Xəstəlik Fransa və İngiltərədən gələn iki nəfərdə aşkar edilib Azərbaycan Respublikasında ilk donuz qripi virusu qeydə alınıb.
Səhiyyə Nazirliyindən ANS PRESS-ə vreilən məlumata görə, "A N1H1" virusu iki nəfərdə qeydə alınıb. Bunlar 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Azərbaycan vətəndaşlarıdırlar.
Onlar Bakı və Gəncə şəhər sakinləridirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, lazımi tədbirlər görülüb və onlar müalicə kursu keçirlər.
Xatırladaq ki, bu virus mindən artıq insanın həyatına son qoyub. 168 895 nəfər bu xəstəliyin daşıyıcısıdır.
Kəmalə Məmmədova /ANS PRESS/