Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
İstifadəçi girişi

ƏXLAQİ DAVRANIŞLAR

Cəmiyyət arasında düzgün əlaqə və rabitə bərqərar etmək üçün bir sıra meyarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki, bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani (mənəvi) dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının bizim üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.

Bu meyarlar ümumiyyətlə iki hissəyə bölünür: Onlardan biri başqalarının qarşısında nümayiş etdirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bəzi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan meyarlar İslam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Demək, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də “Əxlaqi davranış” deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.

GÖZƏL XÜSUSİYYƏT

İctimai həyat və əlaqələrin bərqərar olunmasında hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanlarda cəmiyyət arasında hörmət və nüfuz sahibi olmaq marağı, onlarda qürbət və təklikdən qorxu hissindən yaranmışdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, insanın bir çox maddi-mənəvi və ruhi ehtiyacları ictimai əlaqələri bərqərar etməklə təmin olunur. Bu kimi ehtiyacların tək başına təmin olunması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də insan, ehtiyaclarının aradan qaldırılmasında başqalarından asılı olduğunu hiss edir. Təklik və qürbət hissi onu kədərləndirir və çıxış yolu axtarmağa vadar edir. Beləliklə də maddi-mənəvi ehtiyaclarının aradan qaldırılamasını yaşadığı cəmiyyətdə ictimai əlaqələrin bərqərar olunmasında görür. Normal əlaqələrin bərqərar olunması üçün də ondan cəmiyyətin fəal bir üzvünə çevrilməsi, ictimaiyyətdə müəyyən bir (müsbət) mövqeyə malik olması tələb olunur. Bununla da insan başqalarından bir çox müsbət xüsusiyyətlər öyrənərək özünün insani xüsusiyyətlərini büruzə verir, müəyyən üstünlüklər əldə edir və eyni zamanda maddi ehtiyaclarının təmin olunmasına nail olur. İnsanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili «gözəl əxlaq və xüsusiyyətə» malik olmaqdır. «Gözəl əxlaq» təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yəni, insan «gözəl əxlaqa» malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, «gözəl əxlaqa» malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Demək, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs «gözəl əxlaqa» yiyələnmiş olsun.

Əxlaqın tərifində deyilir:

«Əxlaq – elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun».

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bu təif arasında sıx bağlılıq vardır. Belə ki, İmam Sadiqdən (ə) «gözəl əxlaq nədir?» – deyə soruşduqda buyurur:

“Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan” (“Biharul-ənvar”, cild 71, fəsil 92).

...Bir ayə
"(Ya Rəsulum!) Doğrudan da sən böyük bir əxlaq sahibisən" ("əl-Qələm",4)
...Bir hədis

Peyğəmbər (s) buyurmuşdur: "Gözəl əxlaq ruzinin artmasına səbəb olur" ("Biharul-ənvar", cild 71) 

Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024  Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz