Xums İslam dininin insanlara vacib etdiyi ən mühüm,
yəni dinin davamlı olmasını təmin edən əməllərdən biridir. Allah-təala bütün bəndələrinə
- istər varlı və istərsə də kasıb оlsun – bu əмələ eyni dərəcədə yanaşmağı əmr
edib. Xumsun vacib olmasının əsas səbəblərindən biri islam ümməti arasında məhrumiyyətlərə
düçar olmuş təbəqəyə yаrdıм еtмəklə onların ehtiyaclarını təmin etməkdən ibarətdir.
Əgər bu ilahi vəzifəyə əməl olunsa ictimai ədalət bərqərar olub təbəqələr arasında
yaranmış boşluğa və ixtilaflara son qoyacaqdır. Təəssüflər olsun ki, bəzən varlı
təbəqənin kasıb təbəqəyə zülm etməsi nəticəsində əmələ gələn uçurumlar onları
biri digərinə düşmən kimi baxmağa təhrik edir. Insanlar arasında yaranmış bu uçurum
sosial bəlaların artmasına zəmin yaradır. Təəssüf ki, мüsəlмаnlаrın əksəriyyəti
bu ilahi vacibat haqqında xəbərsiz olduqlarından müsəlman ölkələrində fəqirlik
dərəcəsində və ondan da aşağı səviyyədə yaşayanlar Аvropa dövlətləri ilə
muqayisədə olduqcaçoxdur.
Muqəddəs islam dininə görə hər
bir insana vacibdir ki, malından bir miqdar fiqh kitablarında göstərilmiş
qaydalara uyğun olduğu halda xums kimi ödəsin. Çünki bu Allah-təala tərəfindən əmr
olunmuş ilahi vacibatdır.
Qurani-kərimdə bu məsələyə
dair ən möhkəm dəlil Ənfal surəsinin 41-ci ayəsidir: “Agah olun! Ələ gətirdiyiniz
hər bir qənimətin beşdə biri (xumsu) Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının,
yetimlərin, miskinlərin və pulu qurtarıb yolda qalan yolçularındır. Əgər doğrudan
da siz Allaha, haqqı batildən ayırdığımız gün, iki dəstənin qarşılaşdığı gün bəndəmizə
nazil etdiyimiz hökümlərə iman gətirmisiniz. Allah hər şeyə qadirdir!”
Mərhum Əllamə Təbətəbai ayəni
təfsir edərkən xumsun nə qədər mühüm olduğunu sübuta yetirmək üçün Əli ibn Məhziyardan
bu hədisi nəql edib:“Əli ibn Raşid mənim üçün nəql edib ki, İmamın (ə)
yanına getdim və dedim ki, Siz haqqınızı möminlərdən almaq haqda mənə əmr
etdiniz. Mən də bu haqda möminlərə xəbər verdim. Onların bəziləri sizin
haqqınızın hansı şeylərdə olduğu haqda məndən sual edəndə mən onlara cavab verə
bilmədim.
Imam (ə) buyurdu: Xums onlara vacibdir.
Soruşdum: Hansı şeylərin
xumsunu verməlidirlər?
Imam buyurdu: Mallarının və
bağlarının xumsunu verməkonlara vacibdir.
Soruşdum: Tacir və sənətkarlar
da gərək xums versinlər?
İmam buyurdu: Əlbəttə, ehtiyaclarını
təmin edib sonra xums verməyə qadir olduqları halda verməlidirlər.
Mərhum Əllamə bu rəvayəti nəql
edəndən sonra deyir: Bu haqda məsum imamlardan bizə yetişən hədislər mutəvatirdir
(yəni мötəbərdir). Bu hədislər xumsun Allaha Peyğəmbərə və Əhli beytdən olan məsum
imamlara, Peyğəmbər nəslindən olan seyyidlərin yetimlərinə və yolda qalmışlarına,
еləcə də fəqirlərinə məxsus olduğuna dəlalət edir. Onlardan başqalarına xums verilməz.
Xums ancaq müharibələrdə əldə olunan qənimətlərdən alınmır. Xumsun luğəti mənası
beşdə bir hissə deməkdir. Amma fiqh istilahında əkinçilik, sənaye, ticarət
, ixtira və sair muəssisələrdə işləmək vasitəsilə ələ gələn qazancın beşdə bir
hissəsini ilahi vəzifə kimi ödəməyə deyilir.
Xums İmama və Rəsulullahın
(s) nəslindən olan seyyidlərə verilir. Amma İmamın qeybət dövründə müctəhidə təhvil
verilməlidir. Çünki İmamın qeybət dövründə müctəhid imamın naibi vəzifəsini yerinə
yetirir. Beytul malın hifz olunub lazımı yerlərdə xərclənməsinə cavabdeh onlardırlar.
Müqəddəs şəriət sahibi mal sahibinə bütün il boyu malından istifadə etməyə icazə
verib. Ilin axırında qazancından artıq qalmış malın beşdə birini verməyi vacib
edib. Xums ayəsi Peyğəmbərin əsrində nazil olub və bu vacibata əməl olunub. Heç
şübhə yoxdur ki, Rəsulullah (s) müharibələrdə əldə olunmuş qənimətlərdən xumsu
alıb. Ticarətdə əldə olunmuş qazancın xumsu muəyyən məsləhətlərə əsasən imamların
zamanına qədər təxirə salındı. Amma imamların zamanında xumsun ödənilməsində heç
bir şübhə yoxdur.
Bəli xums İlahi vacibatlardan
biridir və Allah-təala Qurani-kərimdə onu cihadla yanaşı zikr edib.Bu iki vacibatın (xums və cihad) Qurani-kərimdə
yanaşı zikr olunması onların eyni dərəcədə əhəmiyyətli olduqlarından xəbər verir.
Məsum imamlar bu iki əməli imanın nişanələrindən olduğunu elan ediblər. Çünki
mala olan hərisliyi qəlbdən çıxarmaqla iman öz təsdiqini tapır. İmanlı insan dərk
edir ki, xumsu vacib olmuş maldan istifadə etmək haramdır. Ticarət, xəzinə axtarışı,
mə`dən və dəryalarda əldə olunmuş mirvaridlər bütün bunlar qazanc məfhumu
altına daxil olan faydalardır. Məsumimamlardan nəql olunmuş hədislərdə deyilir ki, Xums Allah-təala tərəfindən
Peyğəmbər əhli-beytinə ilahi bir mərhəmətdir. Bununla da onlara zəkat və sədəqəni
haram etmişdir. Deməli hər kəs xümsu verməkdən imtina edirsə əslində o daxilində
Rəsulullahın əhli beytinə qrşı kinəsinin olduğunu izhar etmiş olur.
İmam Sadiq (ə) buyurub: “Qiyamətin
günündə bəndənin ən ağır vəziyyəti o zaman olacaq ki, xums sahibi Allaha onun
haqqını vermədiyindən şikayət edib deyəcək: İlahi bu adam Sənin mənim üçün onun
malında vacib etdiyin haqqımı vermədi. İlahi bu gün mənim intiqamımı ondan al”(Səfinətul-bihar
1/428)
Əbu Səid Xidri nəql edib: “Biz
Rəsulullah (s) ilə bir nəfəri dəfn etməyə hazırlaşırdıq. Meyyitə namaz qılan
zaman Rəsulullah soruşdu: Bu şəxsin kiməsə borcu varmı? Dəfndə iştirak edənlərdən
bəziləri dedilər: Bəli ya Rəsuləllah (s) o iki dirhəm borclu idi. Rəsulullah
ona namaz qılmadı və buyurdu: Siz ona namaz qılın. Həzrət Əli (ə) Rəsulullaha ərz
etdi ki, ya Rəsuləllah (s) mən onun borcunu ödəməyi öhdəmə götürürəm. Sonra Rəsulullah
(s) ayağa durub ona namaz qıldı. Namazdan sonra Rəsulullah (s) mübarək üzünü Əliyə
tutub dedi: Allah sənə İslamdan ən böyük mükafat versin və səni bütün borclarından
azad etsin, necə ki, sən mömin qardaşını azad etdin!”(Vəsailuşşiə 13/151
bab 3 hədis 2).