Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Aprel » 5 » İslamda ifrata varanlar mənim ümmətimdən deyil!
İslamda ifrata varanlar mənim ümmətimdən deyil!
01:03

    İslamın tamamilə təsdiq etdiyi mənəvi dəyərlərdən biri də ibadətdir. İslami nöqteyi-nəzərən insanın Allah yolunda etdiyi müsbət əməllər də ibadət sayılır. Bunları açıqlamaqda başlıca məqsəd edilən ibadətlərin bir tək namaz, oruc və münacatlardan ibarət olmamasını göstərməkdir. İnsanlara həm maddi, həm də mənəvi baxımdan köməklik etməklə bu kimi xeyriyyəçi tədbirlərin təşkili də ibadət sayılır.

    İbadət biz insanların maddi və mənəvi həyatını zənginləşdirən ən üstün bir vasitədir. Ancaq bir qədər diqqətlə nəzər yetirsək görərik ki, əqidəcə zəif olan insanlar ibadət dedikdə yalnız namaz qılmağı, məscidə getməyi, nafilə namazlarını qılmağı, dua və Quran oxumağı nəzərdə tuturlar. Bəli, qeyd olunanlar ibadətin ayrılmaz tərkib hissəsidir. Lakin bu mənəvi dəyərlər yüksək qiymətləndirməmək cəhalətə, cəmiyyətin məhvinə gətirib çıxarır. İnsanlıq tarixində cəmiyyətin və bəzi şəxslərin bu cür ifrata varmalarını görmək mümkündür. Bunlara əsasən tam şəkildə bildirmək olar ki, iftara varanların sonradan düzəlib haqq yola hidayət olması, olduqca çətin bir mərhələdir.

    Əziz islam peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətlərində ifrata vardıqlarını xəbər verdikdə o, həzrət narahat olaraq əsəbi halda məscidə gəlib uca səslə ərz edərək deyir: “ Bu dəstələrə nə olub, eşitmişəm ki, mənim ümmətimdən ibadətlərin düzgün etməyərək ifrata varanlar vardır. Mən sizin peyğəmbəriniz olduğum halda belə etmir, gecənin bir hissəsini yatıb dincəlir, gündüzlər öz ailə işlərimlə də məşğul olmağa vaxt ayırıram. Bəzi günlər oruc tutur, iftar zamanı gəlincə də iftarımı açıram. Lakin həmin şəxslər və onların yolu ilə gədənlər ifrata varanlardır. Onlar bu səbəbdən də mənim ümmətim deyillər”. Peyğəmbər İslami dəyərləri uca tutur, bildiklərini insanlara ətraflı şəkildə çatdırmağa çalışırdı. O, insanların bitərəf yol tutaraq istiqamətləndiyini gördükdə bu cür halların qarşısını almağa çalışardı.

    Həzrət Məhəmməd (c)-a Abdullah adlı bir şəxsə öz məsləhətində belə buyurub: “ Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: bəli ey Allah rəsulu! Peyğəmbər söhbətinin ardınca belə buyurur: amma mən elə etmirəm və bu cür etməyi də düzgün saymıram. Bu cür ibadət etmək duzgün deyildir.

    Bəzən cəmiyyət zahidliyə doğru meyl edir. Zahidlik və pəhrizkarlıq bizlər üçün böyük önəm kəsb edir. Bu mühüm məsələdə insanların mənəviyyatına hər zaman olduğu kimi öz təsirini göstərir. Lakin müəyyən çərçivə daxilində bu məsələlərə riayət etməklə doğru olan yolu getmək mümkündür.

    Bizlər ilk növbədə bir insan kimi çalışmalıyıq ki, öz əməllərimizi Allahın buyurduğu kimi, İslam peyğəmbərinin müqəddəs şəriətinə uyğun tərzdə qurub həyatımızı yaşayaq.

                                                          Mirpaşa Bayramov

  [Məqalələr] | Oxunub: 818 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Aprel 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz