Hər
bir müsəlman söz yox bütün işlərində Allah-təalaya təvəkkül edib sonra işə
başlayır. Amma görəsən təkcə təvəkkül etmək kifayətdirmi? Bəlkə bundan daha
mühüm bir məsələni biz nəzərdən qaçırırıq. Elə bu cəhətdən rəvayətləri
axtarmağa başladıq və tapdığımız bəzi nəticələri sizinlə bölüşməyi qərara
aldıq.
Seyyid
Bərqi İmam Sadiq (ə)-dan mötəbər sənədlə nəql edib:-“Hər kəs istixarə etmədən
bir işə başlasa və nəticədə bəlaya mübtəla olsa, Allah həmin bəlaya görə ona
heç bir əcr verməyəcək” Allah-təala bəndələrinə bütün bəlalara görə əcr verir.
Hətta əgər özünün ticarət işində ziyan çəksə həmin ziyana görə də Allah ona
savab verəcək. Hədisdən məlum olduğu kimi savabın şərti bəndənin işə başlayanda
Allahdan istixarə istəməsindən asılıdır.
Seyyid ibn Tavus mötəbər sənədlə İmam Sadiq (ə)-dan nəql edib:-“Hər hansı bir
işə başlayanda əgər Allah-təaladan xeyir tələb etsəm bəla və ya rahatlıqla üzləşməkdən
heç bir qorxum yoxdur. Atam (yəni İmam Bağır (ə)) mənə Quranı təlim etdiyi kimi
istixarə etməyi də öyrətdi” Hədisdən görünür ki, hətta məsum imamlar belə işlərini
istixarə ilə əncam veriblər. İmamların (ə) işləri bizə örnəkdir.
İmam
Baqir (ə):-“Biz Quranı öyrəndiyimiz kimi istixarə etməyi də öyrənirdik”
İmam
Sadiq (ə):-“Hər kəs aləmlərin Rəbbindən istixarə edib (yəni Allahdan məsləhət və
məşvərət istəyib) Allah da onu xeyri və məsləhəti olan işlərə çatdırıb.
Baxmayaraq həmin bəndə Allahdan onu istəməyib”(Biharul-ənvar. 91/223)
İmam (ə)-n
buyurduğuna əsasən bəndəsinə valideyndən də mehriban olan Qadir Allah heç vaxt
ondan məsləhət və məşvərət istəyəni məyus etməz. İnsan hansı işin ona xeyr və
ziyan olduğunu dərk edə bilmədiyi kimi bəzən Allahdan çox təkidlə tələb etdiyi
hacətin əksi ilə üzləşəndə elə güman edir ki, Allah-təala ona qarşı ədalətlə rəftar
etmir. Amma bəndə bunu yəqin bilməlidir ki, Allahın hər bir işi hikmət əsasındadır.
Baxmayaraq ki, bizim istəyimizlə uyğun olmaya. Bəzən bəndə can atdığı işin həqiqətdə
onun zərərinə olduğunu bilmədiyindən onu ələ gətirmək üçün axıra qədər ona tərəf
səy edir. Amma Allah-təala onu həmin hacətinə yetişməkdən yayındırır.
İmam
Zeynulabidin (ə)-dan nəql olunub:-“Hər işdə səbr edib Allahdan razı olmaq
Allaha layiqli və müti bəndə olmağın nışanəsidir. Hər kəs bəlanın müqabilində səbr
edib Allahın onun üçün höküm edib təyin etdiyi işlərə razı olsa, istər həmin
işlər onun istəyi ilə uyğun olsun ya olmasın, bunu bilməlidir ki, Allah yalnız
xeyri olan işləri ona rəva görəcək.”
Mərhum
Koleyni Imam Sadiq (ə)-dan nəql edib:- “Qurani
kərimlə fal açmayın”.(Usulul-kafi. 2/629, hədis 7) Alimlərimiz
bu hədisdən məqsədin Quranla fal açıb gələcəkdən xəbər verənlərin işlərinin müqəddəs
şəriətdə haram olması haqqında xəbər verdiyini isbat ediblər. Çünki bəzi cahil
insanlar bu cür işbazların fitnələrinə uyub Qurani kərimin gələcəkdən xəbər
verməsini güman edirlər. Nəticədə həmin işbazlar Qurani kərimdən qazanc mənbəyi
kimi istifadə edirlər. Bəlkə də Qurani kərimlə fal açmağın haram olmasının səbəblərindən
biri də bəzi insanların müəyyən əlamətləri yaxşılığın və bəzilərinin pis bir
işdən xəbər verməsinə işarə kimi qəbul etdiklərindən onlar Quran ayələrinə də o
nəzərlə yanaşacaqlar. Yəni əgər Quranla fal açmağa icazə verilmiş olsa
yavaş-yavaş camaat arasında ona etiqad zəifləyəcək. Nəticədə Quran insanların həyat
konsepsiyasını təyin edən kitab kimi yox falçıların və murtazların əlaltı vasitələrinə
çevriləcək. Amma Quranla istixarə etməklə fal açmaq məsələləri tamamilə fərlidirlər.
Çünki Quran vasitəsilə istixarə Allahdan məsləhət və məşvərət etmək deməkdir.
Amma fal açmaq isə gələcəkdə baş verəcək işlər haqda xəbər vermək sayıldığından
haramdır. Çünki gələcək xəbərləri qeyb aləminə aid olduğundan kiminsə ondan xəbərdar
olduğunu iddia etməyə haqqı yoxdur. Hər kəs bu iddianı etsə yəqinən kafirdir. Məsum
imamların və peyğəmbərlərin buyurduqlarından hasil olmuş əqidəmizə görə Allah-təala
qeyb elmini istədiyi bəndələrinə verə bilər. Həmin bəndələr təqvalarına görə
Allah dərgahında məqam və mənzilət sahibi olan peyğəmbərlər, məsum imamlar və bəzən
də övliyalar ola bilər. Qurani kərimdə buna dair çoxlu misallar vardır. Heç
peyğəmbərləri misal gətirmədən adi adamlardan həzrət Musanın anası, həzrət
İsanın anası və ya həzrət Süleyman Peyğəmbərin vəziri Asif ibn Bərxiya bunalara
misaldır. Bəhsimiz uzanmasın deyə məqalədə onları bir-bir zikr etməkdən yan
keçməyi qərara aldıq.