BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ “Həqiqətən, mö’minlər nicat tapmışlar! Onlar namazlarında zəlil olub, boyun əyərlər! Onlar ləğv işlərdən (bihudə əməllərdən) üz döndərərlər” (Muminin, ayə 1,2,3) Allah-təala əzəli elmi ilə bütün faydasız əməlləri ləğv adlandırmışdır. Həmin ləğv əməllərin sırasında musiqi özünə məxsus yer tutur. Narkotik maddələrin və spirtli içkilərin qadağan olunmasında əsas səbəb onların insanları təbii haldan çıxarıb idarə etmələridir. Musiqi də belə bir keyfiyyətə malikdir. Musiqi dinləyən şəxs getdikcə ona aludə olur. Çünki əksər nəğmələrin möhtəvası qadın gözəlliyini iffətsiz şəkildə vəsf etməklə insanları ekstaz vəziyyətə salmaq üçün tərtib olunur. Zaman keüçdikcə insan şəhvət dolu nəğmələrə qulaq asmaqla ekstaz halına düşür. Onu dinləyənlər şəhvətdən başqa ayrı bir şey haqqında düşünmür ki, bu da bir növ məstlikdir. Məxsusən bu məqsədlə yaradılan şoulara diqqət edərkən məlum olur ki, oraya yığışanlar necə öz üzərində kontrolları itiririrlər. Qadın gözəlliyi həyasızlıqla təsvir olunan nəğmələrə qulaq asanlar onu şəhvətlə dinləyib vəsf olunan şeyləri gözləri önündə cənlandırırlar. Ailədə və ictimaiyətdə iki kəlimə şirin danışmağı bacaramayan cavanlar həmin ekstaz vəziyyətdə həmin müğənninin hətta ayaqlarını belə yalamağa hazırdırlar. Musiqinin ritmi gücləndikcə insan daha artıq dərəcədə təhrik olur və nəticədə insaniyyətə sığmayan hərəkətlərə yol verir. Belə şoular insanları kollektiv şəkildə heyvani hərəkətlərə sövüq etmək üçün qurulur. Hətta narkotik maddələrin belə kütləvi heyvanlaşdırma qabiliyyəti yoxdur. Şəhvətpərət kişi və qadınların spirtli içkilərə, narkotik maddələrə və musiqiyə şiddətli şəkildə bağlılıqları dediklərimizi təsdiqləyir. Normal insan bir anlıq oturub təfəkkür etsə başa düşər ki, əyyaşlıqla keçirilən ömür heç bir məntiqə sığmır. Allah tərəfindən verilmiş qısa bir ömürü elə mənalı yaşamalısan ki, sonralar dönüb geri baxanda o faydasız keçən günlərə görə təəssüflənməyəsən. Daha özünə nifrət etməyəsən ki, axı mən hansı ağılla özümü alçaldıb filan müğənninin əlini öpdüm. “Bütlərdən və batil sözlərdən uzaq uzaq olun” (Həcc, ayə 30) 1. Rəsulullah (s): “Allah-təala məni aləmlərə rəhmət göndərib. Mən sazı, ney və cahiliyyət adətlərini yığışdıracağam (qadağan edəcəyəm)” (Biharul-ənvar, 79/250) 2. Rəsulullah (s): “Allah-təala dünyada iki səsi lənətləyib: ney avazını və müsibət zamanı qoparılan şivən səslərini” (Kənzul-ummal, hədis 40661) 3. İmam Sadiq (ə): “Ğina o şeylərdəndir ki, Allahın ona görə cəhənnəm odunda yanmaq vədəsi veribdir. Allah-təala Quranda buyurub: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlıqdan insanları Allah yolundan azdırmaq üçün bihudə sözləri satın alarlar. Məhz belələrini xar edici bir əzab gözləyir” () 4. Rəsulullah (s): “Ğina zinanın tilsimidir (açarıdır)” (Biharul-ənvar, 79/247) 5. Rəsulullah (s): “Üç şey insanın qəlbini qaraldar: Qinaya qulaq asmaq, şikar etməyə aludə olmaq və sultanın sarayına tez-tez getmək” (Biharul-ənvar, 79/247) 6. İmam Sadiq (ə): “Ğina özündən sonra nifaq yaradır” (Biharul-ənvar, 79/247) 7. Rəsulullah (s): “Dörd şey insanın qəlbini qaraldar. Su toxumu cücərtdiyi kimi onlar da qəlbdə nifaq ağacını cücərdər. Musiqiyə qulaq asmaq, söyüş söymək, sultanın qapısına tez-tez gedib gəlmək və şikar etməyə aludə olmaq” (Biharul-ənvar, 79/252) 8. Rəsulullah (s): “Müğənni Allah-təala tərəfindən lənətlənib, hər kəs müğənniyə yer verə və onun qazancından yesə o da məlundur” (Biharul-ənvar, 79/212) Muğənniyə yer vermək yəni onun gördüyü işi tərif edib dəstəkləmək. Muğənni üçün ayağa durub ona ehtiram göstərmək də bu məfhuma daxildir. Allah-təala belə insanları lənətləyib. Çünki belələ insanlara ehtiram göstərmək eynən İlahi əmrə etiraz etmək kimidir. 9. İmam Sadiq (ə): “Muğənniyə qadının qazancı haramdır” (Mustədrəkul-vəsail 13/91) 10. İmam Sadiq (ə): “Munəccim məlundur, kahin məlundur, sehirbaz məlundur və muqənni məlundur. Hər kəs muğənniyə yer verə və onun qazancından yesə məlundur” (Xisal şeyx Səduq) 11. İbrahim ibn Əbi Bəllad: “İmam Musaye Kazım (ə)-a dedim: Ağa sizə qurban olum sizin şiələrinizdən bir nəfərin muğənniyə kənizləri var. Onların qiyməti on dörd min dinardır. Həmin şəxs bu pulun üçdə bir hissəsini sizin üçün ayırıb. İmam buyurdu: Mənim o pula ehtiyacım yoxdur. Çünki müğənniyə qadının pulu itin pulu kimi nəcis və haramdır.” (Qurbul əsnad) 12. İmam Rza (ə) : “Muğənniyə qadının qazancı haramdır, növhə deyən qadının qazancının işkalı yoxdur. Bərbər qadın əgər şərt etməsə və ona verilən məbləği qəbul etsə onun da qazancının eybi yoxdur. Bu şərtlə ki, yad qadının saçını başqa bir qadının saçına qaynaq etməsin (birləşdirməyə). Amma əgər qoyun tükünü qaynaq etsə eybi yoxdur. Rəsulullah (s) yeddi tayfanı lənətləyib: Yad qadınların saçlarını saçına qaynaq edən qadınları, özlərini kişiyə oxşadan qadınları və özlərini qadınlara oxşadan kişiləri, dişlərini aralayanları, əllərinə tatuaj edənləri, özünü başqa bir kişiyə nisbət verənləri, zövcəsindən qafil olan kişiləri. Zövcəsindən xəbərsiz olan kişi dəyyusdur. Rəsulullah (s) buyurub: Dəyyusu öldürün .....rüşvət almağın hökmü böyük olan Allaha küfr etmək kimidir” (Fiqhul-Rza) Əsla belə təsəvvür etmək düzgün deyil ki, İslam dini musiqini tam şəkildə qadağan edir. İslam dini tərkibində ğina olan mutrib (şəhvət yaradıb insanı vəcdə gətirən) musiqiləri haram edib. İnsanlarda vətənpərvərlik ruhunu alovlandıran musiqilər o cümlədən hərbi marşlar məqsədə uyğundur. Sual: Əgər şəhvətpərəstlik, spirtli içkilər içmək və ğinaya qulaq asmaq əqlin süqutuna səbəbdirsə bəs onda nəyə görə avropalılar bu məsələdən istisna olublar? Əksinə onlar elmi texniki tərəqqinin ən yüksək nailiyyətlərini əldə ediblər? Cavab: Adını çəkdiyiniz qərbdəki elmi texniki tərəqqi alkoqola qurşanmış barlarda və şoularda ekstaz musiqilərdən məst olmuş beyinlərin məhsulu deyil. Əksinə onlar hər cür əyyaşlıqdan uzaq olan alimlərin zəhmətlərinin nəticəsidir. Bəli qərb elmi texniki tərəqqidə böyük nailiyyətlər əldə edib bunu inkar etmək olmaz. Amma qəbin əxlaqi fəsadlara uğradığını da yaddan çıxarmaq olmaz. Bir tərəfli inkşaf və tərəqqi kifayət deyilı İnkşaf gərək hər tərəfli olsun. Əgər inkşaf həm ruhi, həm əxlaqi və həm də elmi cəhətləri əhatə etsə onda həmin cəmiyyəti kamil adlandırmaq olar. Qərbdə ailə məfhumunun mənasını itirdiyini, qaunsuz doğulan uşaqların sayının gün-bəgün çoxaldığını, qətl və cinayətlərin artması bütün bunlar şərab, ğina və narkotikanın nəticələri deyilmi? Qərbin məhdudiyyətsiz azadlığına vurulanlar yalnız omanist və liberalist təfəkkürlərin əsrələrini müşahidə edərək onlardan təqlid etməyi daha üstün tuturlar. İctimaiyyətdə sərhədsiz azadlığın tərəfdarları zaman keçdikcə yaşadıqları həyatdakı puçluğu gördülkcə özünə qapanmaya, iztiraba düçar olurlar. Onlar bu boşluğu doldurmaq üçün narkotika, şərab və ekstaz musiqilərə üz tuturlar ki, hər şeyi yaddan çıxarsınlar. Məst və xumar olan ətrafında baş verənləri necə dərk edə bilər? Yaradılış hədəfindən uzaqlaşıb ətrafda baş verənlərdən xəbərsoiz olmaq ən böyük faciə deyilmi? Bütün həyati sərmayəsini puç edib havaya sovuran insanı aqil saymaq olarmı? Ən böyük sərmayəısini (insaniyyətini) puç və tarı-mar edəni aqil saymaq olarmı? ELMAN İBADOV kerrar@mail.ru
Materiallardan istifadə edərkən istinad vacibdir.
|