Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Avqust » 19 » Xüms (2-ci hissə)
Xüms (2-ci hissə)
12:59

Xums dinin zəruri məsələlərindəndir. Bu ilahi vacibatı inkar edən kafirdir. Qurani-kərimdə və Rəsulullahdan nəql olunmuş hədislərdə onu ödəməyə ciddi surətdə təkid olunub. Hər kəs xumsu ödəməkdən imtina etsə və hətta əgər bir dirhəm xumsda səhlənkarlıq göstərsə Rəsulullaha və onun pak əhli-beytinə zülm edib onların haqını qəsb edənlərin zümrəsindən sаyılаcаq. Xumsu özünə halal edən kafirdir.

Muhəmməd ibn Zeyd Təbəri nəql edib: “İmam Əbul Həsən Əli ibn Musa Rzanın (ə) şiələrindən biri ona məktub yazıb xumsdan özünə xərcləmək haqqında icazə istəyirdi.

Əli ibn Musa Rza cavabında ona yazdı: Bismillahirrəhmanirrəhim! Həqiqətən Allah kərim və ruzu verəndir. Hər bir əməlin müqabilində savab verməyə söz verib. Hər çətinlikdən sonra rahatlığın  olacağına zamin olub. Mal yalnız Allahın icazə verdiyi yoldan halal olar. Xums dinimizə və ailəmizə köməkdir. Biz xumsu mənimsəyəcək adamlara etibar etmirik. Haqqımızı bizdən almayın. Sizə vacib olmuş haqqımızı verməməklə özünüzü bizim duamızdan məhrum etməyin. Çünki xümsun verilməsi ruziniz üçün açar, günahlarınızdan pak olmaq üçün vasitədir. Xums qiyamətin günü üçün hazırladığınz azuqədir. Həqiqətən müsəlman Allah ilə bağladığı əhdinə vəfa edər. Dildə təsdiq edib, amma qəlbdə müxalif olan müsəlman deyil. Vəssəlam!”

Muhəmməd ibn Zeyd nəql edib: “Xorasan əhlindən bir dəstə İmam Rzanın (ə) xidmətinə gəldilər. Onlar İmam Rzadan (ə) xahiş etdilər ki, xumsu onlara halal etsin və bununla onlar xums verməkdən azad olsunlar.

İmam Rza (ə) buyurdu: “Halal etmirəm, halal etmirəm. Sizin heç birinizə halal deyil. Siz dildə bizə dost olduğunuza etiraf edirsiniz, amma Allahın bizim üçün təyin etdiyi  haqqımızı ələ keçirməyə çalışırsınız. Heç vaxt heç vaxt sizlərdən  kiməsə bu haqqımızı halal etmərik!”

Əbu Bəsir İmam Muhəmməd Təqidən (ə) nəql edib: “Hər kəs Allahın icazə vermədiyi xumsdan bir şey alsa aldığı ona halal deyildir.”

Əbu Hüseyn Muhəmməd ibn Cəfər Əsədi nəql edib: “Şeyx Əbu Cəfər Muhəmməd ibn Osman Öməri İmam Zamanа (ə) yazdığım sualın cavabında mənə yazmışdı: “Sən haqqımızı icazəsiz istifadə edib onu özünə halal edən şəxs haqqında soruşmusdun, bunu bil ki, icazəmiz olmadan  bizim haqqımızdan istifadə etməsi haramdır. Hər kəs bu işi görsə məlundur və onlar bizim düşmənlərimizdir. Çünki Rəsulullah (s) buyurub: Allahın Əhli-beytim üçün ayırdığı haqqı özünə halal bilən kəs Mənim və bütün peyğəmbərlərin dilində məlundur. Hər kəs haqqımızı verməməklə zülm etsə o bizə zülm edənlərin zümrəsindədir. Allahın lənəti ona layiqdir. Çünki Allah-təala buyurub: “Agah olun! Allahın lənəti olsun zalımlara!”

İshaq ibn Əmmar nəql edib: “İmam Sadiq (ə) həmişə deyirdi: Хums əhli xumsdan icazəsiz özünə bir şey alan bəndəni bağışlamasa, onun üzrü Allah yanında qəbul olmaz. Baxmayaraq ki, deyə bilər ki, ilahi bunu öz malımla almışam”. (Vəsailuşşiə, əbvab ənfal, bab 3, hədis 2,3,4,6, 7,11)

Həzrət Əmirulmuminin (ə) Nəhcul bəlağənin 199-cu xutbəsində buyurub: “Allah musəlmanlar üçün zəkat ilə namazı bir yerdə Onun dərgahına yaxınlıq vasitəsi  qərar verilib. Hər kəs zəkatı səmimi qəlblə versə, bu əməl  onun günahlarının kəffarəsi olub odundan onu qoruyacaq. Heç kəs Allah yolunda verdiyi şeyə görə narahat olmasın, verdiyi mala görə təəssüflənməsin. Çünki hər kəs ürəksiz və ikrahla Allah yolunda bir şey verirsə, əslində o adam Rəsulullahın sünnətindən cahildir. Heç bir əcrə layiq deyil və əməli zay olaraq uzun müddət peşiman  qalacaq”

Qeyd etmək lazımdır ki, namaz Allah ilə bəndə arasında rabitədir və hər kəs bu ilahi əmrdən bixəbərdirsə deməli onunla Rəbbi arasında heç bir əlaqə mövcud deyil. Yalnız bu rabitə nəticəsində bəndə İlahi rəhmətə nail olur. Bədbəxt insan o kəslərdir ki, rəbbi ilə heç bir rabitəsi yoxdur. Amma zəkat insanın sair bəndərlə olan əlaqəsinin təzahurüdür. Əslində sair bəndələrlə olan əlaqə də Allahla olan əlaqə sayılır. Çünki Allahlа əlaqə o zaman isbat olur ki, möminin sair bəndələrlə olan əlaqəsi möhkəm olsun вə Allah bəndələrinin çətinliklərindən xəbərdar olub onlarla həmdərd olduğunu əмəldə təsdiq еtsin, imkan daxilində ehtiyacı olanlara kömək göstərsin. Bunun üçün də Allahlа olan rabitənin ən bariz nişanəsi vacib zəkatı verməkdir. Əbəs deyil ki, Qurani-kərimdə 27 ayədə namaz ilə zəkat birgə zikr olunub. Bu da onu göstərir ki, bu iki əməl hər bir fərdin və cəmiyyətin səadətini təmin etməkdə son dərəcə mühüm rol oynayır. Digər tərəfdən, hər bir cəmiyyətdə ən dəhşətli faciə təbəqələr arasinda uçurumun yaranмаsıdır. Cəmiyyətin bir təbəqəsi tam rifah halında, digər təbəqəsi tam ehtiyac içində yаşаyаrsа orada heç bir əmin-amanlıqdan söhbət ola bilməz. Bütün bu fəlakətin qarşısını almaq üçün Allah-təala buyurur: “Malınızdan Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir” (Bəqərə, 195)

Əmirulmuminin Əlinin (ə) bir kəlamında bu nöqtəyə çox zərif və dəqiq şəkildə işarə olunub: “Sərmayə və mal sahibləri cəmiyyətin məhrum təbəqəsinə kömək etməkdən imtina edib paxıllıq göstərsələr, onda məhrum təbəqə də axrətini dünyaya satacaq”

Yəni cəmiyyətdə təbəqələr arasında ixtilafın şiddətlənməsinə səbəb olacaq. Məhrum təbəqə öz ehtiyacını təmin etmək üçün cinayət əl atacaq və bəzən də qiyamların başlanmasına impuls verəcək. Iмам Əlinin (ə) buyurduğu kəlamdan məlum olur ki, zəkatın qəbul olmasının ilkin şərti onu səmimi qəlbdən və rəğbətlə verilməsidir. Deməli hər kəs bu iki şərtlə zəkatı Allah yolunda versə iki ən mühüm nəticəyə yetişmiş olar. 1- Bəndənin keçmiş günahlarının bağışlanmasına səbəb olur. 2- Verilmiş zəkatın cəhənnəm odunun müqbilində sahibi üçün qoruyucu pərdəyə çevrilir.

Əgər bəndə zəkatı ikrahla versə və malına olan məhəbbəti qəlbindən çıxara bilməsə o adam vəzifəsinə əməl edib, amma zəkatın ruhani, mənəvi və əxlaqi bərəkətinə nail olmaz.

Rəsulullah (s) buyurub: “Möminin durduğu yerdən başqa bütün Qiyamətin səhrası od içində olar. Çünki onun verdiyi sədəqə (vacibi zəkat) onun üstünə kölgə salar” (Kafi, 4/3 hədis 6)

İnsanlar iki dəstədirlər. Onlardan bir dəstə zəkatı və sair sədəqəni ürəklə verirlər. Onlar bu əməllərindən həzz alırlar və istəkləri də yalnız Allahın razılığını qazanmaqdır. Onlar verdikləri zəkat və sədəqənin müqabilində heç kəsdən təşəkkür və əcr gözləmirlər. Yalnız İlahi rəhmətə göz dikirlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Sizdən  nə bir mükafat, nə də bir təşəkkür istəyirik” (Dəhr, ayə 9).

Həqiqi mömin malının bərəkətli və daha da artması naminə zəkat və ya sədəqə verməməlidir. Bu işi yalnız Allahın razılığını qazanmaq üçün etməlidir. Çünki Allah-təala onsuz da özünün rəhmət qapılarını onun üzünə açacaq. Bəndənin əməlini qiymətləndirəcək. Rəsulullahdan (s) nəql olunmuş çoxlu hədislərdə maddi çətinlikləri aradan qaldırmaq üçün ən yaxşı və səmərəli yolun sədəqənin olduğu göstərilib. Yəni insan Allah yolunda bir şey verəndə bunu yəqinən bilməlidir ki, Allah-təala onun verdiyindən artıq ona qaytaracaq. Heç də belə deyil ki, bəndə ürəksiz və ikrahla Allah yolunda bir şey versin, amma əvəzində Allahın verdiyindən üsün şey tələb etsin.  

Amma ikinci qisм insаnlаr çox çətinliklə Allah yolunda zəkat və ya sədəqə verməyə razılaşırlar. Bu iş onlar üçün can verməkdən də ağır olur. Onlar verdikləri mala görə daim nigəran olurlar. Bəzən də verdiklərini tez-tez xatılayıb təəssüflənirlər. Onlar zəkatı verməkdə məcbur olduqları üçün könülsüz bu addımı atırlar. Çünki bəzən də onları zəkat verməyə məcbur edən ətrafdakıların baxışları və tənələri olur ki, naçar zəkatı verməyə razılaşırlar. Qurani-kərim munafiqlər haqqında buyurur ki, əgər onlar Allah yolunda bir sədəqə versələr onu ürəksiz və ikahla verərlər. Ona görə də onların əməlləri Allah dərgahında qəbul olmaz. “Onların Allah yolunda verdikləri xərclərin qəbul olmasına mane olan yalnız Allaha və Onun Peyğəmbərinə qarşı kafir olmaları, namazı könülsüz qılıb ikrah hissi ilə mallarından  xərcləmələridir” (Tövbə, ayə 54)

Əksər insanlar paxıllıq və hərislik kimi rəzil sifətlərə malikdirlər. Həmin sifətlər insanları cürbəcür cinayətlərə və ən azı Allah bəndələrinə qarşı rəhmsiz olmağa təhrik edir. Bu cür rəzil sifətləri yalnız zəkat verməklə müalicə etmək mümkündür.

Buna subut Quran ayəsidir: Ey Peyğəmbər! Onların mallarından sədəqə (zəkat) al! Bununla onları paklayıb təmizləyərsən. Onlara dua et, çünki sənin duan onlar üçün bir asayişdir. Allah  eşidən biləndir. (Tövbə, ayə 103)

 

Hacı Elman İbadov:   

email:  kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 909 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Avqust 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz