Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Mart » 22 » UŞAĞIN ŞƏXSİYYƏTİ
UŞAĞIN ŞƏXSİYYƏTİ
02:00

    Hər ana və ata övladının təmiz, gözəl əxlaqlı, imanlı və şəxsiyyətli olmasını istəyər. Ancaq bu istəyə çatmaq üçün bəzi şeylərə riayət etmək lazımdır. Bu şeylərdən biri uşaqlara məsuliyyət vermək və onların şəxsiyyət və şəxsiyyətlərinin inkişafına köməkçi olmaqdır. Övladımıza bir vəzifə və məsuliyyət verməmiz onun özünü qiymətli və əhəmiyyətli biri olduğunu hiss etməsinə və nəticədə özünü nəzarət etməsinə və şəxsiyyətinə ləkə gətirəcək hər cür səhv hərəkətlərdən qaçınmasına səbəb olar. Amma uşağın şəxsiyyət və şəxsiyyəti inkişaf etməzsə, bu onun gedərək üzsüz bir quruluşa sahib olmasına və ətrafındakı insanların ona qarşı rəftarlarını əhəmiyyətsiz hesab etməsinə gətirib çıxarar. Belə birini tərifləsəniz də ayıblasanız da artıq onun üçün fərq eləməz. Hətta onu cəzalandırsınızsa və döysəniz belə buna əhəmiyyət verməz. Belə bir kimsəni, yaxşı bir iş gördüyündə mükafatlandırdığınızda və səhv bir etdikdə cəzalandırdığınızda reaksiya göstərməz.Bu reaksiyasızlıq uşaq üçün çox təhlükəlidir; çünki artıq hər şeyə qarşı tərbiyəsiz olan bir uşağın islah olması, düzəlməsi çox çətin olar.

Bəzi ana və atalar, övladlarını etdikləri səhv və çirkin bir iş üzündən danladıqlarında, uşaqlarının onlara qarşı əsəbiləşərək özlərini müdafiə etməyə cəhd etmələrindən şikayətlənərlər. Əslində uşaqların bu tutumu, seviniləcək bir şeydir və valideynlərin bu hadisədən narahat olmamaları lazımdır. Bu, övladınızın bir sıra şeyləri anladığını və şəxsiyyətinə ləkə gəlməsini istəmədiyini göstəricisidir. Yaxşı və pisi özünə görə yoxlamaq müsbət bir sifətdir. Amma bir uşaq, həssaslığını itirsə bu onun üçün pis bir vəziyyətin ifadəsidir. Necə ki əliniz ilk dəfə isti bir qazana dəydiyində yanar; ancaq bu yanma hadisəsi sıx-sıx təkrarlansa yavaş yavaş əlinizdə ölü bir dəri təbəqəsi meydana gələr və artıq əliniz isti bir şeyə dəydiyində istiliyi hiss etməməyə səbəb olar. Çünki o incə dərinin yerinə artıq qalın bir dəri gəlmişdir və həssaslıq itmişdir. Uşaqlar da belədir. Bir uşaq həssaslığının itirəcək şəkildə səhv tərbiyə edildiyində, onu düzəltmək öyrətmək və ona bir şeyləri izah etmək çətinləşər. Elə ana və atalar vardır ki uşaqlarına bir işi etdirmək istədiklərində bir neçə pis söz istifadə etmədikləri müddətcə uşaqları o işi yerinə yetirməzlər.

Uşağa doğru olanı etdirmək üçün bu cür bir metoda müraciət etmək olduqca səhv və təhlükəlidir. Çox təəssüf ki bu üsul, bəzi ata və analar tərəfindən mənimsənən bir təhsil metodu halına gəlmişdir. Halbuki bunun yerinə, uşağa məsuliyyət verərək onun şəxsiyyətini inkişaf etdirməyə çalışmaq ən doğru olan yoldur.

Ayətullah Hairi Şiraziyə təşəkkür edirik

Media-İslam.Com Portalının yazarı İlkin Hüseyni

  [Məqalələr] | Oxunub: 1031 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz