Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Avqust » 17 » Kəhanət, kahinlik, falçılıq
Kəhanət, kahinlik, falçılıq
12:52

 Kəhanət, kahinlik, falçılıq – cinləri təsxir etməkdir. Cinin vasitəsilə oğurlanmış bir malı tapmaq və bəzi qeybi işlərdən agahlıq tapmaq olur. Lakin bu iş böyük günahdır. İslamdan əvvəl kəhanət çox rəvac tapmışdır və bu peşənin çoxlu rəvayətləri vardır. Bəzi şəxslər olurdu ki, bu şeytani rizayətlərə dözür və ruhları xəbisləşirdi. Nəticədə cin onların qabağında ram olurdu. Cinin vasitəsilə keçmişdən və gələcəkdəki hadisələr barəsində agahlıq əldə edirdilər.

İslamda təsxirin bütün növləri, istər cin təsxiri olsun, istərsə də ruh təsxiri, hamısı haramdır və mənfur işlərdən sayılır.

Kəhanət işində hər hansı bir xəbərin doğru və yalan olması bir-birinə qarışmışdır və bu iş insanları çox alçaq dərəcələrə aparıb çıxarır. Məsələn, riyazətlərdən biri budur ki, qırx gecə-gündüz öz sidiyi ilə dəstəmaz alsın və qırx gün Quranı ayağı altına qoysun.

İbni Məhbubun səhih hədisində Leysəndən belə rəvayət etmişdir ki, İmam Sadiq əleyhis-salamın hüzuruna gedib ərz etdi ki, orada bir kahin vardır, itmiş və oğurlanmış şeyləri tapır. Camaatdan bir şey oğurlandıqda həmin kahindən soruşaqmı? -deyə sual etdilər. Həzrət buyurdu: “Hər kəs kahinin, sehrkarın yanına getsə və onu təsdiq eləsə, Allahın kitabına, yəni Qurani-Məcidə qarşı kafir olmuşdur.”

Kəhanət, kahinlik böyük günahlardandır. Bundan da əlavə cinlərin arasında doğru və yalan danışanlar var idi. Digər tərəfdən cinin verdiyi xəbərlər naqisdir. Onların İslam dini barəsində verdiyi xəbərlər naqis və ya yalan ola bilər.

İslam dinində qeybdən xəbər vermək, sehr və kəhanət hamısı haram işlərdəndir. Məsələn, bir kəs rəmmala müraciət etsə və öz gələcəyini ondan soruşsa bu iş haram, İslama qarşı kafir olmaqdır.


http://resulallah.azeriblog.com


  [Məqalələr] | Oxunub: 951 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Avqust 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2021
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz