Baş səhifə Forumun qaydaları - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Forumla bağlı » Forumun qaydaları (Mutleq oxuyun!)
Forumun qaydaları
AdministratorTarix: Şənbə, 26.04.2008, 21:22 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



“İslamiyyət forumu” İslam forumudur və bu forumda yazan hər bir istifadəçi dərk etməlidir ki, yazdıqlarına görə ilk öncə Allah qarşısında məsuliyyət daşıyır.
Maddə 1. Forumda dinindən, məzhəbindən, əqidəsindən, milliyətindən asılı olmayaraq hər bir istifadəçi müstəqil fikir yazmaq hüququna malikdir və bu hüquq heç kim tərəfindən məhdudlaşdırıla bilməz.
Maddə 2. Statusundan asılı olmayaraq heç bir istifadəçiyə icazə verilmir ki, digər istifadəçini:
1) Təhqir etsin;
2) Ələ salsın.
3) Alçatsın
Maddə 3. Forumun istifadəçilərinə qarşı “Rafizi”, “Nəsibi” ifadələrini işlətmək qadağandır.
Maddə 4. Həmçinin forumun istifadəçilərini qaydaları pozmağa təhrik etmək qadağandır.
Maddə 5. Diskusiya zamanı qadağandır:
1) Dini, milli, dövlət liderlərini təhqir etmək;
2) Qaydaları boş və mənasız adlandırmaq;
3) Əqidəyə aid olmayan fiqhi məsələləri müzakirə etmək;
4) Səhabələri təhqir etmək;
5) Məzhəb ixtilafları yaratmaq. Lakin nəzərə almaq lazımdır ki, elmi mübahisə ixtilaf yaratmır;
6) Millətlərarası qarşıdurma yaradacaq ifadələrdən istifadə etmək;
Maddə 6. Forumun dili Azərbaycan dilidir. Forumda Azərbaycan dilindən başqa dildə yazmaq, tərcüməsiz mətn yerləşdirmək qadağandır.
Maddə 7. Forumda qırmızı rəngdən moderatorlar və adminstrator istifadə edə bilər.
Maddə 8. Forumda həddindən artıq böyük hərflərlə yazmaq qadağandır.
Maddə 9. Forumda kiril və s. əlifbalarla yazmaq qadağandır.
Maddə 10. Forumun normal fəaliyyətini pozacaq bütün fəaliyyətlər qadağandır, həmçinin:
1) Flud: Tez-tez təkrarlanan ismarıclar;
2) Offtop- Mövzuya aid olmayan ismarıclar;
3) Xarici dildə olan mətnlərin tərcüməsi zamanı təhrifə yol vermək;


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Forumla bağlı » Forumun qaydaları (Mutleq oxuyun!)
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz