Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Aprel » 30 » Məzhəbsizlik mümkündürmü?!
Məzhəbsizlik mümkündürmü?!
21:40
   İslamda heç də ənənəvi olmayan bu mövu son vaxtlar aktuallaşır. Allahı, onun elçisini, kitabını qəbul edən şəxslər bunun müqabilində heç bir məzhəbə, təriqətə mənsub olmadıqlarını vurğulayırlar. İlk baxışda bu fikir heç də zidd görünmür, lakin batini cəhətdən bu düşüncə tərzi özü-özünə ziddir. Ümumiyyətlə bu cür inanc mümkün deyil, sadəcə olaraq öz-özünü müəyyən müddətə aldatmaqdır.

Maraqlıdır nə üçün bu cür düşüncə sahibləri əsasən İslama gələn yeni gənclərdir?! Əslində onlar İslamı  canlı şəkildə yaşamaq istəyənlərdir. Quranda buyurulur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (“əl-Ənam”, 159). Göründüyü kimi bu ayədə İslamı firqələrə ayıranlara qarşı kəskin xəbərdarlıq olunur. Ümumiyyətlə Həzrəti Peyğəmbər (səllallahi aleyhi və Alihi və salləm) daima müsəlmanlara qardaşlaşmağı, bir-birini sevməyi, ayrı düşməməyi əmr etmişdir. Çünki Allahın dini kamil dindir və heç kimin bu dini təhrif etməyə nə haqqı, nə də gücü çatır. Quranda buyurulur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (“əl-Maidə”, 3).

Özlərinin “Məzhəbsizlik” ideyalarını müdafiə edən şəxslər məhz bu ayələri dəlil göstərərək məzhəblərə parçalanmağın qadağan edildiyini və hər hansı bir məzhəbi qəbul etməyin batil olduğunu iddia edirlər. Lakin bu cür fikirlər sadəcə olaraq elmin az olmasından qaynaqlanır. Çünki bu gün ardıcılları üstünlük təşkil edən İmam Cəfər Sadiq (ə), İmam Malik, Əhməd ibn Hənbəl və s. alimlər heç vaxt İslamda ayrı bir cərəyan yaratmağı qarşılarına məqsəd qoymamışlar. Həmin şəxsiyyətlərin cızdıqları elm cığırı sonradan müsəlmanlar üçün hidayət işığı olmuş və müsəlmanlar bu elmdən faydalanmışlar.

Bu gün müsəlmanlar arasında fiqhi fərqlər mövcuddur. Bu fərq təkcə şiələrlə sünnə əhli arasında deyil, həmçinin sünnilərin öz məzhəbləri arasında da mövcuddur. İslama fərqli prizmadan baxan bir çox məzhəblər var. Onların hər birinin öz üsulu, fiqhi, elmi var.

Maraqlıdır ki, “Məzhəbsizlər” hansı fiqhə malikdirlər?  Yəni onlar İslami hökmlərdə nədən yararlanırlar?!

Məlumdur ki, müsəlmanların ən mötəbər və mühim mənbəsi Qurandır. Amma Quranda fiqhi hökmlər tam açıqlığı ilə göstərilməmişdir. Bunun üçün Peyğəmbərin (s) hədislərindən istifadə olunur. Bəs məzhəbsizlər hansı mənbələrdən istifadə edir? Əgər “Üsuli Kafi”, “Biharul-ənvar”, “Vəsailüş-şiə” əsərlərinə müraciət etsə şiə alimlərinə təqlid etmiş olar. Yox əgər “Səhih Buxari”, “Səhih Müslim”, “Sünəni Tirmizi”yə yaxınlaşsa fiqhini sünnilərdən öyrənmiş olacaq!

Bəs namazda hansı elemenləri qəbul etmək olar?! Məsələn, sünnilər səhabələrdən nəql olunan rəvayətlərə əsasən namazda əllərini bağlayırlar (bu əməl onlarda müstəhəbdir). Şiələr isə bunun tam əksinə olaraq Əhli-beytdən (ə) nəql olunan hədisləri qəbul edərək əlləri bağlamağı haram bilirlər. İndi bunlardan hansını seçmək olar?

Deməli bir seçim yolu qalır: Bunların qarışığından ibarət fiqh yaratmaq. Deməli ümumilikdə “Məzhəbsizlik” yolu getmək elə yeni fiqh, yeni məzhəb yaratmaq deməkdir.

Beləliklə demək olar ki, “Məzhəbsizlik” hər hansı bir məntiqə, elmə söykənmir. Bu yox olmağa məhkum əqidədir. Biz müsəlmanların vəzifəsi İslamda yeni fiqh, məzhəb yaratmaq əvəzinə, möhkəm araşdırma aparıb haqq yolunu tapmaqdır. Allah-Təala bütün müsəlmanları bu yolda müvəffəq etsin!

  [Təhlil] | Oxunub: 1242 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Aprel 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz