Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Oktyabr » 12 » İslamda zarafat
İslamda zarafat
11:30

Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

     İslam dinində zarafatın pis və yaxşı əməl olması ilə bağlı tam surətdə hökm verilmir. İslam nöqteyi-nəzərinən zarafat nisbi bir rəftar tərzidir. Bəşəriyyətə əxlaq nümunəsi kimi göndərilən Peyğəmbər Rəsuli Əkrəm (s)-in və onun pak Əhli-beytinin (ə) həyat və sünnəsinə nəzər saldiqda,  zarafatın bəzi  hallarda mənfi , bəzi hallarda isə müsbət bir əməl kimi  qeyd olunduğunu görürük.

 

 Peyğəmbər (s) buyurur: “Mömin zarafatcıl və xoş təbiətli, münafiq isə qəmgin və qəzəbli olur”

Həzrəti Əli (ə) buyurur: “ Peyğəmbər (s) öz səhabələrindən birini qəmli görsəydi, zarafat etməklə onu xoşhal edərdi.” ( Mustədrəkul-vəsail:c-2/s-77.)

Peyğəmbər (s)buyurmuşdur: “ Mən zarafat edirəm. Amma haqq sözdən başqa bir söz demirəm.” (Məhəccətul-beyza:c-5/s-232)

     Həzrəti Muhamməd (s) buyurur: “ Ey Əli! Zarafat etmə ki, bununla öz dəyərini itirmiş olarsan. Yalan danışma ki, bununla iman nurun aradan getmiş olar.” (Biharul-Ənvar,77-ci cild,3-cü fəsil,10-cu dərs)

     Rəsuli Əkrəm (s) başqa bir hədisdə buyurur: “Həddən artıq zarafat insanın abrını aparır .” ( Əl-əmali .Şeyx Saduq, səh-223/hədis 4)

     İmam Əli (ə) buyurur: “Çox zarafat etmək insanın şəxsiyyət və dəyərini aşağı salır”

     İmam Hadi (ə) buyurur: “ Boşboğazlıq ağılsız insanların zarafatı və axmaq insanların işidir.” (Biharul-Ənvar; 75-ci cild/s-369 .Beyrut nəşri)

 

Nəql olunan hədislərdən belə qənaətə gəlirik ki, zarafat əxlaqı gözəlliklərdən birirdir. Lakin hər bir işin həddi olduğu kimi zarafatında həddi var. Əgər zarafat  həddi aşarsa  mənfi nəticələri olar. Zarafat edərkən ifrata varmamalı, qəlb qırmamalı, yalan və iftiraya yol verilməməlidir. Zarafat zamanı gərəkdir ki,insan  başqalarına qarşı əziyyət verəcək şəkildə yüngül olmasın. Mömin əlbəttə gülər üz olmalıdır bir şərtlə ki, öz ədəbini və əzəmətini saxlasın. Buna görə də hər bir müsəlman zarafat edərkən müsbət və mənfi cəhətləri nəzərdə tutmalıdır. İslamda təyin olunmuş həddi gözləməlidir.

.

 

 

                                                                                          

 

                                                                                      

  [Məqalələr] | Oxunub: 819 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz