Hənəfi və Şafi məzhəbləri əhli sünnətin dörd haqq məzhəbindən ikisidir. Bu məzhəblərin banisi İmam Əbu Hənifə və İmam Şafi olmuşdur. Bu məqalədə isə onların üsulları, fiqhləri ilə qısaca tanış olaq.
Hənəfi məzhəbi
Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə olmuşdur. Onun əsl adı isə Nüman ibn Sabit idi. İmam Əbu Hənifə Hicri təqvimi ilə 80-ci ildə Kufədə doğulmuşdur. Ailələri maddi cəhətdən varlı idi. Kufə ən böyük elmi tədris mərkəzlərindən sayılırdı. Məsələn, İbn Məsud xəlifə Ömər ibn Xəttabın dövründən, Osman ibn Əffanın hakimiyyət illərinin sonlarınadək Kufədə Quran və fiqh dərsləri vermişdir. Bundan başqa burada Salman Farsi, Əbu Musa Əşar kimi bir neçə səhabə dərs verirdi. Əbu Hənifə də belə bir şəraitdə böyümüşdü.
Əbu Hənifə öz ictihadlarında mötəbər mənbələrə əsaslanardı. Məsələn, Əbu Hüreyrənin rəvayət etdiyi, “Birinizin qabına it batarsa, onu biri torpaq olmaqla yeddi dəfə yuyun” hədisini mötəbər qəbul etməmişdir. Çünki Əbu Hüreyrə buna əməl etmir və qabı üç dəfə yuyurdu.
Əbu Hənifənin özünəməxsus dəstixətti və üsulu vardı. Ümumilikdə İmam Əbu Hənifənin üsulunun yeddi cəhəti vardır:
1- Quran. Bu şəriətin bünövrəsidir və əsl hökmlər ondan çıxarılır. Yəni o şəiətin “konstitusiyası”dır.
2- Hədislər. Bu Quranı açıqlayan və Həzrəti Peyğəmbərin (s) Allahdan aldığı elçilik vəzifəsinin təbliğindən ibarətdir.
3- Səhabələr. Çünki səhabələr şərii hökmləri Peyğəmbərdən (s) bilavasitə olaraq eşitmişlər və ilahi vəhyin gəlişini öz gözləriylə görmüşlər.
4- Müqayisə. İmam Əbu Hənifə Peyğəmbər (s) və səhabələrin sözlərində bir nəticə tapmadığı zaman müqayisəyə başvurardı.
5- İstihsan. Bu açıq (zahiri) müqayisənin hökmünü buxarıb, ona müxalif olan digər bir hökmü qəbul etməkdir.
6- İcma. Bu əslində bir höccət olub, hər hansı bir əsrdə yaşamış müctehidin hökmü üzərində fikir birliyinə nail olmaqdır.
7- Ənənə. Bu Quran, sünnə, səhabələrin tətbiqində bir nəticə tapılmayan məsələ üzərində müsəlmanların təmaülü deməkdir.
Şafi məzhəbi.
İmam Şafi Hicri təqvimi ilə 150-ci ildə Qəzzə şəhərində doğulmuşdur. Bəzi rəvayətlərə görə Şafinin atasının soy-kökü Qüreyş qəbiləsinə bağlanırdı. Anası isə Yəmənli “Əzdilər” sülaləsinə mənsub idi. Bələkdə ikən atasını itirən Şafi 10 yaşında Məkkəyə qohumlarının yanına gedir və təhsilinə burada başlayır.
Şafii Məkkədən Bağdada döndükdən sonra müəllimləri İmam Malikə və İran fiqhini təmsil edən Məhəmməd ibn əl-Həsən əş-Şeybaniyə bağlı qalmamış və özünəməxsus fiqhi yol açmışdır.
İmam Şafi fiqhini beş mənbədən mənimsəmişdir. Özü bunları “əl-Unun” adlı kitabında belə qeyd etmişdir: “İlim müxtəlif təbəqələrə bölünür. Birincisi Kitab (Quran) və sabit olan sünnədir. İkincisi haqqında Quran və sünnədə hökm olmayan ittifaqdır (icma). Üçüncüsü bəzi səhabələrinin sözləridir (Onlara müxalif olan səhabələrin olmaması şərti ilə). Dördüncüsü səhabələrin ixtilafa etdiyi məsələdir. Beşincisi isə müqayisədir” (“əl-Ummu”, cild 7, səhifə 246).
Proffessor Məhəmməd Əbu Zəhra, “İslamda məzhəblər tarixi”.
|