Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2007 » İyul » 29 » İslamda məzhəblər (1-ci hissə- ilkin anlayış)
İslamda məzhəblər (1-ci hissə- ilkin anlayış)
22:36
  İslam sonuncu səmavi dindir. Bu din ulu Tanrının insanlara Həzrəti Muhamməd (s) vasitəsilə bəxş etdiyi bir rəhmətdir. Lakin təəssüf ki, öz mənafeləri naminə İslamdan istifadə edənlərin səyi nəticəsində müsəlmanlar məzhəblərə, firqələrə, təriqətlərə bölündülər.

İslami məzhəblərin sayını müəyyən etmək mümkün deyil. Çünki tarixdə elə cərəyanlar olub ki, onlar bir müddətdən sonra aradan gediblər. Bu gün İslamda ən məşhur məzhəblər cəfəri, hənəfi, hənbəli, maliki, şafi məzhəbləridir. Bu məzhəblər arasında cəfəri məzhəbi istisna olmaqla, qalan dörd məzhəb əhli sünnətin haqq məzhəbləri sayılır. Sünnilər bu dörd cərəyanda ayrılırlar.

Amma cəfəri məzhəbi ümumilikdə şiəliyin yeganə haqq məzhəbi hesab olunur və təqribən şiələrin 90%-i bu cərəyana etiqad edir. Şiə məzhəbində cəfərilərdən başqa “Zeydi”, “İsmayıli” cərəyanları da mövcuddur. Lakin bu məzhəblər müsəlmanlar arasında bir o qədər də maraqla qarşılanmır.

Müsəlmanlar arasında sünnilər say etibarıyla şiələrdən öndədirlər. Müsəlmanların 15%-i şiə, 85%-i isə əhli sünnə məzhəblərinə etiqad edirlər.

Şiələrin çoxluq təşkil etdiyi ölkələr sırasında Azərbaycan, İran, İraq, Yəmən, Bəhreyn var. Digər ölkələrdə isə əsasən sünnilər üstünlük təşkil edir. Lakin ərəb ölkələrində, xüsusən Səüdiyyə Ərəbistanında, BƏƏ-də və s. vəhhabi məzhəbinin ardıcılları üstünlük təşkil edir.

Bu gün Azərbaycanda şiələr (cəfərilər) say etibarıyla öndədirlər (təqribən 65%). Daha sonra etibarıyla sünnilər (hənəfilər) üstünlük təşkil edir. Hal-hazırda Azərbaycanda məzhəb ardıcıllarının dəqiq sayını müəyyən etmək mümkün deyil. Çünki ərəb təşkilatlarının Azərbaycanda “Vəhhabi” məzhəbinin təbliğinə və inkişafına külli miqdarda vəsait ayırması, əsasən gənclərin bu məzhəbə axınına səbəb olur. Bu məzhəbin ölkəmizdə inkişafı Bakıda yerləşən “Əbu Bəkr” məscidinin və bu məscidinin şeyxi Qamət Süleymanovun adı ilə bağlıdır (Bu məzhəblə bağlı ətraflı məqalə növbəti hissələrdə veriləcək).

Digər tərəfdən “Türkiyə Dəyanət Vəqfinin” və digər təşkilatların yardımıyla əhli-sünnə məzhəbinin, daha dəqiq qeyd  olunan məzhəbin “Hənəfi” qolunun təbliği də zəif deyil. Bu sahədə paytaxtda “Şəhidlik”, “İlahiyyat fakultəsi” məscidlərindən inşası böyük rol oynayır. Belə ki, qeyd olunan məscidlər Bakıda ən  böyük ibadət ocaqlarından sayılır.

Bundan başqa İran İslam respunlikasının dəstəyi ilə Azərbaycana çoxlu dini kitablar gətirilir. Bunlar əsasən şiə (cəfəri) müctehidlərinin şərii kitablarıdır. Həmçinin şiə aləmində mötəbər sayılan əsərlər, “Üsuli Kafi”, “Nəchül Bəlağə” kimi kitabların Azərbaycan dilində tərcüməsini paytaxtımızın dini mağazalarından asanlıqla tapmaq mümkündür.

Qeyd etdiyimiz ki, müxtəlif xarici qüvvələr tərəfində ölkəmizdə dinin təbliği həm də məzhəb ardıcıllarının sayını tez-tez dəyişir. Növbəti hissədə isə bu məzhəblər haqqında müəyyən məlumatlat verəcəyik (İnşallah). 

  [Məqalələr] | Oxunub: 1692 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2007  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz