Sizləri imamət səmasının
parlaq ulduzu, on dördüncü məsumİmam Məhdinin(ə) mübarək mövlud günü münasibəti ilə təbrik
edirik!
Peyğəmbər (s.ə.v.v) buyurmuşdur:
“Əgər dünyanın sonuna bircə gün qalsa, Allah-taala həmin
gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar ,o da dünyanızülmlə dolduğu kimi haqq- ədalətlə doldurar.”
O həzrətin (ə) atası on birinciİmam Həsən Əsgəri (ə), anası isə Rum
padşahının qızı Nərciz (Nərgiz) xanım idi. Nərciz xanım H. İsa (ə) həvarilərindən
olan Şəmunun nəslindəndir. (Bu qızı öz əmisi oğluna
nigah etmək məqamında iş pozulmuş, elə həmin gecəRəsuli Əkrəm (s) və Fatimeyi Zəhra (ə) onun
yuxusuna gəlib İmam Həsən Əsgərini ona göstərmişlər. Sonrayuxuda ona müsəlmanlığıtəlim edərək, onu İmam Həsən Əsgəriyə (ə)
nigah etmişlər. Qız öz məqsədinə çatmaq üçün xəlvətcə şah sarayından qaçıb,
özünü satılmağa gedən kənizlərə qatmış, İmam Əliyyən Nəqinin (ə) amili onu kəniz
adı ilə alıb imamın evinə gətirmiş, o da onu öz oğlu İmam Həsən Əsgəri (ə) cənabları
ilə nigahlamışdır. ) Bu xanımın fəziləti o dərəcə çox olmuşdur ki, İmam
Əliyyən Nəqi (ə)-ın bacısı Həkimə xanım onuöz nəslinin ən fəzilətli xanım, özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrəti Mehdi (ə) bu fəzilətli xanımdan
dünyaya gəlmişdir. Həzrət hicrətin 255 (256)- ci ilində Şəban ayının15-c gecəsi cümə axşamı Samira şəhərində
dünyaya gəlmişdir.
Xilafət hələ İmam Həsən Əsgərinin (ə) imaməti
zamanı hansı vasitə ilə olursa- olsun O Həzrətin canişinini aradan götürmək istəyirdi.
Məqsəd isə imamətəvə nəticə etibarı ilə
şiəliyə son qoymaq idi.Bu məqsədlə zəmanənin
Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı.
(Necə ki, Firon Musa peyğəmbərin dünyaya gəlişinə mane olmaq üçün əlindən gələn
vəhşilikləri etdi, amma buna qadir olmadı. Çünki Allah-taala özvədinə əməl edəndir.)
İmam Mehdinin (ə)
doğumu bu baxımdan gizli saxlanılırdı.
İmam Həsən Əsgərinin (ə) bibisi Həkimə
xanım o mübarəkgünü belə nəql edir:
İmam Əsgərinin evindən xudahafizləşib çıxırdım ki, imam buyurdu: “Ey əziz bibi,
bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək”. Mən sevinib Nərcizin
yanına getdim, lakinonda boyluluqdan
heç bir nişanə görmədim. Heyrətlənib öz –özümə “mən bu uşağın dünyaya gəlməsindən
heç bir əsər- əlamət görmürəm”-deyirdim ki, imam buyurdu: “Ey bibi, narahat olma.
Nərciz Musanın anası kimidir. Uşaqda Musa kimidir! Uşaq sübh azanı deyiləndə
dünyaya gələcəkdir. Uşağın yanına get!”
Bəli, Həzrəti Mehdi (ə) də, Musa peyğəmbər kimi Allah- taalaniniradəsi ilə dünyaya gəlmişdir.
O həzrət dünyaya gələn kimi səcdəyə düşüb kəlmeyi-şəhadəti
deyərək, şəhadət barmağını asimana qaldırıb “Əlhəmdulilləhir rabbil ələmin”oxumuş,
sonra bütün imamların, eləcə də atası İmam Həsən Əsgərinin və özünün imamətinə
iqrar etmişdir. Necə ki, Həzrətiİsa (ə)
da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdir.
Altı yaşında hələ
atası sağ olarkən onu camaatın nəzərindən gizli saxlamışlar. Yalnız seçilmiş şiələr
onu görmüşdür.
Həzrəti Mehdi(ə) iki
dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısa müddətli, digəri isəuzun müddətli qeyb dövrüdür. Atasının şəhadətindən
sonra O Həzrət (ə) Allahın əmri ilə kiçik qeybə çəkildi. Kiçik qeybdövrüxüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb
dövrü isə birinci mərhələnin qurtarması ilə başlamış O Həzrət zühur edənə qədər
davam edəcək. Əlbəttəon ikinci imamın
qeybə çəkilməsinin bütün sirləri bizə məlum deyil. İmamın qeybə çəkilməsinin səbəbləri
sahəsində aşağıda sadaladığımız məsələlərəsas götürülür.
Birincisi bu idi ki, Allah Taala 12-ci
imamı qeybə çəkməklə O Həzrəti ölümdən qurtarmışdır. Xilafət 12-ci imamı hansı
vasitə ilə ilə olur olsun aradan götürməyi özünə vəzifə bilirdi.Əgər həzrət camaat arasında olsaydı, onu mütləq
öldürərdilər və nəticədə İlahi vəzifələriicra etməyə nail olmazdı.
İkincisi, Həzrəti Mehdi (ə) qeybdə olduğu
dövrdə insanların sınağa çəkilməsi idi. İman və əqidəsi möhkəm olanlar o həzrətin
zühurunu gözləmək və çətinliklərə tab gətirməkləAllahın daha böyük mükafatlarına layiq görülərlər.
İmam Museyi Kazım buyurmuşdur:
“Beşinci oğlum qeybə
çəkildikdə dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O
istər-istəməz qeybə çəkiləcək. Onda bəzi möminlər öz əqidələrindən dönəcəklər.
Allaha taala onu qeybə çəkməklə öz bəndələrini sınağa çəkir.”
On ikinciİmam heç bir rejimi rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökümətini
qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, Allahın dinini mükəmməl şəkildə,
heç bir bəhanəni qəbul etmədən icra edir.
İmam Sadiq(ə) buyurmuşdur:
“ Allah-taala Həzrət
Adəm əleyhissalamı yaratdığı gündənQiyamətə qədər yer üzü heç vaxt hüccətsiz olmamış və olmayacaqdır. İstər
zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər
yer üzündə ilahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz”
Allah-taalanın bizlərə lütf etdiyi sonuncu
hüccət, Həzrəti-İmami-Əsr ( Mehdi) (ə) hal-hazırda sağ və salamtdır. Allahın
izni ilə qeybə çəkilmişdir və Allahın əmri ilə zühur edərək dünyanı ədalət
nuruna qərq edəcəkdir, İNŞƏALLAH....