسم زنهاى كافر كه معمولا نمى پوشانند نگاه كند در صورتى كه نترسد بحرام بيفتد اشكال ندارد.
Məsələ: 2502.Əgər insan kafir qadınların bədənlərini adətən örtmədiyi yerlərə ləzzət qəsdi olmadan baxsa, harama düşəcəyindən qorxmayacağı halda eybi yoxdur.

Məsələ: 2503.Qadın gərək öz bədənini, tüklərini naməhrəm kişidən örtsün. Hətta ehtiyat-vacib budur ki, öz bədən və tüklərini həddi-büluğa çatmayan, amma yaxşını-pisi başa düşən və şəhvət hislərinin oyanma həddində olan oğlan uşağından da örtsün.
  Doğrudan da hər bir qeyrətli insan hicablı qadın görəndə qəlbən hissedir ki, belə qadınlara baxmaq namərdlikdir. Çünki bu qadınlar Azərbaycanımızın qeyrət simvoludurlar və onların ehtiramını saxlamaq hamıya vacibdir.
  Peyğəmbər (s) buyurub:- “Hər kəsə dörd xislət verilsə həqiqətdə elə bil ki, ona dünya və axirət xeyri verilib:-Hər cür bəlanın müqabilində səbr edən bədən, daim Allah zikrilə məşğul olan dil, Allah-təalanın hər bir nemətinin müqabilində şükr edən qəlb, dünya və axirət işində ona kömək edən saleh arvad”
  İzah:-İnsan hər bir bəlanın müqabilində səbr edib o bəlanı ya Allah-təala tərəfindən onun üçün bir imtahan və ya müəyyən bir günahın müqabilində (mümkündür həmin günahda özünün bir başa iştirakı olmasın, amma əmr be məruf və nəhy əz münkər vəzifəsini yerinə yetirmədiyi üçün bəlaya layiq olub) nazil olmuş bəla kimi qəbul etməlidir. Əgər insan bəla ilə qarşılaşdıqda Allaha etiraz etsə əsl həqiqətdə O, bu əməli ilə Allaha qarşı üsyan qaldırmış olur. Amma ağıllı insan bu yerdə öz əməllərini sintez edtməlidir ki, bununla da üzləşdiyi bəlanın səbəbini aradan qaldırsın.
  İnsan əgər dilini Allah zikrinə alışdırıb başqalarının qeybətilə məşğul olmasa, özünü dünya və axirət bəlasına mübtəla etməyəcəkdir. İnsan ağlı hökm edir ki, ne`mət sahibinin verdiyi ne`mətin əvəzində təşəkkür etmək vacibdir. Çünki bu şükr ardıyca nemət gətirər. Əxlaq normaları da, bu keyfiyyətin insan əxlaqının kamala tərəf hərəkətindən xəbər verir.

  İnsanın dünya və axirətdə xeyrə yetişməsinə səbəb olacaq xislətlərdən biri də “saleh arvad”-dan ibarətdir. Şübhəsiz bu cür saleh xanım insana nəsib olsa O ərinə həyatın hər bir çətinliklərində dayaq və ərinin qeyrətinin keşikçisi kimi hər bir zamanda ona həmdəm olacaqdır. Əri Allah yolunda bir iş görəndə xanım da onu bu işə təşviq edəcəkdir. Amma xanım saleh olmasa əri xeyir işlər görmək istəyəndə müxtəlif yollarla onu bu fikrindən daşındırmağa çalışacaq. Necə ki, Allah-taala Qurani-kərimdə buyurur:-“Şeytan sizi bu xeyir işlərdən çəkindirmək üçün kasıblığa düşəcəyinizlə qorxudur” Amma saleh xanımlar əksinə sizi bu işlərə tərəf rəğbətləndirəcəklər.


   Elman İbadov                               kerrar@mail.ru
  [Məqalələr] | Oxunub: 1138 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Aprel 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz