Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » İyun » 4 » Əlif, Lam, Mim...???
Əlif, Lam, Mim...???
16:07

  ŞƏRH.

Quranın mətnində hərf ixtisarı.

Qurani-Kərimin 29 surəsi belə ayrı-ayrı ixtisar olunmuş hərflərlə başlayır ki, bu da “Müqəddəət” adlanır. Bu hərflərin zahirən bir-birilə əlaqəsi yoxdur, daha doğrusu lüğətdə heç bir məna ifadə etmir. Ümumiyyətlə birqayda olaraq hər hansı bir yerdə belə hərf ixtisarları varsa, onları Qurana, onun mənasına həsr olunmuş rəvayətlər izləyir. Artıq bu fakt onu göstərir ki, bu hərflərlə Quranın nazil olması arasında əlaqə var. Məsələn, “ən-Nəml” surəsində buyurulur: “Ta sin! Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir!”(1-ci ayə). Beləcə Quranda belə nümunələr çoxdur.

 

Qurandakı bu ayrı-ayrı hərf birləşləşmələri həmişə sirr olaraq qalmışdır. Alimlərin və təfsirçilərin sözlərinə görə surələrin əvvəlindəki hərflər (“Əlif, Lam, Mim və s. kimi) “Məcazi ifadələr”dir. Onlarda Peyğəmbərdən (səllallahu əleyhi və alihi və səlləm) və onun canişinlərindən (əleyhimüssalam) başqalarına məlum olmayan sirr gizlənib. Lakin onlardan bizə bəzi rəvayətlər çatıb:

İmam əmir  əl-möminin Əli (ə) buyurmuşdur: “Hər bir kitabın öz mahiyyəti (möhtavatı) vardır. Bu kitabın (Quranın) mahiyyəti “İxtisar olunmuş hərflərdədir” (“Təfsir əs-Safi”, cild 1, səhifə 78).

 

İmam Cəfər əs-Sadiq (ə) buyurmuşdur: “Əlif, Lam, Mim”-bu Allahın gözəl adlarından birinin hərflərinin bir hissəsidir. Bu hərflər nizamsız halda Quranın bütün mətni üzrə paylanmışdır və hər dəfə Peyğəmbər (s) və məsum imamlar (ə) Allahı bu adla çağırdıqda, böyük Yaradan onların duasını qəbul edir” (“Məhzən əl-İrfan”, cild 1, səhifə 66).

 

İmam Əli ibn Hüseyn (ə) buyurmuşdur: “Qureyşilər və yəhudilər Quranı bu sözlərlə inkar etdilər: “Bunların hamısı sehirdir. O, özü bunu yazmışdır!”. Bu zaman Allah Təala buyurdu: “Əlif, Lam, Mim, bu (Doğru) kitab...”, başqa sözlə: “Ey Muhamməd! Bu sənə nazil olan kitab ayrı-ayrı hərflərdən təşkil olunub ki, bunların arasında “Əlif, Lam, Mim” də var. Bu həmin əlifbanın hərfləridir ki, siz (insanlar) sözlərdə istifadə edirsiniz. Əgər siz doğruçusunuzsa buna oxşarını yaradın” (“Təfsir əl-Burhan”, cild 1, səhifə 54).

 

Aydındır ki, bu hərflərlə müəyyən bir məna, müəyyən bir böyüklük ifadə olunub. Burada Allah əlçatmazlığı, ucalığı, həmçinin yaradılmış dünyanının sirrləri göstərilib. Əvvəlindən sonuna kimi bütün elmlər, sənayenin inkişafı, insanlar arasında ticarət əlaqələri, nigahlar, ünsiyyət qaydaları, dini haqqlar- hər şey əlifbanı təşkil edən hərflərdən asılıdır. Qədim sivilizasiyalardan inkişafın bu son mərhələsinə çatmaq da insanların əldə etdiyi yazıların, ədəbiyyatların sayəsində baş vermişdir. Hətta Allahın qanunlarının göstərildiyi, Qurandan bəhs edən bu şərh kitabı da hərflərdən təşkil olunub və bütün dünyada müxtəlif dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunaraq istifadə olunur ki, bu da təbii ki, əlifbanı təşkil edəb hərflərin hesabınadır. Bundan başqa həmişə vacib və əhəmiyyətli bir şeyə and verirlər. Hərf ixtisarları da Quranda belə vacib rol oynayır. Buna görə Allah-Təala əlifbanın hərfinə and verərək buyurur: “Nun! And olsun qələmə və yazdıqlarına” (“əl-Qələm” surəsi, ayə 1).

Mötəbər müsəlman alimlərin əsərlərində Qurandakı hərf ixtisarları haqqında yüzlərlə müxtəlif rəvayətlər var. Ən yaxşısı bu sualın cavabına mötəbər şəxsiyyətlərin nəzəri baxmaqdır. Onlar isə düşünürlər ki, bu hərflərin arxasında o fikir durur ki, bu İlahi kitab o qədər böyük və mücüzəvidir ki, natiqləri fəxarələtləndirir, bu insanların istifadə etdiyi adi hərflərdən təşkil olunsada heç bir kəs- nə ərəb, nə də qeyri-ərəb buna oxşarını yaratmaq iqtidarında deyil. Bu bir daha sübut edir ki, müqəddəs Quran insan təfəkkürünün məhsulu deyil, tamammilə vəhylə nazil olub. Buna görə də heç kim Qurana oxşar ikinci bir möcüzə yarada bilməz.

İmam Əli ibn Musa ər-Rza (ə) buyurmuşdur: “Həqiqətən Quran bütün ərəblərin gündəlik istifadə etdiyi hərflərdən təşkil olunmuşdur”.

Allah-Təala buyurur: (Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (“əl-İsra”, 88).

  [Təhlil] | Oxunub: 1374 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz