Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » İyul » 9 » Ölüyə savab bağışlamaq olarmı? (İbn Həcər)
Ölüyə savab bağışlamaq olarmı? (İbn Həcər)
15:22

Son zamanlar bir sıra şəxslər öz yeni bəyanatları ilə 14 əsrlik İslam ümmətinin illərdir yekdil olaraq qəbul etdiyi hökmləri rədd edir, buna “bidət” adı verirlər. Bu “bəyanatlar” əsasən Quran oxuyub, namaz qılıb, zikr edib və s. ibadətləri icra etməklə onun savabını ölü şəxsə bağışlamaqla bağlıdır. Özlərini əhli sünnətə aid edən bu şəxslər Əhli-beyt şiələrinin bu əməlini pisləyir, hətta irəliyə gedərək “şirk” adlandırırlar. Lakin əslində sünnilər heç də bu əməli rədd etməmişlər. Bunu sübut etmək üçün məşhur əhli-sünnə alimi İbn Həcər əl-Əsqalaninin (1372-1449) “Qəbir aləmi” adlı əsərinə müraciət edib, kiçik bir təhqiqat apardım. Kitabda bir qayda olaraq bərzəx həyatı ilə bağlı olan suallara cavab verilir. Bu kitabda 3-cü sualda belə vurğulanır:

“Ölü üçün sədəqə vermə, qul azad etmə, qurban kəsmə və vəqf olaraq bir şey bağışlamanın savabı ölüyə çatırmı?

Cavab:  Əhli-sünnət alimlərinin əksəriyyəti hesab etmişlər ki, ölü üçün sədəqə verməyin savabı ölüyə çatır və ona fayda verir. Bidətçilərdən bəziləri əhli sünnədən ayrıldılar və belə dedilər: “Ölən şəxs üçün öz etdiyindən başqa heç nə fayda verməz”. 

Həmçinin ölü üçün sədəqənin faydalı olması səhih hədislərlə sabitdir. Bununla əlaqəli hökmlər Buxari və Müslimdə göstərilib.  Hətta Müslimdə İbn Mübarəkdən nəql olunan rəvayətdə deyilir ki, bu barədə ixtilaf yoxdur.

Ölü üçün edilən digər əməllərdən: qul azadı, qurban yaxud da vəqf də sədəqə kimidir və fayda baxımından sədəqə ilə fərqi yoxdur.

Elə alimin verdiyi cavabdan görünür ki, həqiqətən belə iddialar edən şəxs əhli sünnədən çıxmışdır və bidətçidir. Həmin sualın cavabında İbn Həcər vurğulayır:

Əhli sünnət alimləri bədənlə yerinə yetirilən ibadətlər mövzusunda ixtilaf etmişlər. Sələfdən və hənəfilərdən bəziləri Əhməd ibn Hənbəldən gələn bir rəvayətə əsaslanaraq ölü üçün yerinə yetirilən ibadətlərin ölüyə fayda verməsinin səhih olduğunu təsdiq ediblər.

Buxari və Müslimdə Aişədən gələn hədisdə Peyğəmbər (s) belə buyurmuşdur: “Kim üzərində oruc borcu olaraq ölərsə vəlisi onun borcunu tutsun”. İbn Abbasdan gələn rəvayətdə isə deyilir: Peyğəmbərin (s) hüzuruna bir şəxs gəldi və dedi: “Rəsulullah, mənim anam bir aylıq oruc borcuyla öldü, mən onun orucunu tutummu?”. Peyğəmbər (s) buyurdu: “Bəli, qəza et” (əl-Kafü əş-Şafi fi təhric əhadisil-kəşşaf).

İbn Həcər hətta bütün mətləbləri açıqlamaq üçün digər əhli sünnə alimlərinin fitvalarını da dəlil kimi göstərmişdir: İbn Həmdən əl-Hənbəli “Rəayə” adlı kitabında ölüyə fayda versin deyə Allaha yaxınlaşmaq üçün edilən bütün əməllərin ölüyə fayda verəcəyini açıqlamışdır. Bu əməl istər maddi olsun, istər bədəni, fərqi yoxdur. Sədəqə, qul azadı, Quran oxuma, həcc, namaz kimi bütün əməllərin ölüyə fayda verəcəyi deyilmişdir.

Bu məqamdə İbn Həcər “Səhih” kitablarından bu hədisi sitat gətirir: Əbu Qətadə bir şəxsin iki dinarlıq borcuna zamin oldu. Daha sonra zamin olduğu o şəxs öldükdə Əbu Qətadə ona aid borcu ödədikdə Peyğəmbər (s) buyurdu: “Bax indi onun dərisinə sərinlik verdin”.  

İbn Həcərin bərzəx aləmi ilə bağlı 4-cü sualı belə olur: Quran oxumağın savabı ölüyə çatırmı?

Cavab: Mən bu məsələdə Hənbəli məzhəbinin hökmünü üstün tuturam: Oxuyan şəxs ölü üçün niyyət edib oxumağa başlayanda Quran ölüyə fayda verir və savabı da ona çatır.

Məqaləni bu yerdə sonlamaq məncə daha da məqsədə uyğundur. Göründüyü kimi hər hansı bir gözəl əməli yerinə yetirib ölüyə bağışlamaq mümkündür. Bütün bunlar göstərir ki, bu barədə İslam məzhəbləri arasında ixtilaf yoxdur. Bir neçə radikal qruplaşmanın fikri isə 14 əsrlik icma üçün maraqlı olmamalıdır.

  [Təhlil] | Oxunub: 1217 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz