Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Fevral » 25 » Xocalı soyqırımı və milli matəm günü
Xocalı soyqırımı və milli matəm günü
15:16

Bağışlayan və mehriban Allahın adı ilə

   1988-ci ildən başlamış ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

   Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

    1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. ermənilər hətta meyitləri də təhqir etmişlər. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir.  

                                  Yekun nitqi

Əziz bacılar, qardaşlar, dostlar!

   Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının On altınçı ildönümünü yaşayaraq, qeyd edərək eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılara onlarla bir yerdə olduğumuzu bəyan edirik. Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir. Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.

Göz yaşı içində inləyir Vətən,

Yurdumun sinəsi dilim-dilimdir.

Ayaqlar altında əzilən, itən

Ərliyim, qeyrətim, igidliyildir.

    Xocalını müdafiə etmək üçün cəmi 150 nəfərlik döyüşçü dəstə vardı. Qarlı dağ yolları ilə şaxtalı gecədə canını götürüb qaçan qadın, uşaq, yaşlılar yolda da erməni yaraqlıları tərəfindən tutularaq öldürüldülər. Ermeni-rus cəlladları hətta ölüləri də təhqir edir, onları eybəcər şəklə salırdılar. Bu qədər şəhid vermiş Xocalı yenə də qəhrəmanliq göstərdi, əli silah tutan xocalilar əsgərlərimizlə yanaşı son ana qədər şəhəri bacardıqları qədər müdafiə etdilər. Aylarca top-tüfəng altında yaşayan Xocalı camaatı canıyla-qanıyala bağlı olduğu bu torpağı asanlıqla tərk etmək istəmirdilər. Xocalılar duşmənlərinin bu qədər qəddar olacaqlarını hardan bilə bilərdilərdi ki? Xocalı ermənilər tərəfindən mühasirəyə alındıqdan sonra da dağ yolu, meşələrin içi ilə keçib Ağdama və başqa əmin yerlərə qaça bilərdilər. Xocalının sağ qalan əhalisi bu gizli yollarla qaçıb canlarını qurtara bilmişdilər. O zamankı hakimiyyətin xocalıları gəlib xilas etmək haqda yalan vədələr verməsi və əliyalın dinc əhalini müdafiəsiz qoyması isə bir milli faciə idi. Xocalı soyqırımı ilə qan yaddaşımız təzələndi. Tarix kitablardan oxuduğumuz, eşitdiyimiz soyqırımının əslində nə olduğunu, xalqımızın erməni faşistləri tərəfindən necə vəhşicəsinə məhv edildiyini biz bir daha Xocalı faciəsində gördük. Bizi bu faciədə bu qədər yandırıb-yaxan isə, bu hadisələrin indi əmin-amanliq içərisində yaşayan sivil dünyanın, guya haqq-ədalət carçısı olan beynəlxalq təşkilatların gözləri qarşısinda baş verməsi idi. Onlarsa baxıb sadəcə susurdular... Bu gün biz hələ də böyük ürək ağrısı ilə qeyd etməliyik ki, bu görünməmiş soyqırımını dünyaya yetəri qədər çatdıra bilməmişik. Öz dərdimizi özümüz deyib özümüz ağlamışıq. Bu dəhşətli Xocalı soyqırımı ilə, topraqlarımızın 20%-nin işğal olunmasi ilə, 1 milyon soydaşimızın ata-baba torpaqlarından didərgin duşməsi ilə - bütün bunlarla hələ də Qarabağ məsələsində dünya ictimaiyyətinə kimin haqlı, kimin haqsız olduğunu subut edə bilməmişik. Tezliklə bu ədalətsizliyə son qoyulmasına ümid edirik. Bu işdə hər birimiz boynumuza düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Yoxsa Xocali qurbanlarinin ruhu bizi bağışlamaz!!!!!!!

• 613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.

• 487 nəfər yaralandı.

• 8 ailə bütövlükdə məhv edildi.

• 25 azyaşlı uşaq hər iki validəynini itirdi.

• 130 uşaq validəynlərindən birini itirdi.

• 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

• 1000 nəfərdən çox şəhər sakini əlil olub.

• 1275 nəfər əsir və girov götürüldü.

• Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil...

Xocalımın dərdi kimi dərd hanı Şəhidlərin ruhu gəzir dünyanı. Almayınca hər bir qana on qanı, Atsalar da alovların dilinə, Bu dərd ilə can vermərəm ölümə!

ALLAH Şəhid olanlara Rəhmət eləsin, Ailələrinə də Hüzur versin !

                                                    http://vaxt.azeriblog.com

  [Məqalələr] | Oxunub: 1262 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz