Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Dekabr » 16 » Həzrət Əlinin (ə) dostları
Həzrət Əlinin (ə) dostları
15:39

Mərhum Əllamə Məclisinin "Biharul-ənvar” kitabında sünni təriqi ilə belə nəql olunur: "Allah-taala Əlinin (ə) üzünün nurundan 70 min mələk xəlq etdi ki, qiyamət gününə qədər onun özü və dostları üçün istiğfar etsinlər”.  Həzrət Peyğəmbər (s) buyurur: "Od odunları yandırıb , aradan apardığı kimi Əliyə münasibət göstərmək də günahları yandırıb aradan aparır” (Həmin mənbə). Lakin öz-özlüyün sevdiyini söyləmək kifayət edərmi?! Əlbəttə ki, yox. Vilayət- Əhli-beytlə (ə) dostluq edib, məhəbbət bəsləmək, dini işlərdəki əmrlərinə tabe olmaq, onların getdiyi yola gedib, əməl və əxlaqlarını mənimsəməkdir. Onların haqqını tanımaq, haqq imam olduqlarına etiqad bəsləmək isə füruiddindən deyil, üsuliddindəndir” ("Məcməul-Bəhreyn”).

Seyyid İsmayıl Himyəri (r.ə.) Əhli-beyt (ə) şairlərindən və məddahlarından biri idi (173-ci ildə vəfat edib). O, Həzrət Əlinin hər bir fəzilətinə dair bir qəsidə qoşmuşdu. Hansı məclisdə iştirak etsəydi Əhli-beytin fəzilətlərindən birini bəyan edərdi. O, vəfat edərkən təəccüblü və kəramətli bir hadisə baş verdi. Belə ki, seyyidin vəfatı yaxınlaşdıqda onun müxalif qonşuları onun görüşünə gəlir. Seyyid çox çox nurani bir simyaya malik idi və həmin halda nə üçünsə həsrət çəkirdi.  Birdən üzü qaralmağa başladı. Qaraltı artaraq üzünün hər yerini bürüdü. Onun düşmənləri sevinib tənə vurmağa başladılar.

Sonra o üzünü Nəcəfi-Əşrəfə tutub dedi: "Ya əmir əl-muminin, necə razı olarsan ki, sənin dostlarınla bu cür rəftar etsinlər?”. Bu cümləni üç dəfə təkrar etdikdən sonra alnının ortasından bir nur zahir oldu, yavaş-yavaş genişlənərək, bütün üzünü tutdu. Sanki 14 gecəlik aya bənzəyirdi. Seyyid Himyəri sevinərək bu şeri oxudu: "Əlinin (ə) öz dostlarına çətinliklərdən nicat verəcəyinə inanmayanlar yalan demişlər! Allaha and olsun ki, elə indi behiştə daxil oldum və Allah mənim günahlarımı bağışladı. Ey Əlinin dostları, sizə müjdələr olsun! Ölənə qədər Əlini sevib dost tutun, ondan sonra bir-bir övladlarını sevin, çünki onlar imamətə layiqdirlər!” ("əl-Qədir”, cild 3; Şeyx Tusi, "Əmali”).

"Biharul-ənvar”da nəql olunur ki, Abdullah ibn Abbas (r.ə.) can verən halda dedi: "Pərvərdigara, Mən Əli ibn Əbu Talibi sevməklə sənin dərgahına yaxınlaşıram”.

                                                                            Ayətullah Dəstğeyb, "Böyük günahlar”, cild 1).

  [Hekayələr] | Oxunub: 1277 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz